"Bundan sonra Suriyanın bir daha bölünməsinə icazə verə bilmərik. Biz Suriya xalqını illərdir qorumuşuq. Suriya ilə qardaşlıq sınağından uğurla çıxmışıq. Ölkə ərazisinin bir daha atəş bölgəsinə çevrilməsinə heç vaxt razı ola bilmərik".
Kainat.tv xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib ki, Suriya xalqı illərlə davam edən zülm sistemini alt-üst etdi və üsyanı zəfərlə taclandırdı:
"Zalım Əsədin illərdir zülm və qırğınlarla yaşatmağa çalışdığı rejim 8 dekabr bazar günü Dəməşqin azad edilməsi ilə süqut etdi. Suriya və onun xalqı üçün firavan və xoşbəxt gələcəyin qapısı açılıb. İnşallah ölkənin digər bölgələrində də DAİŞ, PKK/PYD kimi terror təşkilatları ən qısa zamanda darmadağın ediləcək. Beləliklə, Suriyanın ərazi bütövlüyü və suverenliyi bütün ölkə ərazisində tam möhkəmlənəcək. Türkiyə bütün siyasi, diplomatik, iqtisadi və hərbi imkanları ilə bu tarixi mübarizədə daim Suriya xalqının yanında olacaq. Həmişə dediyimiz kimi; Suriya bütün inanc qrupları və etnik qrupları ilə suriyalılara məxsusdur. Keçmişin əzablarının gələcəkdə mayak kimi qurulacaq dinc, güclü və firavan Suriyaya gedən yolu işıqlandıracağına ümid edirik və bunu ürəkdən arzulayırıq. Suriyanın yeni administrasiyasının sabitliyinə və qədim Suriya torpaqlarının bütövlüyünə qarşı edilən hər hücumda Suriya xalqı ilə birlikdə bizi də qarşılarında görəcəklər”. //Musavat.com
Ərdoğandan SƏRT XƏBƏRDARLIQ: "Ən qısa zamanda darmadağın edəcəyik"
11
dekabr
08:20
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Türkiyə Yaxın Şərqi yenidən DİZAYN EDİR: ABŞ, Rusiya və İran Suriyadan ÇIXARILIR
Putin devrilmiş Əsədi Rusiyaya niyə “YÜKLƏDİ”: ABŞ və Qərb Suriyanı BÖLÜŞDÜRMƏK İSTƏYİR
Türkiyə ABŞ-ın Suriyadan çıxarılmasına ÇALIŞIR: Ağ Ev isə hələ də israrla terrorçuları DƏSTƏKLƏYİR
Türkiyədə terror dalğası: TUSAŞ hücumunun arxasında kimlər dayanır, məqsədləri nədir - ÖZƏL YAZI
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI