Bələdiyyə seçkilərində ən yüksək və ən aşağı seçici fəallığına malik dairələr məlum olub.
Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin rəhbəri Fərid Orucov məlumat verib.
Saat 15:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 83 saylı Beyləqan Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 31,51 % olub. Dairə üzrə 17 916 seçici səsvermə hüququndan istifadə edib.
Saat 15:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 16 saylı Yasamal İkinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 17,34 % olub. Dairə üzrə 8 383 seçici məntəqələrə gedərək səs verib.
Xatırladaq ki, saat 15:00-dək respublika üzrə 1 473 005 nəfər səs verib, seçici fəallığı 24,71% olub.
Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Seçki məntəqələri səhər saat 08:00-da açılıb.
Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səsvermə prosesi saat 19:00-dək davam edəcək.
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr AÇIQLANDI
29
yanvar
16:52
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bələdiyyə seçkiləri BU TARİXDƏ KEÇİRİLƏCƏK
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – “gündüz çıraqla tapılan” şirkətə ETİBAR ETMƏKLƏ
Özbəkistanda parlament seçkiləri başa çatdı - YENİLƏNDİ
İcra başçısı qəbuluna gələn QAZİNİ aşağılayıb - Beyləqanda NƏ BAŞ VERİB?/FOTO
Gürcüstanda prezident SEÇKİLƏRİ: ilk qeyri-birbaşa səsvermə KEÇİRİLİR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI