Milli Məclis üzvü Günay Ağamalının qızı olduğu iddia edilən gəncə dair özü bəyanat versə də, açıq suallar qalır.
Deputat sosial mediada qızı haqqında yayılan məlumatlara münasibət bildirib. O, yayılan videonun əsassız və qərəzli kampaniyanın tərkib hissəsi olduğunu vurğulayıb.
Günay Ağamalı qeyd edib ki, sosial mediada yayılan görüntülərdəki şəxs onun övladı deyil.
Videonu paylaşan jurnalist Şəfəq Ağacan mediaya bildirib ki, Günay Ağamalının verdiyi izahla tanışdır, amma onun açıqlaması həqiqətə uyğun deyil:
“Çünki videogörüntü yayılan kimi nə Günay Ağamalı, nə də Fəzail Ağamalı zəngə cavab verdi. Hətta qardaşı Elçin Ağamalı da dedi ki, bu barədə şərh vermək istəmir.
Gəlin, məntiqlə düşünək. Mənim deputat Günay Ağamalıya qarşı heç bir qəsdi-qərəzliyim yoxdur. Sadəcə video qarşıma çıxdı və mənə maraqlı gəldi ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü olan şəxsin mental dəyərlərdən uzaq ailə üzvü var. Deputatın belə bir övladının olmağı bizim üçün yaxşı örnək deyil. Məhz buna görə sözügedən videonu paylaşdım”.
Jurnalistin sözlərinə görə, videonun paylaşmasından sonra həmin şəxsin sosial şəbəkə hesabında bütün görüntülərin silinməsi və profilin yoxa çıxması şübhə doğurub:
“Günay Ağamalının açıqlaması o vaxt həqiqətə uyğun olardı ki, o, öz övladının şəkillərini paylaşar və təsdiq edərdi ki, videodakı qız onun övladı deyil. Necə oldu ki, bu görüntüləri yayan kimi qızın səhifəsindən bütün videolar dərhal silindi, daha sonra axtarışda həmin profil belə çıxmadı?
Mən də jurnalistəm, hər halda, araşdırmamış material paylaşmaram. Biz Konstitusiya hüquqlarını bilirik, paylaşımda heç bir təhqir yoxdur. Sadəcə ictimailəşdirmişik və cəmiyyətin fikrini öyrənmək istəmişik.
Günay Ağamalı deyir ki, qızıma oxşaya bilər, amma o deyil. Bəs sinədəki, qollardakı tatular necə? Əgər biz səhv düşüncədəyiksə, Günay xanım qızının şəklini çəkib göstərsin. İkincisi, bu səhv idisə, niyə o, sözügedən paylaşımdan sonra niyə “Facebook”da mənə dostluq təklifi yollamışdı? O heç vaxt dostluğumda olmayıb”.
teref.net
Kainat.tv
Deputatın qızının görüntüsünü yayan şəxs danışdı: Öz qızının şəkli ilə sübut etsin ki….
27
noyabr
11:18
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Xaricdə təhsil vədi verən “Pilgrim Education” ailələri aldatmağa davam edir — ŞİKAYƏT
Mandatını və partiyasını qızına miras qoyan ATA - Ağamalılar ailəsi niyə siyasəti şəxsi mülkə ÇEVİRİR?
Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR - ÖZÜ İSƏ DEYİR Kİ...
Fəzail Ağamalı Ana Vətəni necə dağıdır - qeyri-legitimliyin siyasi səbatsızlıq fəsadları VİDEO
Fəzail Ağamalı ailə üzvlərinin məhkəməyə verildiyini TƏSDİQLƏDİ: “Kredit götürmüşdük...”
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI