Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı istintaq prosesi son dövrlərdə diqqət mərkəzində olsa da, hazırda bu mövzuda müəyyən səngimə müşahidə olunur. Venesuela Prezidenti Nikolas Maduronun ABŞ hərbçiləri tərəfindən ələ keçirilməsi və İranda baş verən etirazlar media və ictimai diqqəti qismən bu məsələdən yayındırıb.
Bəs Mehdiyevlə bağlı istintaq hazırda hansı mərhələdədir və proses nə yerdədir?
Globalinfo.az-a danışan ReAL partiyasının sədri Natiq Cəfərli bildirib ki, bu mövzu ilə bağlı rəsmi qurumların açıqlaması daha məqsədəuyğun olar:
“Çünki istintaqın hansı mərhələdə olması ictimaiyyəti maraqlandıran əsas məsələlərdəndir. Ramiz Mehdiyev barəsində dörd aylıq həbs qətimkan tədbiri, yəni ev dustaqlığı tətbiq edilmişdi. Artıq bu müddət sona yaxınlaşır. Yəqin ki, yaxın vaxtlarda ya bu tədbirin uzadılması, ya da istintaqın yekunları ilə bağlı ətraflı məlumat veriləcək. Başqa cür mümkün də deyil”.
Politoloq Əhəd Məmmədli deyib ki, Ramiz Mehdiyevlə bağlı faktiki olaraq ortada heç nə yoxdur:
“Nə rəsmi həbs qərarı açıqlanıb, nə məhkəmə qərarı verilib, nə də hüquq-mühafizə orqanları tərəfindən aydın və konkret məlumat təqdim olunub. Media müəyyən iddialar səsləndirdi, müxtəlif fikirlər bildirildi, biz də müzakirələr apardıq. Amma nəticə etibarilə məsələ elə bu mərhələdə də qaldı. Dövlət çevrilişi ilə bağlı müxalifətə aid edilən şəxslər həbs olunub və onların Ramiz Mehdiyevi yenidən hakimiyyətə gətirmək planları olduğu deyildi. Hazırkı müxalifətin nə təşkilati gücü, nə də real resursları var ki, hakimiyyəti dəyişsin. Belə bir güc olsaydı, bunu Ramiz Mehdiyevsiz də edə bilərdilər. Digər tərəfdən, Ramiz Mehdiyevin yaxın çevrəsindən konkret olaraq kim məsuliyyətə cəlb olundu? Kim onun “sağ əli” sayılırdı? Adı hallanan şəxslərdən biri səhəri gün Türkiyədən Rusiyaya getdi və məsələ də bununla bağlandı. Bu yanaşma cəmiyyətdə haqlı suallar doğurur”.
Politoloqun fikrincə, problem ondadır ki, davamlı olaraq ciddi iddialar ortaya atılır, lakin davamı gəlmir:
“Bir neçə dəfə təhlükə elan olunur, amma heç nə baş vermir. Nəticədə, günlərin birində həqiqətən real təhlükə yarananda artıq heç kim inanmayacaq. Əgər doğrudan da təhlükə və risklər varsa, buna uyğun ciddi, açıq addımlar atılmalıdır. Yox, əgər belə bir vəziyyət yoxdursa, cəmiyyətin süni şəkildə qorxu və qeyri-müəyyənlik içində saxlanması düzgün deyil. Əks halda, bir müddət sonra hamı baş verənlərə biganə yanaşacaq və bu da artıq daha ağır nəticələrə yol aça bilər”.
Kainat.tv
“Mehdiyev işi”ndə gözlənilməz: “Maduro kölgəsi” peyda oldu – Ortaya ciddi iddialar atılıb
08
yanvar
11:43
Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Boz kardinal” Ramiz Ənvəroviçin sadiq kadrları: Siyahı-I yazı…
Dörd milyonluq dələduzluq: İşdə yüksək vəzifəli şəxslərin adı hallanır – Biri Federasiya prezidentidir
Azərbaycan siyasətində yeni münasibətlər sistemi: iqtidarla müxalifət 4 saat nələrdən danışdı?
AMEA-da korrupsiya - Mehdiyevlə bağlı QƏRAR VERİLƏ BİLƏR
Məhkəmə qərarından sonra icra məmuru Ramiz Mehdiyevin əlinə qandal vurub…..
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI