Ermənistan Baş naziri Nikol Paşinyan koronavirusa yoluxması barədə paylaşım edib. Onun sözlərinə görə, dekabrın 23-də verdiyi testin nəticəsi müsbət çıxıb, lakin bu gün səhər nəticələr mənfi olub. Sosial şəbəkənin Ermənistan seqmentində isə Paşinyanın MDB liderlərinin sammitində iştirakdan yayınmaq üçün koronavirus iddiasını ortaya atdığı deyilir.
Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyovun sözlərinə görə, indiki həssas məqamda Paşinyanın MDB liderlərinin sammitində iştirakı, əlbəttə ki, onun Qərb müttəfiqləri tərəfindən birmənalı qarşılanmaz.
Politolqun fikrincə, Paşinyanın koronavirusa yoluxması xəbərinin yalan olması haqda erməni ictimaiyyətində yayılmış iddialar əsassız deyil:
“Sosial şəbəkələrdəki iddialar, yəqin, bu amilə görə tirajlanır. Demək olar ki, bu iddialar əsassız deyil. Sammitdə iştirak Ermənistanın Qərb havadarlarını narahat edə bilər. Digər tərəfdən, Paşinyanın üzrlü səbəb olmadan sammitdən yayınması onun MDB üzrə tərəfdaşları tərəfindən birmənalı qarşılanmaz. Bu baxımdan, ən yaxşı çıxış yolu xəstəliyi bəhanə edərək bu səfərdən yayınmaqdır”.
Paşinyan İKİ OD ARASINDA qaldı, “ÇIXIŞ YOLU”nu tapdı
25
dekabr
13:30
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI