Azərbaycan siyasətində illərin “qocaman” deputatı kimi tanınan Fəzail Ağamalı ötənilki parlament seçkilərində mandatından əl çəkmişdi. 19 il parlament kürsüsündə özünə yer edən cənab Ağamalının öz mandatını qızına verməsi isə dövri mətbuatda dəfələrlə tirajlanan informasiyalardan biri olub. Amma reallıq budur ki, bu, sadəcə formal “gediş” idi. Çünki 78 yaşlı sabiq deputat millət vəkilliyini şəxsi mülkə çevirməkdə israrlı olduğunu keçən il göstərdi. Belə ki, Ana Vətən Partiyasının (AVP) sədri əvvəlcə kreslosunu xalqın etimadından qoparıb ailədaxili miras kimi qızına ötürməyi bacardısa, indi də növbə bir 30 il də qızının parlamentdə “külüng” vurmasıdır.
Yada salmaq yerinə düşər ki, Fəzail Ağamalı altı çağırış Milli Məclisdə otursa da, xalq onu dərdlərinə çarə axtaran siyasətçi kimi deyil, əksinə, Ramiz Mehdiyevin yaxın adamı kimi tanıdı. Onun adı illərlə “boz kardinal”la yanaşı hallandı. Təsadüfi deyil ki, müxtəlif çıxışlarında Mehdiyevi müdafiə edib, onun “dövlətə sədaqətindən” danışıb. Bu yaxınlıq isə F. Ağamalını illərlə parlamentdə toxunulmaz saxlayıb.
İndi isə deputatlıq kreslosunu qızına “hədiyyə” edən qocaman siyasətçi bu dəfə də partiya rəhbərliyini ona vermək istəyir. Ötən il 65 saylı Salyan-Biləsuvar-Neftçala dairəsindən namizədliyi irəli sürülən və sözügedən dairədən qələbə qazanan Günay Ağamalı ictimaiyyət üçün tanış sima deyil. Psixoloq ixtisaslı, atasının partiyasında Qadınlar Şurasına rəhbərlik etmiş Günay xanım siyasi arenada bir nüfuz, fəaliyyət göstərməyib. Onu yerli mediada tanıdan yalnız qalmaqallı hadisələrdir. 2021-ci ildə “Buta” bağçasında baş verən səs-küylü olay da məhz buna sübutdur. Belə ki, Türkiyə vətəndaşı Abdurrahman Kumaş daun sindromlu övladının bağçada xəsarət aldığını, vəd edilən dərslərin keçirilmədiyini açıqlamışdı. Pulunu geri tələb etdikdə isə Günay Ağamalı sözügedən məbləği ona geri qaytarmamışdı. Valideyn isə Fəzail Ağamalını qızını kor-koranə müdafiə etdiyi üçün sərt tənqid etmişdi. Daha sonralar isə xanım deputatın bağçanı satışa çıxarmasına dair ifnormasiyalar qarşımıza çıxmışdı.
Daha bir maraqlı məqam isə Günay Ağamalının Bakıda 617 kvadratmetrlik obyektə sahib olduğu barədə mətbuatda yayılan məlumatlar olub. Deputatlığa iddia edən namizəd həm də “Buta” adlı QHT yaradaraq fəaliyyətini genişləndirmişdi. Ən maraqlısı isə odur ki, Azərbaycanda fəaliyyət göstərən Günay Ağamalı Ümumrusiya Peşəkar Psixoterapiya Liqasının üzvüdür. Qəribədir, Azərbaycan vətəndaşını Rusiyada fəaliyyət göstərən təşkilatlarda təmsil edən nədir? Bu əlaqələrin arxasında hansı maraqlar dayanır?
Ağamalıların maliyyə qalmaqalları da az deyil. Fəzail Ağamalıya aid “Agricola” şirkəti götürdüyü kreditləri ödəmədiyi üçün “Aqrarkredit” QSC tərəfindən məhkəməyə verilib. Siyahıda yalnız Fəzail bəy deyil – oğlanları, qızı Günay, hətta nəvələrinin də adları var. Yəni, ailə kredit bataqlığında çabalayır, amma eyni zamanda mandatı şəxsi sərvət kimi nəsildən-nəsilə ötürməyə çalışır.
Uzun sözün qısası, bu mənzərə bir daha sübut edir ki, Azərbaycanda deputatlıq bəzi şəxslərin gözündə xalqa xidmət kürsüsü deyil, ailədaxili pay bölgüsüdür. Xalqın etimadının isə “Ağamalıların ailə biznesi”nin tərkib hissəsinə necə çevrildiyinin səssizcə şahidi olmaqdayıq…
Yenicag.az
Kainat.tv
Mandatını və partiyasını qızına miras qoyan ATA - Ağamalılar ailəsi niyə siyasəti şəxsi mülkə ÇEVİRİR?
20
avqust
17:05
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR - ÖZÜ İSƏ DEYİR Kİ...
Fəzail Ağamalı ailə üzvlərinin məhkəməyə verildiyini TƏSDİQLƏDİ: “Kredit götürmüşdük...”
Eldar Mahmudov-Ramiz Mehdiyev yolundan keçən partiya sədri: Aydəm İsmaylov niyə Adəm Bakuvi oldu?
Azərbaycan siyasətində yeni münasibətlər sistemi: iqtidarla müxalifət 4 saat nələrdən danışdı?
General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- İlham Əliyevin Almaniya səfəri Bakı–Berlin münasibətlərində YENİ SƏHİFƏ AÇIR – Deputat və siyasi şərhçi DANIŞDI
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Tehranda DƏHŞƏTLİ XƏYANƏT şoku: SEPAH zabitləri şahın oğlu ilə GİZLİ ƏLAQƏDƏDİR
- Rusiya bu ölkənin diplomatlarını QOVDU - QİSAS AKTI?
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ