Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 56 saylı Şabran-Xaçmaz Seçki Dairəsi üzrə 19, 24 və 52 saylı seçki məntəqələri (Rəhimli bələdiyyəsi) ilə əlaqədar daxil olan müraciətlərə baxılıb.
E-huquq.az-ın xəbərinə görə, məsələ barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.
Bəxşeyiş Əsgərov müraciətlə əlaqədar təqdim edilən seçki protokollarına məqsədli şəkildə müdaxilə edilərək saxtakarlığa yol verildiyini nəzərə çatdırıb:
“Məsələn, protokolda namizədin 10 səs aldığı yazılıb, ancaq müraciətə əlavə edilən protokolun surətində 1 rəqəmi əlavə edilərək, 110 səs göstərilib və bu, qanunsuzluq kimi təqdim edilib. Aydın olur ki, bu şəxslərin başında Rəhimli bələdiyyəsinin hazırkı sədri Rafiq Muradov durur. Rafiq Muradov bu bələdiyyə seçkilərində də namizəd olub. Bu hallar üzə çıxdıqdan sonra Rafiq Muradovla əlaqə saxlamaq mümkün olmadı. Müraciət əsassız sayılmalı və seçki protokollarında manipulyasiyaya yol verildiyi şübhəsi olduğu üçün bu seçki subyektləri ilə bağlı materiallar cinayət əlamətinin olub-olmamasının araşdırılması üçün Baş Prokurorluğa təqdim edilməlidir”.
MSK müraciəti əsasız sayıb. Eyni zamanda müraciət edən seçki subyektləri ilə bağlı materiallarda cinayət əlamətinin olub-olmamasının araşdırılması üçün Baş Prokurorluğa təqdim edilməsi barədə qərar qəbul edilib.
Rəhimli bələdiyyəsinin sədrinin də imzaladığı müraciətə əlavə edilən protokolların surətinin saxtalaşdırıldığı üzə çıxdı
08
fevral
18:25
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Quba ŞAHİN OYLAĞINA çevrilib... - Başçı baş verənlərlə BAŞ EDƏ BİLMİR?
Bakının iki bələdiyyə sədrindən inanılmaz seçki oyunu: Saxtakarlıq, qohumbazlıq, tayfabazlıq və... -FOTO
Nuriyevlərin Sabirabadda seçki SABOTAJI – Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyev qoyun sürüləri üçün ZƏBT ETDİYİ ərazilərdə...
Arvadını mühasib, qardaşı oğlunu müavin TƏYİN ETDİ - Sabiq sədrə elektron QOLBAQ TAXILDI
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr AÇIQLANDI
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI