ABŞ Prezidenti Cozef Bayden Ukraynaya lazımi səviyyədə yardım göstərdiyini nümayiş etdirmək və qətiyyətsiz lider ittihamlarından yaxa qurtarmaq üçün nisbətən radikal addımlar atmaq qərarına gəlib. Belə ki, Bayden hakimiyyəti Trampa təhvil verməmişdən öncə Ukraynaya müxtəlif səpgili hərbi yardımlar göstərməyə başlayıb. İndi ABŞ Ukraynaya “Patriot” Hava Hücumundan Müdafiə komleksləri daxil olmaqla çoxsaylı silah və texnika göndərilməsini sürətləndirmək qərarına gəlib. Ən əsası isə Bayden Ukraynanın Rusiyanın dərinliklərinə “ATACMS” raketləri ilə zərbə vurmasına qoyduğu qadağanı aradan qaldırıb. Onun bu qərarının ardından Böyük Britaniya və Fransa da hərəkətə keçib.
Məlumata görə, London və Paris də öz uzaqmənzlli raketlərindən Rusiya ərazisinə zərbələr vurulmasına icazə verib. Ukrayna ordusunda Britaniyanın “Storm Shadow”, Fransanın isə “SCALP” raketləri var.
Maraqlıdır, görəsən, Cozef Bayden niyə bu qərarı məhz indi verir? Onun bir neçə ay öncə müvafiq addımı atmasına nə mane olurdu? Əlbəttə, heç nə! Guya ballistik raketlərdən istifadəyə icazə verilsəydi vəziyyət kəskinləşəcəkmiş, dəhşətli gərginlik yaranacaqmış, Üçüncü Dünya Müharibəsi başlaycaqmış və s. Bəs bu bir neçə ay ərzində nə dəyişdi? Yəni, bundan sonra artıq gərginlik artmayacaq, şiddətlənməyəcək?
Deməli, əslində bu, real, ardıcıl və sistemli kömək deyil. Sadəcə, Ukraynanın qələbəsinin istənilməsinin imitasiyasıdır. Göstərmək istəyirlər ki, baxın, Bayden necə qətiyyətliymiş. Reallıqda isə Baydenin rəhbərlik etdiyi administrasiya Ukraynanın çətin vəziyyətə düşməsinin əsl səbəbkarıdır. Hazırda Ukarynanın cəbhədəki vəziyyəti yaxşı deyil, amma iş ondadır ki, Rusiya ordusu da xeyli əldən düşüb və “ət hücumları” sayəsində ərazi zəbt etmək şəxsi heyəti əridir. Rusiya Ukraynanın əsgər və silah sarıdan korluq çəkdiyini bildiyi üçün döyüş meydanında taktiki üstünlüklər əldə etməyə çalışır.
Ukrayna ordusunun Kupyansk və Kuraxovo kimi cəbhənin iki mühüm rayonunda ciddi problemləri var və rusların təzyiqinin qarşısını almaqda böyük çətinliklərlə üzləşiblər. Rusiya ordusu müharibə başlayandan indiyədək yüz minlərlə itki versə də, canlı qüvvə sarıdan hələ ki, kritik problemlə üzləşməyib. Vladimir Putinin muzdlulardan istifadə etməsinin təbii ki, müəyyən bir həddi var, lakin o həddə hələ gəlib çatmayıblar. Rusiya rəhbərəliyi bundan sonra da 2-3 milyon nəfər itki verməyə hazırdır. Artıq demək olar ki, gün ərzində rusların min nəfərə yaxın itki verməsi onlar üçün normaya çevrilib. Kobud hesablamalara əsasən Kreml il ərzində 350 min əsgər itkisini nəzərə almaq şərtilə müharibəni davam etdirməyi planlayır. Amma Rusiyanın qarşısındakı ən böyük əngəl döyüşlərdə “top yemi”nə çevriləcək adam sayı yox, iqtisadiyyatın müharibə rejiminə nə qədər tab gətirməsi ilə bağlıdır.
Kreml rəhbərliyi 20 yanvar tarixindən sonra ABŞ-də yeni administrasiyanın hansı addımlar atacağını bilmir. Hərçənd ki, beynəlxalq mətbuatda gedən yazılarda hər şey perespektivdə Rusiya üçün yaxşı görünür. Lakin bu yazılar reallıqda heç bir əhəmiyyət daşımır.
Donald Trampın prezident kürsüsündə oturandan sonra necə xarici siyasət yürüdəcəyi analitiklərin diqqət mərkəzindədir. Trampın dəyişkən xarakterini mütləq nəzərə almaq lazımdır. Onun Rusiya-Ukrayna müharibəsini durduracağı barədə seçkiöncəsi söylədikləri bir kənara qoyulmaldır. Artıq Trampın “mən bir günə razılaşma əldə edəcəm” sözü öz aktuallığını itirib. Belə ki, Tramp son çıxışında “Bu dayanmalıdır. Rusiya və Ukrayna dayanmalıdır. Biz bunun üzərində işləyəcəyik” söyləyib. Görürük ki, o, artıq “biz bunun üzərində işləyəcəyik” deyir. Yəni, Tramp reallıqla hesablaşmaq məcburiyyətindədir.
İndi mətbuatda yazırlar ki, guya Tramp Ukrayna ərazilərinin Rusiyaya verilməsində israr edəcək. Xüsusən də Krımı və Donbası. ABŞ-nin aparıcı media strukturu olan “CNN” isə sülh sazişinin təxmini xarakteri barədə yazıb və orada belə hesab olunur ki, Rusiya Krımı özündə saxlayır, işğaldakı qalan ərazilər Ukraynaya qaytarılır, Kiyev isə ABŞ-nin təhlükəsizlik zəmanəti ilə NATO-ya üzv olmamaq öhdəliyi götürür. Digər tərəfdən, ğözlənilir ki, Tramp inauqurasiya mərasimindən sonra tərəflərə hazırkı təmas xəttində atəşin dayandırılmasını təklif edəcək və sonra planlarını açıqlayacaq.
Ancaq belə görünür ki, Rusiya müharibənin hazırkı mövqelərdə dondurulmasının qəti əleyhinədir. Rusiya Xarici İşlər naziri Srgey Lavrov deyib ki, belə bir variant “Minsk” razılşmasından daha pisdir. Bəs Rusiya nə istəyir? İqtisadiyyatının çökməsi təhlükəsi ilə üzləşən Rusiya niyə dikbaşlıq edir? Onların özlərindən əmin danışmalarının arxasında nə dayanır? Bəlkə “Trampın Bayden olmadığını” anlamırlar və ya blef edirlər?
Əgər Tramp Ukraynaya həqiqi yardım göstərməyə başlasa və ABŞ Hərbi Sənaye Kompleksinin fəaliyyətini aktivləşdirsə, bütün Avropa onun ardınca intensiv silahlanmağa başlayacaq. Onda Ukrayna xalqı görəcək ki, Qərb dünyası həqiqətən də onları sözdə yox, əməldə, özü də lazımi səviyyədə dəstəkləyir. Məhz belə olacağı təqdirdə müharibənin müqəddəratı Ukraynanın leyhinə həll edilə bilər.
Ümumiyyətlə, Rusiyanı bu müharibədə ağır məğlubiyyətə uğratmaq ABŞ başda olmaqla Qərb dünyası üçün elə də həlledilməz problem deyil. ABŞ-nin milli maraqları, strateji planları tələb edərsə, bu həyata keçirilə bilər. Bütün bunların fonunda üç il ərzində hələ də Qərbin mərmi istehsalını yoluna qoya bilməməsini anlamaq olmur. Müxtəlif gülünc və absurd arqumentlərə inanmaq isə sadəlövhlükdür. Rusiyanı təkcə döyüş meydanıda yox, iqtisadi baxımdan da çökdürmək mümükündür. Təbii ki, əgər istəsələr...
Son məlumatlara görə, Avropa Birliyi artıq bu istiqamətdə ciddi tədbirlər həyata keçirmək niyyətindədir. Rusiyanın neft satışında istiafdə etdiyi kölgə tanker donanmsına qarşı Avropa Birliyi yeni sanksiya zərfi hazırlayır. Mətbuatda gedən məlumatlara görə, Avropa Birliyi ilin sonuna kimi bu işlə məşğul olanlara qarşı sanksiya tədbirləri həyata keçirəcək. AB üzvləri hələ ki, bunu müzakirə edirlər və nəticədə ümüumi yekun qərar verilməsi gözlənilir.
Lakin Macarıstan yəqin ki, bu məsələdə yenə də veto hüququndan istifadə edəcək. Macarıstan məsələsində çox qəribə bir müəmma gizlənir. Sual verilə bilər ki, axı Macarıstan nə üçün Rusiyaya bu cür rəğbət bəsləyir və böyük bir təşkilatın işini sanki hər dəfə sobataj edir. Hansı ki, Macarıstan öz iqtisadi, siyasi və hərbi çəkişinə görə Avropa Birliyində cırtdandır.
Avropada Almaniya, Fransa, İtaliya, İspaniya, İsveç, Niderland, Polşa kimi ölkələrin qarşısında Macarıstanın hərəkətləri qəribə gəlmirmi?
Burada ağıla yalnız bir şey gəlir. Hansısa hiyləgər və dolaşıq variantlarla günahı qəsdən Budapeştin üstünə yükləyirlər. Məsələn, Macarıstanın enerji təchizatının Rusiyadan asılılığını ortadan qaldırmaq istəmirlər, onu Moskva ilə “işləmək” məcburiyyəti qarşısında qoyurlar və sairə. Yəqin ki, arxa fonda sanksiyaların yerinə yetirilməsi sadəcə istənilmir. Ehtimal var ki, 2025-ci ildə AB-yə sədrlik Polşaya keçəndən sonra vəziyyət dəyişsin. Ancaq bu gün həqiqət ondan ibarətdir ki, ABŞ və Avropa Birliyi Rusiyaynın sanksiyalardan yayınmasına göz yumur. Sanki Qərb dünyası müharibənin uzanmasını istəyir və ona görə də sanksiyalar tam gücü ilə işləmir.
Hətta buna baxmayraq, Rusiya iqtisadiyyatı müharibənin yükündən sarsılır. Lakin Kreml müharibəni durdurmaq fikrindən uzaqdır. Beynəlxalq iqtisadçı ekspertlərin proqnozlarına görə, əgər hadisələrin dinamikası dəyişməsə, 2025-ci ildə Rusiyada inflyasiya sürətlənəcək və rublun məzənnəsi dollar və digər valyutalar qarşısında ucuzlaşacaq. Rusiya hökumətinin qarşısında inflyasiyayla mübarizə ilə yanaşı müqaviləli muzdlu döyüşçülərə məvaciblərin ödənilməsi, yaralıların müalicə xərcləri, ölənlərin ailələrinə kompensasiya verilməsi və s. dayanır. Maliyyə həvəsləndirmələri sayəsində müqaviləçilərin toplanmasının ağır nəticələrə gətirəcəyi gün mütləq olacaq.
Birmənalı olaraq Rusiya iqtisadi cəhətdən Qərblə müqayisədə distrofikdir və onun uzun müddətli müharibə aparmaq potensialı zəifdir. Ancaq iş ondadır ki, Ukraynaya lazımi səviyyədə hərbi və maliyyə yardımı olunmadığı üçün Moskva iqtisadi sabitliyi qoruya bilir. Bütün bu deyilənlər fonunda hamının düşüncəsi Trampın nə edəcəyinə köklənib.
Əslində, dünya iqtisadiyyatında və siyasi həyatında dərin böhran yaşanır.Tramp dünyanın iqtisadi və maliyyə lokomotivi olan ABŞ-də müsbət radikal dəyişikliklər aparmağa nail olcaqsa, sözsüz ki, bu, nəinki Rusiya-Ukrayna müharibəsinin, eyni zamanda İsrail- Fələstin və digər münaqişələrin həllinə kömək edəcək.
Vaqif Nəsibov
AzPolitika.info
Tramp nə edəcək, BAYDENİN DAVAMI, YOXSA...? - Onun VƏDİ öz aktuallığını İTİRİR
19
noyabr
09:30
Qarabağ
OXŞAR XƏBƏRLƏR
İlginc XƏBƏRDARLIQ: Vəziyyət gərginləşir, Kremlin vurulması İSTİSNA EDİLMİR
NATO Rusiya ilə savaşa məcbur olacaq: Polşalı nazir Ukrayna barədə SENSASİON təklif verdi
Ermənistanın "DƏMİR YUMRUQ" üçün darıxan başı! : Azərbaycan Qərb havadarları İFŞA ETDİ
“Parisin SİYASİ QOZBELİ ” - Makrona Bakıdan YENİ MESAJLAR
Fransa SAVAŞ PLANI qurur, İrəvan sülh MESAJI VAR: Erməni nazir Ermənistanı necə ŞOKA SALDI
- Pentaqon TƏSDİQLƏDİ - Moskava Vaşinqtona XƏBƏRDARLIQ EDİB
- Parisdən Bakıya qarşı daha bir TƏXRİBAT - Sensasion DETALLAR
- Nüvə riskinin sərhədimizə sıçrayan DALĞASI: İrəvan hücuma KEÇƏCƏK
- Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR
- Qanlı müharibə Almaniyanın "QAPISINI DÖYÜR" - 1000 səhifəlik ƏMƏLİYYAT PLANI hazırlandı
- Rusiya nüvə ssenarisini AÇIQLADI: ABŞ-ı belə vuracaq, yalnız üçdə biri QALACAQ!
- İrəvanda danışıb Bakıya gələn nazir HƏDƏF GÖSTƏRDİ – “Silah” İŞƏ DÜŞDÜ
- Rusiyadan ŞOK XƏBƏRDARLIQ: Ballistik raketlərimiz Londona 13, Berlinə 8 dəqiqəyə ÇATACAQ
- Putinin qarşısıalınmaz RAKETİ: “ABŞ da dayandıra BİLMƏYƏCƏK”
- Üçüncü Dünya müharibəsi BAŞLADI? – “Barmağı pultun düyməsindədir, QƏRAR VERİLİR”
- Müharibə təhlükəsi PİK HƏDDƏ çatdı - Dörd NÜVƏ GÜCÜ qarşı-qarşıya...
- Bakının bu TƏLƏBİ İrəvanı qorxuya saldı - DETALLAR
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Yardımlı RİH-də “UŞAQLAR və EKOLOGİYA” adlı VI Ümumrespublika Forumunda iştirak edəcək uşaqlarla GÖRÜŞ KEÇİRİLİB
- ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
- Gərginlik PİK HƏDDƏ: Rusiya nüvə zərbəsi barədə XƏBƏRDARLIQ ETDİ
- Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik
- Tariflər ARTIRILIR: İctimai nəqliyyatda qiymət Cənubi Qafqazda ƏN BAHA OLACAQ
- Dünya müharibəsi MESAJI: “Tramp gəlməmiş başlamaq istəyirlər”
- ABŞ-ın mesajı İrəvanı TƏŞVİŞƏ SALDI - Dərhal TƏPKİ VERDİLƏR
- COP29 gündəliyi - 21.11.2024
- COP29 gündəliyi - 17.11.2024
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- SON DƏQİQƏ! Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: havadan zərbələr endirildi - ÖLƏNLƏR VAR
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- İsrail Tehranda daha bir hərbi zavoda HÜCUM ETDİ
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi?