Abşeron rayonunun Məhəmmədli qəsəbəsində qanunsuz “makler evləri”nin tikintisinin geniş vüsət aldığı iddia olunur.
Kainat.tv bildirir ki, sözügedən tikililər əsasən sənədsiz şəkildə inşa edilir və sonradan vətəndaşlara kredit yolu ilə satılır. İddialara görə, Abşeron ərazisində bu sahədə fəaliyyət göstərən geniş bir biznes şəbəkəsi formalaşıb.
Qeyd olunur ki, həmin şəbəkənin fəaliyyəti uzun müddətdir davam edir və qanunsuz tikintilərin qarşısını almaq mümkün deyil. İddialarda qeyd olunur ki, bu prosesin həyata keçirilməsi rayon rəhbərliyinin nəzarəti altında baş verir. Belə ki, Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin bu tikintilərə nəzarət etdiyi, onun tapşırığı ilə Məhəmmədli qəsəbə icra nümayəndəsi Elmar Abbasov prosesə birbaşa nəzarət etdiyi bildirilir.
Qeyd edək ki, Abşeron rayonu paytaxt Bakı ətrafında qanunsuz tikililərin daha çox yayıldığı ərazilərdən biri hesab olunur. Xüsusilə “makler evləri” adı ilə tanınan fərdi yaşayış evlərinin tikintisi və satışı uzun illərdir müzakirə mövzusudur.
Bildirir ki,Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasında Məmmədlidə tikilən evlərlə bağlı heç bir qeyd yoxdur.
Məsələ ilə bağlı rəsmi qurumların mövqeyini öyrənmək mümkün olmayıb. Aidiyyatı qurumların və yazıda adları keçən şəxslərində fikilərini yayımlamağa hazırıq. Mövzu diqqətdə saxlanılır.
Həmin görüntüləri təqdim edirik: //Xalq
Məhəmmədli qəsəbəsində qanunsuz "MAKLER EVLƏR"inin tikintisi bitmir - RİH başçısı GÖSTƏRİŞ VERİB?
25
aprel
11:13
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Təhsil eksperti Kamran Əsədov niyə səhvə yol verib?
Qalib Xalqın tarixi QƏLƏBƏSİ: Azərbaycanın ZƏFƏR GÜNÜDÜR
Elman Rüstəmovun 5 milyonluq kredit dosyesini buna görə gizlədirlər - SENSASİON TƏFƏRRÜAT
Quba ŞAHİN OYLAĞINA çevrilib... - Başçı baş verənlərlə BAŞ EDƏ BİLMİR?
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI