Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin baş redaktoru, 24 il parlamentdə təmsil olunmuş Bəxtiyar Sadıqovun son 1 ildə ictimai tədbirlərdə, dövlət tərəfindən təşkil edilən ali mərasimlərdə görünməməsi diqqət çəkir.
Artıq bir ilə yaxındır ki, Sadıqov heç bir tədbirdə iştirak etmir. Xüsusilə bu il Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə keçirilən silsilə tədbirlərdə onun iştirak etməməsi nəzərə çarpır.
Məsələn, Naxçıvanda media ilə bağlı keçirilən yüksək səviyyəli dövlət tədbirində “Azərbaycan” qəzeti tərəfdaş qurumlardan biri olsa da, qəzetin baş redaktoru orada iştirak etməyib.
Medianın İnkişafı Agentliyi tərəfindən təşkil olunan son tədbirlərdə də Sadıqovun iştirakı qeydə alınmayıb. Hətta dünən Medianın İnkişaf Agentliyinin, dövlət media qurumlarının və TV rəhbərlərinin Milli Mətbuatın 150 illik yubileyi ilə bağlı Ulu Öndər Heydər Əliyevin və Həsən bəy Zərdabinin məzarının ziyarətində də rəsmi dövlət qəzetinin baş redaktoru görunməyib.
Mənbələrin iddiasına görə, bu vəziyyət iki ehtimalı ön plana çıxarır: ya Bəxtiyar Sadıqovun səhhətində ciddi problemlər var, ya da o, qəzetin təsisçisi olan Milli Məclis tərəfindən qeyri-rəsmi şəkildə proseslərdən uzaqlaşdırılıb.
Bütün hallarda dövlətin rəsmi orqanının baş redaktoru, eyni zamanda, uzun illər hakim Yeni Azərbaycan Partiyasından deputat olmuş, ali dövlət mükafatlarına layiq görülmüş bir şəxsin bu cür vacib proseslərdə iştirak etməməsi xeyli haqlı suallar yaradır.
Məsələ ilə bağlı əməkdaşlarımız dəfələrlə Bəxtiyar Sadıqovla əlaqə saxlamağa çalışsa da, o, zənglərə cavab verməyib.
editor.az
Kainat.tv
Bəxtiyar Sadıqov haradadır? – Rəsmi dövlət qəzetinin rəhbərini “gördüm” deyən yoxdur
24
iyul
10:27
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI