Üç binanın zirzəmisinə 18 gündür fasiləsiz su dolur.
Kainat.tv Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər suyu nasoslar vasitəsilə təmizləməyə çalışsalar da, suyun səviyyəsi artmaqda davam edir.
Söhbət paytaxt Bakının Sabunçu rayonu, Savalan yaşayış massivində qazi və şəhid ailələri üçün inşa edilmiş yaşayış kompleksindən gedir. Sakinlər bildirirlər ki, günlərdir davam edən problem onların həyat və yaşayış şəraitini çətinləşdirib.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, Leyla Bədirbəyli küçəsində yerləşən 12 binadan ibarət yaşayış kompleksində 3 binanın zirzəmisinə yığılan suların kənarlaşdırılması məqsədilə Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən nasos quraşdırılıb və hazırda işlək vəziyyətdədir.
Həmçinin qeyd olunub ki, rayonun Bakıxanov qəsəbəsi, Sabunçu qəsəbəsi və Zabrat qəsəbəsinin bir hissəsi istisna olmaqla, digər ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmadığından, aramsız yağıntılar zamanı məişət, yağış və qrunt sularının kənarlaşdırılmasında çətinliklər yaranır. Bu şəbəkənin qurulması aidiyyəti üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Dövlət Proqramları çərçivəsində həyata keçirilir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən isə bildirilib ki, sözügedən ünvana Sabunçu Rayon Sukanal İdarəsinin briqadası tərəfindən baxış keçirilib. Xətlər yoxlanılıb, hər hansı su və ya kanalizasiya xəttində axıntı aşkarlanmayıb. Həmçinin şikayət əsasında zirzəmidəki sudan nümunə götürülüb. Analizin nəticəsinə görə, zirzəmiyə dolan suyun qrunt suyu olduğu müəyyənləşdirilib və sakinlərə bununla bağlı məlumat verilib.
ADSEA-dan şəhid ailələrinin yaşadığı binanın probleminə laqeyd münasibət - VİDEO
17
aprel
08:30
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır – SİYAHI
50-dən çox heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Xüsusi texnikaların alınmasına milyonlar xərclənən Xəzər rayonunda zibil niyə EŞŞƏK ARABASI ilə daşınır
Mahir Əliyev “QLOBUS-23” MMC-ni Samuxda hansı üsullarla qalib seçib – Antiinhisar hara baxır?
"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI