İsrailin Baş naziri Benyamin Netanyahu deyib ki, Təl-Əvivin təşəbbüsü ilə Aralıq dənizi ətrafında və Yaxın Şərq daxilində bütöv bir sistem, ittifaq qurur.
“Bu ittifaqa Hindistan, ərəb ölkələri, Afrika ölkələri, eləcə də Yunanıstan və Kipr kimi Aralıq dənizi ölkələri daxildir. Həmçinin hazırda adlarını açıqlamaq istəmədiyim bəzi Asiya dövlətləri də bura daxildir.
Məqsəd reallığı, qarşıdakı çağırışları və hədəfləri eyni baxış prizmasından qiymətləndirən ölkələr oxu yaratmaqdır. Həm bizim mübarizə apardığımız və qətiyyətlə qarşı durduğumuz radikal şiə oxuna, həm də radikal sünni oxuna qarşı bir ox”, – Netanyahu bildirib.
Netanyahunun səsləndirdiyi fikirlər regionda son illərdə baş verən siyasi proseslər fonunda diqqət çəkir. Aydın məsələdir ki, o, klassik hərbi alyans qurmaqdan daha çox ortaq təhlükə qavrayışı ətrafında formalaşan strateji şəbəkə modelindən bəhs edir. Belə ki, əsas mərkəzdə İsrailin yer alacağı bu layihə həm radikal şiə oxuna, həm də radikal sünni oxuna qarşı olacaq.
“Radikal şiə oxu” ifadəsi ilə Netanyahu İranın regionda qurduğu və illərdir genişləndirdiyi proksi şəbəkəsini nəzərdə tutur. Bu şəbəkənin əsas dayaqları Livanda “Hizbullah”, İraqda “Haşdi Şabi”, Yəməndə husilər və Suriyada İranın dəstəklədiyi müxtəlif milis strukturlardır. Tehran bu qüvvələri həm ideoloji yaxınlıq, həm də hərbi-logistik dəstək vasitəsilə öz strateji dərinliyinin elementi kimi formalaşdırıb. Məsələn, Livanda “Hizbullah” sadəcə silahlı təşkilat deyil, eyni zamanda siyasi sistemin içində təmsil olunan gücdür. İraqda “Haşdi Şabi” qrupları isə təhlükəsizlik strukturlarının bir hissəsinə çevrilib. Husilərə gəldikdə, bu qrup Yəməndə faktiki olaraq ölkənin əhəmiyyətli hissəsinə nəzarət edir. Suriyada isə hələ də İsrail sərhədinə yaxın ərazilərdə İrana bağlı silahlı qruplar mövcudluğunu qoruyur.
“Radikal sünni oxu” anlayışı isə bir qədər fərqlidir. Belə ki, əsasən qeyri-dövlət silahlı qrupları bu kateqoriyaya əlavə edilir. İŞİD, Əl-Qaidə və onlara bağlı strukturlar buna misal ola bilər. Lakin aydın məsələdir ki, İsrail burada daha çox Türkiyəni nəzərdə tutur. Ankara NATO üzvüdür və Qərb təhlükəsizlik sisteminin bir hissəsidir. Lakin uzun illərdir Ankara xüsusilə Fələstin məsələsini, o cümlədən Qəzza mövzusunu xarici siyasət diskursunun mərkəzinə çəkib. Qüdsün statusu ilə bağlı sərt mövqe, İsrailin hərbi əməliyyatlarına açıq tənqid və İslam dünyasında siyasi-mənəvi liderlik iddiası Türkiyənin regional rolunu ideoloji çalarla gücləndirib. Bu xətt xüsusilə sünni müsəlman ictimaiyyətində rezonans doğurur və Ankaraya yumşaq güc üstünlüyü qazandırır. Bundan başqa, Türkiyə Suriyada həm hərbi mövcudluğa malikdir, həm də mövcud iqtidarın hakimiyyətə gəlməsində əsas dəstək verən ölkədir.
Ankaranın tarixi və mədəni təsir zonalarında – Balkanlar, Yaxın Şərq, Şimali Afrika – aktiv diplomatiya və humanitar-siyasi iştirak nümayiş etdirməsi İsrail tərəfindən açıq şəkildə “sünni mərkəzli təsir genişlənməsi” kimi qəbul edilir.
İsrailin hədəfi
Mövcud vəziyyətdə belə bir nəticəyə gəlmək olar ki, Netanyahu Türkiyənin “sünni oxu”na və İranın “şiə oxu”na qarşı “İsrail oxu” tərtib edir. Lakin İsrailin nəzərdə tutduğu areal xüsusi diqqət çəkir. Bu ittifaqa ərəb ölkələri, Afrika ölkələri, eləcə də Yunanıstan və Kipr kimi Aralıq dənizi ölkələri daxildir. Həmçinin hazırda adlarını açıqlamaq istəmədiyi bəzi Asiya dövlətləri də siyahıdadır.
Körfəz ölkələrinin bir qismi artıq bu xəttə açıq şəkildə yaxınlaşıb. BƏƏ və Bəhreyn İsraillə normallaşma sazişi imzalayıb və təhlükəsizlik əməkdaşlığı genişlənir. Səudiyyə Ərəbistanı formal razılaşma etməsə də, İranla rəqabət fonunda İsraillə strateji yaxınlaşma ehtimalı həmişə masadadır. Misir və İordaniya isə onsuz da illərdir İsraillə təhlükəsizlik koordinasiyası aparır. Bu ölkələrin ortaq nöqtəsi İranın regional ekspansiyasına qarşı balans yaratmaq istəyidir.
Aralıq dənizi xəttində isə məsələ daha çox Türkiyə ilə bağlıdır. İsrail, Yunanıstan və Kipr arasında son illərdə nəzərəçarpacaq dərəcədə yaxınlaşma müşahidə edilir. Xüsusilə qaz yataqları və enerji ixracı ilə bağlı əməkdaşlıq formalaşıb. Şərqi Aralıq dənizi qaz ehtiyatları Avropanın enerji təhlükəsizliyi kontekstində də önəm qazanıb. Burada Fransa kimi ölkələrin də dolayı maraqları var. İsrail bununla Türkiyənin regional maraqları və enerji siyasətinə qarşı durur.
Yeni ittifaqın “gizli” uzantıları
Adı çəkilməyən Asiya ölkələrindən biri şübhəsiz Hindistandır. Hindistan həm İsraillə müdafiə və texnologiya sahəsində sıx əməkdaşlıq edir, həm də Körfəz ölkələri ilə dərin iqtisadi əlaqələrə malikdir. ABŞ-ın təşviq etdiyi Hindistan–Yaxın Şərq–Avropa iqtisadi dəhlizi ideyası sözügedən geosiyasi arxitekturanın iqtisadi ayağı kimi görünür. Bu, Çin təsirinə qarşı alternativ logistika və ticarət marşrutu kimi də qiymətləndirilə bilər.
Afrika ölkələrinin daxil edilməsi xüsusilə Qırmızı dəniz və Şərqi Afrika xəttinə bağlıdır. Sudanla normallaşma prosesi, Efiopiya ilə münasibətlər, Keniya kimi ölkələrlə təhlükəsizlik əməkdaşlığı, Somaliləndin müstəqilliyinin tanınması İsrail üçün həm İran və Türkiyənin təsirinin qarşısını almaq, həm də dəniz ticarət yollarını qorumaq baxımından əhəmiyyətlidir. Onu da deyim ki, Qırmızı dəniz artıq qlobal ticarət üçün kritik arteriyadır.
Ancaq bu modelin zəif tərəfləri də var:
Birincisi, ərəb ölkələrinin daxili ictimai rəyində İsraillə açıq hərbi blokda görünmək həssas məsələdir. Fələstin problemi tam həll olunmadan genişmiqyaslı ictimai legitimlik qazanmaq çətindir.
İkincisi, Türkiyə və İran kimi regional güclər belə bir bloklaşmanı öz maraqlarına zidd hesab edə və əks-geosiyasi addımlar ata bilər.
Üçüncüsü, bu strukturun nə qədər formal və institusional olacağı hələ bəlli deyil. Çox güman ki, bu, sərt müqaviləli ittifaqdan çox, çevik və sahəvi əməkdaşlıq modeli olacaq. Yəni kəşfiyyat mübadiləsi, hava müdafiəsi inteqrasiyası, enerji layihələri və ticarət dəhlizləri kimi.
Son olaraq, Azərbaycan heç bir halda bu layihədə yer almaz. Məsələ ondadır ki, Azərbaycan illərdir Türkiyə–İsrail, İran–İsrail xəttində uğurlu balans siyasəti aparır. Hətta İranla gərginliyin pik həddində belə balans pozulmayıb. Bunun əsas səbəbi Bakının seçim edəcək situasiya ilə üz-üzə qalmamasıdır. Lakin xüsusilə Türkiyə–İsrail gərginliyində seçim qarşısında qalınarsa, fikrimcə, Bakının mövqeyi bəllidir. Bu mənada Azərbaycan cənub qonşusu İran və müttəfiqi Türkiyəyə qarşı heç bir destruktiv layihədə yer almaz. //Globalinfo.az
Netanyahu Türkiyə və İrana qarşı planı ELAN ETDİi: Müsəlman ölkələri də RAZIDIR – Bakının cavabı…
25
fevral
17:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Şükürov ona işgəncə verən ermənilərin adlarını çəkdi - MƏHKƏMƏ (FOTOLAR)
Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgilərlə tanış olub
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
Suriya BÖHRANI: İran “ŞİƏ HİLALI”nı, Çin cənub marşrutunu, Rusiya isə imperiya potensialını İTİRDİ
Azərbaycanın Yaxın Şərq SİYASƏTİ: Uğurlu diplomatiyanın NƏTİCƏSİ
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ