Yaxın Şərqdə davam edən genişmiqyaslı müharibə fonunda Avropanın mülki obyektlərinə-sinaqoqlara, yəhudi məktəblərinə və ABŞ-a məxsus banklara qarşı silsilə hücumlar başlayıb.
Kainat.tv xəbər verir ki, "Financial Times" (FT) nəşri bu hücumların arxasında cəmi bir ay əvvəl peyda olan və İrana bağlılığı şübhə doğurmayan "Əshab əl-Yəmin" (Sağ tərəfin adamları) adlı gizli qruplaşmanın dayandığını yazıb.
Martın 9-dan etibarən Belçika, Niderland, Fransa və Böyük Britaniyada qeydə alınan 7-dən çox terror aktı birbaşa bu qrupun fəaliyyəti ilə əlaqələndirilir. Kəşfiyyat məlumatlarına görə, İran kəşfiyyatı bu hücumlar üçün yerli cinayətkar şəbəkələrdən və sosial media vasitəsilə cəlb edilən yeniyetmələrdən "istifadə edilib atılan agentlər" kimi faydalanır. Bu hibrid müharibə taktikası Tehrana həm ucuz başa gəlir, həm də rəsmi şəkildə hadisələri inkar etmək imkanı verir.
Analitiklər vurğulayırlar ki, qrupun təbliğat materiallarında klassik islamçı ritorikadan daha çox Avropa cəmiyyətində daxili gərginliyi qızışdırmaq üçün düşünülmüş mürəkkəb manipulyasiyalardan istifadə olunur. Hazırda Niderland və Belçika kəşfiyyatı "İran izini" rəsmən araşdırır, Mossad isə bu qrupun SEPAH tərəfindən yaradılmış "fiktiv marka" olduğunu iddia edir.
Pasxa bayramı ərəfəsində Avropanın iri şəhərlərində təhlükəsizlik tədbirləri görünməmiş dərəcədə gücləndirilib, çünki Tehranın bu "ikinci cəbhə" vasitəsilə Qərbi daxildən sarsıtmağa çalışdığı bildirilir. //Musavat.com
Avropada "KÖLGƏ ORDUSU" xaosu – İrana bağlı yeni qrup qitəni QORXU İÇİNDƏ SAXLAYIR
05
aprel
15:42
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident SƏRT XƏBƏRDARLIQ edib - Qoy düşmənlərimiz bilsinlər ki...
Moskvanın Bakıya qarşı hibrid müharibəsində YENİ DALĞA - Kimlərə sifariş verilib? - TƏHLİL
Dövlətə xəyanətdə təqsirləndirilən şəxs: "Martin öz etdiyi əməlləri ört-basdır edir"
İran Bakını QANA BOYAMAQ istəyir: TƏHLÜKƏ BÖYÜDÜ – Sui-qəsd planında görün KİMLƏR OLUB
Turist və pul axını: kazino sənayesi ölkələrə nə qazandırır? – ARAŞDIRMA
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI