Yeger Rahim Gəncəliyev və dəstəsi Ağgöl Milli Parkında sintetik torlardan istifadə etməklə gölün faunasını məhv edirlər...
Nazir əvəzi Rəşad İsmayılov Ağgöl Milli Parkında qanunsuz balıq ovlayanlara qarşı sərt tədbirlər görməlidir. Bunu Ağgöl Milli Parkında baş verənlərələ bağlı redaksiyamıza müraciət edən şikayətçi bildirib.
Qeyd edək ki, ötən həftə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Ağgöl Milli Parkında qanunsuz balıq ovu ilə bağlı oxucularaməlumat vermişdik. Bildirmişdik ki, Ağgöl Milli parkının yegeri işləyən Rahim Gəncəliyev və oğlu Məhəmməd Gəncəliyev vəzifələrindən sui-istifadə edərək davamlı olaraq adı çəkilən qoruqda brakonyerlik edərək qanunsuz balıq ovlayırlar.
Redaksiyamıza verilən yeni məlumatda qeyd edilir ki, Ağgöl Milli Parkında qanunsuz balıq ovu ilə ən çox qoruğun mühafizəsini təşkil edən yegerlər məşğul olur. Yeger Rahim Gəncəliyev və oğlu Məhəmməd Gəncəliyevin dəstəsi Ağgöldə "Dukker" və "Quzu çalası" deyilən ərazilərdə yüz metrlərlə uzanan sintetik torlar quraşdıraraq kütləvi balıq ovlayırlar. Yegerlərin brakonyer dəstəsi "Dukker" və "Quzu çalası" deyilən ərazilərdə sintetik torlarlara ovladıqları balıqları gecəynən Qara təpə ərazisindən çıxardaraq İmişlidə satışını təşkil edirlər. Yəni faktiki olaraq Ağgöl Milli Parkını qorumaqla vəzifəli olan şəxslər göldəki balıqları kütləvi şəkildə məhv etməklə məşğuldurlar.
İddia edilir ki, Rahim və Məhəmməd Gəncəliyevlərin ortaqları və himayəçisi Ceyhun adlı şəxsdir. Hazırda Rəhim Gəncəliyevin himayə etdiyi oğlu Məhəmməd Gəncəliyev və dəstəsi Ağgöldə həftədə iki dəfə balıq ovu ilə məşğul olurlar. Bu isə havanın soyuq olması və balıqların hərəkətsizliyi ilə bağlıdır. Ancaq yeger brakonyer dəstələr aprel və may aylarında ciddi fəaliyyətə keçəcəklər. Çünki həmin aylarda balıqlar kürü tökmək üçün suyun dayaz yerlərinə və qamışın dibinə çıxırlar.
"İnanırıq ki, Ekologiya və Təbii Sərvətlər nazirinin birinci müavini, hazırda nazir vəzifəsini icra edən Rəşad İsmayılov Ağgöl Milli Parkında yeger brakonyerlərə qarşı sərt tədbirlər görəcək", deyə redaksiyamıza ünvanlanan müraciətdə deyilir.(azfakt.com)
Mövzu ilə bağlı araşdırmamız davam edir.
Ağgöldə brakonyerlər ŞƏBƏKƏSİ - Rahim Gəncəliyev, dəstəsi və himayədarları
17
fevral
19:54
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Ağgöl Milli parkında qanunsuz balıq ovu və monopoliya - Rahim Gəncəliyevin oğlu dəstə yaradıb
Salyanda meşə fondu 4750 tinğ əkildi - FOTO
50-dən çox heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Muxtar Babayev Masallıda ağac əkir, Nəsimi Nəsibov da meşələrin kəsilməsinə rəvac verir
Həbs edilən Qafar Dəmirçiyə vaxtıilə HAVADARLIQ EDƏN Firdovsi Əliyevi NƏLƏR GÖZLƏMİR…
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI