Azərbaycan xalqı 21 il öncə əbədiyyətə qovuşmuş ulu öndər Heydər Əliyevin anım gününü dərin hüzn və eyni zamanda xoş xatirələrlə yad edir. Zaman ölçüsündə bizdən cismən uzaqlaşdıqca zamanın fövqündə duran dahi şəxsiyyətin əzəmətli cizgiləri daha aydın görünməyə başlayır. Ulu öndərin müstəqil və suveren dövlətimizin çağdaş tarixi boyunca həyat və fəaliyyətinə yeni baxış bucağından nəzər salarkən onun siyasi portreti düşüncəmizdə daha dolğun əks olunur.
Dünya siyasətinin nəhənglərindən sayılan Heydər Əliyev Azərbaycan tarixinə xilaskarlıq missiyası ilə düşmüş və onu zirvələrə qaldırmış nadir şəxsiyyətdir. O, hər birimizin qəlb yaddaşında qurucu dövlət xadimi və xalqın məhəbbətini qazanmış milli lider kimi yaşayır. Çünki cəmiyyətimizin siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər xidmət göstərən ikinci dövlət adamı tapmaq mümkün deyil. Ona görə də Heydər Əliyevi səciyyələndirən epitetlərdən biri onun ən böyük azərbaycanlı olmasıdır.
Siyasi uzaqgörərənlik qabiliyyəti zəmanəsini çox-çox qabaqlayan Heydər Əliyevin özəl xüsusiyyətlərindən biri idi. Azərbaycan xalqının ümummilli lideri dünyada gedən proseslərə təsir etmək gücündə olan unikal şəxsiyyət və eyni zamanda tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elmini öz fəaliyyəti ilə zənginləşdirən müdrik dövlət xadimi idi. O, təkcə güclü təsərrüfatçı deyil, həm də sözünün çəkisi və sanbalı olan, xalqı arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran lider idi. İnsan qəlbinin bilicisi və mahir psixoloq olan Heydər Əliyev dərin məntiqli və məzmunlu nitqi, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi ilə insanları valeh edirdi.
Analitik düşüncə tərzi və çətin vəziyyətlərdə soyuqqanlılığını saxlamaq məharəti, yüksək intellekti ulu öndərin idarəçilik bacarığının komponentləridir. O, dünyanın az saylı siyasətçilərindəndir ki, ekstremal vəziyyətlərdə emosiyalara qapılmadan hər zaman ağlı və dərrakəsi ilə düzgün davranmağı bacarıb, əsl peşəkarlıq nümayiş etdirib.
Məsələləri əhəmiyyətinə görə ardıcıllıqla düzmək qabiliyyəti və mahir diplomat olması onu dünyanın ən məşhur siyasətçiləri ilə bir sıraya qoyur. Heydər Əliyev sanki əzəldən böyük siyasət üçün yaranmış, təkcə bir ölkə miqyasında deyil, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətlə sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən xüsusilə dövlət və dövlətçilik məsələləri ilə bağlı baxışlarında özünü büruzə vermişdir. Hətta siyasi opponentləri hər məqamda onun haqlı olduğunu etiraf etməyə məcbur olmuşlar ki, bu da milli maraqların kəsişdiyi məqamlarda ölkədə siyasi həmrəyliyin əldə olunması üçün çox vacib amil rolunu oynamışdır.
İdarəetmədə böyük səriştəsi və qibtə ediləcək qabiliyyətə malik olan, nəyi nə zaman deməyi, hansı addımı nə vaxt atmağı dəqiq müəyyənləşdirməyi bacaran Heydər Əliyevin təliminə görə siyasət və uzaqgörənlik qarşılıqlı vəhdətdədir. O, əmin idi ki, “reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır”. Məntiqlə, həqiqətən də belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət etmiş olur.
Heydər Əliyevin reallıqlara söykənən strateji yanaşmaları bütünlüklə milli maraqlar üzərində qurulmuşdu. Ulu öndər qlobal düşüncəli, geniş dünyagörüşlü bir siyasətçi idi. O, hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Heydər Əliyevin mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Fenomenal xarakteri, müsahibini təmkinlə dinləməklə bərabər həm də həmsöhbətinə təsir etmək bacarığı, hər kəslə onun öz dilində danışmaq məharəti Heydər Əliyevi xalqın sevimlisinə çevirib. Heç də hər dövlət xadiminə xas olmayan ali insani keyfiyyətlər – humanizm və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, səbat və diqqət Heydər Əliyevin fərdi naturasının spesifik çalarlarıdır. Ulu öndərin gücü həm də universal və dərin biliyində, qətiyyətində, hökmündə, səbrində, heyrətamiz yaddaşında, tükənməz enerjisində idi.
Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadiminin gedişləri bu gün də ən tanınmış siyasətçiləri belə təəccübləndirir. Bu cəhətdən Heydər Əliyevə bərabər tutula bilən dövlət xadimi çox azdır. Ümummilli liderin ictimai-siyasi fəaliyyətinin obyektiv təhlili göstərir ki, o, başqalarından fərqli olaraq qeyri-adi zəkaya, yüksək analitik təfəkkürə, yenilməz iradəyə malik siyasətçi olub. Təsadüfi deyil ki, bir sıra hallarda Heydər Əliyevi “siyasət qrossmeysteri”, “siyasət patriarxı” kimi epitetlərlə xarakterizə edirlər.
Heydər Əliyev hələ sovetlər dönəmində – Azərbaycana rəhbərlik etdiyi illərdə siyasi uzaqgörənlik nümayiş etdirərək respublikanı hərtərəfli inkişaf yoluna çıxarmış, onun gələcək müstəqilliyinin fundamental əsaslarının formalaşması üçün nəhəng işlər görmüşdür. Dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdiyi müstəqil Azərbaycan onun şah əsəridir. Ona görə də ölkəmizin çağdaş tarixində o, ilk növbədə yeni müstəqil dövlətimizin banisi kimi şərəfli adın şəriksiz sahibidir.
Siyasi varislik ənənələrinin davamı, üstəlik, mütərəqqi inkişaf meyllərinin güclənməsi Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmlənməsinə, müstəqilliyimizin əbədiliyinə, ölkəmizin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır. Bu baxımdan əminliklə söyləmək mümkündür ki, dövlət müstəqilliyimizin nicat ünvanı olan Heydər Əliyevin ən böyük vəsiyyətinə əməl edərək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Prezident İlham Əliyev bu gün ulu öndərin siyasi kursunu yeni çağırışlara uyğun şəkildə, əzmlə, daha möhtəşəm uğurlar üzərindən inkişaf etdirməkdədir. Ona görə də Azərbaycan var olduqca Heydər Əliyevin xoş xatirəsi də qədirbilən xalqımızın qəlbində daim yaşayacaqdır.
Əli Hüseynli
Milli Məclisin deputatı
Zamanın fövqündə duran dahi şəxsiyyət - Əli Hüseynlinin yazısı
12
dekabr
08:30
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Baş Prokurorluqda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib - FOTO
QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
Milli Məclis MÜHÜM QƏRAR VERDİ - Bələdiyyələrlə bağlı...
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
DTX-nin əməkdaşları Ulu Öndərin məzarını ZİYARƏT ETDİ - VİDEO
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ