Dünən sosial şəbəkələrdə bir kişinin Zirə qəsəbəsində eşşək arabası ilə zibil daşıdığını əks etdirən bir video yayılıb. Məsələ sosial mediada geniş rezonans doğurub. Videoda qeyd edilir ki, zibil daşıma işini Zirə bələdiyyəsi həyata keçirir. Məsələyə aydınlıq gətirmək üçün bələdiyyə ilə əlaqə saxlayan bakupost.az-a bildiriblər ki, videodan məlumatlıdırlar, lakin həmin zibili onlar yığmır. Məsuliyyət daşıyan qurum kimi Xəzər rayon İcra Hakimiyyətini göstəriblər. İcra Hakimiyyəti ilə əlaqə saxladıqda isə qəti cavab alıblar: ”Ümumiyyətlə, zibil yığmaq bizim səlahiyyətimizdə deyil. Mənzil Kommunal Təsərrüfat Birliyi ilə əlaqə saxlayın”. Burada isə zəngə cavab verən xanım bizi səlahiyyətli şəxsə yönləndirsə də, o, telefona cavab vermədi.
Beləliklə, bir videodan məlum olur ki, faktiki olaraq Zirədə zibil yığılmır və bunu heç bir rəsmi qurum da inkar etmir. Bir az araşdırdıqda məlum olur ki, problem təkcə bu ilin məsələsi deyil. Sakinlər bildiriblər ki,ötən il də eyni problemi dilə gətiriblər ki, qəsəbədə zibil konteynerləri yoxdur, küçələr isə zibil yığınları ilə doludur: “Qəsəbə ərazisinə baxış keçirsəniz, özünüz görəcəksiniz. Zibil dizə çıxır. Nə konteyner qoyurlar, nə də maşın gəlir zibili daşımağa. Məcbur olub eşşək arabası ilə zibil daşıyırıq. 5 manatdan yığıb eşşəyin sahibinə veririk ki, zibilləri yükləyib aparsın.”
Kainat.tv xəbər verir ki, mövzu ilə bağlı Aktualinfo.org-da müəyyən araşdırmalar aparmalı oldu. Məlum oldu ki, Xəzər İcra Hakimiyyətindən zibil daşımağa məsul qurum kimi göstərilən Mənzil Kommunal Təsərrüfat Birliyi son illər müəssisə üçün nəqliyyat vasitələrinin alınmasına xeyli dövlət cəsaiti xərcləyib.
Dövlət satınalmalarının portalına yerləşdirilmiş məlumata görə Xəzər rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 21.06.2021-ci ildə nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə “İMPROTEX TRUCKS AND BUSES” MMC ilə 457.151,35 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Şərtlər toplusuna görə Təsərrüfat Birliyi 1 ədəd bərk məişət tullantılarının daşınması üçün nəqliyyat vasitəsi (həcmi 22m3 üst qurğusu ilə) üçün MMC -yə yarım milyon manata yaxın dövlət vəsaiti ayırırb.
Ondan əvvəl isə kommunal təyinatlı maşın və mexanizmlərin satınalınması Xəzər rayon Mənzil Kommunal Təsərrüfat Birliyi “İMPROTEX TRUCKS AND BUSES” MMC ilə 457.151,35 manat məbləğində də bir nəqliyyat vasitəsi alıb. Bu müqaviləni isə 09.12.2020-ci ildə bağlayıb.
Nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə bir müqavilə də “AZ-TEX-IMPORT” MMC ilə 09.12.2020-ci ildə bağlanılıb. Bir ədəd texnikanın alınması üzrə bağlanmış bu müqavilənin dəyəri 158.120 manat təşkil edib.
Bunlardan əlavə Xəzər rayon Mənzil Kommunal Təsərrüfat Birliyi son illər balansında olan nəqliyyat vasitələrinə ehtiyat hissələrinin satın alınmasına da xeyli vəsait xərcləyib.
03.05.2021-ci ildə “STONE CONSTRUCTİON” QSC ilə 137.971,5 manat dəyərində, müxtəlif təyinatlı hissələrin satınalınması üzrə 187.519,7 manat dəyərində “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” QSC ilə 21.10.2022-ci ildə, müəssisənin balansında olan əsas vəsaitlərə texniki qulluq məqsədli bir sıra malların satın alınması üzrə 251.609,04 manat dəyərində “BİLGƏ QRUP” QSC ilə 14.12.2023-cü ildə, əsərrüfat işçiləri üçün nəzərdə tutulan müxtəlif növ təmir mallarının satın alınması üzrə 87.176,28 manat dəyərində “BİLGƏ QRUP” QSC ilə 19.09.2024-cü ildə, müxtəlif növ malların satın alınması üzrə 32.222,26 manat dəyərində “CASPİAN EXPERT GROUP” MMC ilə 13.12.2024-cü ildə müqavilələr bağlanılıb.
Bunlardan əlavə Xəzər rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 09.12.2020-ci ildə “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” QSC ilə avadanlıqların satınalınması 434.263,6 manat dəyərində müqavilə bağlayıb. Şərtlər toplusuna görə 1000 lt tutumu olan 187 ədəd zibil konteyneri, 100 lt tutumu olan 55 ədəd zibil üçün plastik materialdan konteyner, 2.000 ədəd konteyner üçün tormuzlu təkər alınıb.
Qeyd edək ki, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovdur. O, Prezident İlham Əliyevin 05 fevral 2019-cu il tarixli Sərəncamı ilə bu vəzifəyətəyin edilib. O, 2014- 2018-ci ilin sentyabr ayına qədər Xəzər rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb və 2018-ci ildə dövlət qulluğunda irəli çəkilərək, Xəzər rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifələrinə təyin edilib.
Xatırladaq ki, Xəzər rayon İcra Hakimiyyətinin əvvəlki başçısı Gülağa İslamov olub. Gülağa İslamovun Xəzər rayonunu ailəliklə idarə etməsi barədə mətbuatda kifayət qədər geniş məlumatlar var. Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi sədri vəzifəsində də vaxtılə başçı olmuş Gülağa İslamovun qardaşı Böyükağa İslamov olub. Hazırda isə sözügedən vəzifəni Böyükağa İslamovun oğlu Hikmət İslamov tutur. Göründüyü kimi hazırki İcra başçısı Elşən Salahov keçmiş başçı Gülağa İslamovun ən yaxın adamlarından olub. Elşən Salahov da keçmişinə sadiq qalaraq sabiq başçının qohumları ilə Xəzər rayonunu idarə edirlər.
Satınalmaların portalından əldə etdiyimiz məlumatlardan da göründüyü kimi Xəzər rayon Mənzil Kommunal Təsərrüfat Birliyi son illər nəqliyyat və xüsusi texnikaların satınalınmasına, o cümlədən onlara ehtiyyat hissələrinin alınması məqsədi ilə milyonlarla mant dövlət vəsaiti xərcləyib. Biz hələ Bakı şəhər İcra Hakimiyyəti, onun tabeliyində olan Mənzil-Kommunal Təsərrüfatı Departamenti vasitəi ilə alınan xüsusi texnikaları və zibil qutularını da bura saymırıq. Onları da araşdırıb əlavə etsək, buraya son illər daha çox büdcə vəsaitinin ayrıldığını görmüş olarıq. Belə olan halda Xəzər rayonunun qəsəbələrində zibil nədən həmin xüsusi texnikalar vasitəsi ilə deyil, eşşək arabası ilə yığılır?
Xüsusi texnikaların alınmasına milyonlar xərclənən Xəzər rayonunda zibil niyə EŞŞƏK ARABASI ilə daşınır
17
iyul
13:01
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə bağlı ŞOK MƏLUMATLAR
Sumqayıtın yaşıllaşdırılmasına ayrılan milyonlar və “SAFFİRA PLUS” müəmması
Şükürov ona işgəncə verən ermənilərin adlarını çəkdi - MƏHKƏMƏ (FOTOLAR)
Quba ŞAHİN OYLAĞINA çevrilib... - Başçı baş verənlərlə BAŞ EDƏ BİLMİR?
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- İlham Əliyevin Almaniya səfəri Bakı–Berlin münasibətlərində YENİ SƏHİFƏ AÇIR – Deputat və siyasi şərhçi DANIŞDI
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Tehranda DƏHŞƏTLİ XƏYANƏT şoku: SEPAH zabitləri şahın oğlu ilə GİZLİ ƏLAQƏDƏDİR
- Rusiya bu ölkənin diplomatlarını QOVDU - QİSAS AKTI?
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ