Yunanıstan Şərqi Aralıq dənizində Türkiyəyə qarşı hərbi balansı dəyişmək istiqamətində addımlarını sürətləndirir. Afina hökuməti İsraillə müdafiə sahəsində əməkdaşlığı genişləndirərək yeni saziş imzalayıb.
Kainat.tv “Hürriyet”ə istinadən xəbər verir ki, məlumata görə, iki ölkənin müdafiə nazirləri arasında əldə olunan hökumətlərarası razılaşmaya əsasən, Yunanıstan İsraildən PULS çoxlüləli raket buraxıcı sistemlərinin alınmasına başlayıb.
Yunanıstan mediası yazır ki, təxminən 750 milyon dollar dəyərində olan bu müqavilə Türkiyənin “Bora” və TRG-300 raket sistemlərinə cavab kimi qiymətləndirilir.
Bildirilir ki, əsas məqsəd Meriç çayı və Egey dənizi istiqamətində müdafiə xəttini gücləndirməkdir. Alınacaq PULS sistemləri 3 milyard avro büdcəyə malik və gələn il istifadəyə verilməsi planlaşdırılan “Axilles qalxanı” hava hücumundan müdafiə sisteminə inteqrasiya ediləcək.
Saziş çərçivəsində İsrailin 18 ay ərzində Yunanıstana 36 ədəd buraxılış qurğusu təhvil verəcəyi qeyd olunur. Müqaviləyə həmçinin geniş sursat təminatı, logistika dəstəyi və şəxsi heyət üçün təlim proqramları da daxildir.
Qeyd olunub ki, ABŞ da bu prosesdə alternativ təkliflə çıxış edib. Lakin Afina 300 kilometr mənzilli, hazır və sertifikatlaşdırılmış raket sistemləri təklif edən İsrail variantına üstünlük verib.
İsrail Müdafiə Nazirliyinin açıqlamasına əsasən, Təl-Əviv növbəti 10 il ərzində sistemlərə texniki xidmət və dəstək göstərməyi də öhdəsinə götürüb. //Publika.az
Türkiyəyə qarşı PLAN: Afina və Təl-Əvivdən yeni HƏRBİ RAZILAŞMA
08
aprel
14:39
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Beş dənizin arasındakı “barıt çəlləyi”: Nəhənglərin “sərvət savaşı”
“Ermənistan üçün ”NATO ÇƏTİRİ" qurulur" iddiası - RƏYLƏR
Təcili Tibbi Yardım maşınları üçün müəmmalı tender oyunu
Azərbaycan niyə YAĞIŞA UDUZDU? - Milyardlarla vəsaitin HARA XƏRCLƏNDİYİ araşdırmalıdır - FAKTLAR
Netanyahu Türkiyə və İrana qarşı planı ELAN ETDİi: Müsəlman ölkələri də RAZIDIR – Bakının cavabı…
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI