Prezident İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammiti noyabrın 6-da işini plenar iclasla davam etdirir.
Kainat.tv xəbər verir ki, tədbirin sonunda COP29 çərçivəsində "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammitinin yekun sənədi - Bakı Bəyannaməsi və Dünya dini liderlərinin COP29 Bakı iştirakçılarına müraciəti qəbul ediləcək. Sammit iştirakçıları, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayacaqlar.
Daha sonra mətbuat konfransı ilə ikigünlük Sammit yekunlaşacaq.
Qeyd edək ki, ikigünlük sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin media subyektlərinin nümayəndələri iştirak edirlər.
Dünya dini liderlərinin I və II Ümumdünya sammitlərinə ev sahibliyi etmiş Azərbaycanda COP29 çərçivəsində keçirilən budəfəki III Sammit bəşəri əhəmiyyət daşıyan, planetimizin gələcəyi üçün həyati önəm kəsb edən konkret problemin - iqlim dəyişmələri probleminin mənəvi dəyərləndirilməsi işinə real töhfələr vermək məramı daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi planetin gələcəyi naminə insan həmrəyliyinə xidmət edən dəyərli qlobal təşəbbüsə dəstək olaraq dünya dini liderlərinin müqəddəs dini dəyərlərə istinadən müdrik, səmərəli təklif və əməli səylərini COP29 çərçivəsində səfərbər etmələri, bu işin davamlı koordinasiyası üçün platforma – dini liderlərin COP çərçivəsində Məşvərətçi Şura təsis etmək məramlarını məhz Bakıda və Azərbaycanın COP-da sədrliyi dövründə bəyan etmələri, heç şübhəsiz ki, Azərbaycan Respublikası adına növbəti beynəlxalq uğurdur.
Sammit müasir dünyada Azərbaycanın multikultural həyat modelinin, Azərbaycan Prezidentinin müəllifi olduğu Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesinin və insan həmrəyliyinə xidmət edən qlobal humanist ideyalarının təşviqi və təbliği baxımından böyük əhəmiyyət kəsb edir.
Xüsusilə Böyük Zəfərdən sonra ölkəmizdə ilk dəfə keçiriləcək COP29 Sammiti ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın yeni reallıqlarını, işğaldan azad olunmuş topraqlarımızda ekosid, urbisid və kultursidin bütün təzahürlərini dünyanın dini ictimaiyyətinə əyani şəkildə nümayiş etdirmək, Azərbaycana qarşı əsassız, məkrli qarayaxmalara, böhtan kampaniyalarına tutarlı cavab vermək baxımından önəm daşıyan tarixi hadisədir. Bu məramla, forum sonrası qlobal Sammit iştirakçılarının noyabrın 7-də işğaldan azad olunmuş ərazilərə səfər etməsi və reallıqlarla bilavasitə tanış olmaları planlaşdırılır. //Modern.az
Dini Liderlərin Qlobal Sammitinin İKİNCİ GÜNÜ
06
noyabr
11:56
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Dünya dini liderləri Bakıda TOPLAŞDILAR
Bu qüvvələr Azərbaycana qarşı “HÜCUM”A KEÇDİ: planlarının arxasında NƏ DAYANIR?
İlin ən əhəmiyyətli TƏDBİRİ - "Bakının düşmənləri reallığı dəyişə bilməyəcəklər"
Can üstə qalıb, yan üstə qoyulan HACIQABUL: Sosial və ekoloji problemlərə biganə məmurlardan ŞİKAYƏT - FOTO / YENİLƏNİB
Qlobal ekoloji problemlər bəşəriyyətə ciddi təhdidlər yaradır – İlham Əliyev
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ