Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Kainat.tv "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryanın vəkili Nizami Əliyev bildirib ki, müdafiə etdiyi şəxs əlavə ifadə vermək istəyir:
"Martin Ryan digər təqsirləndirilən Azad Məmmədlinin ötən iclasda onun barəsində səsləndirdiyi ittihamlara münasibət bildirmək istəyir, yeni faktlar açıqlamaq niyyətindədir".
Məhkəmə bunun üçün şərait yaradıb.
Martin Ryan deyib ki, Azad Məmmədlinin onun barəsində səsləndirdiyi ittihamlar doğru deyil:
"Azadın guya ki, bəzi Azərbaycan vətəndaşlarını Fransa kəşfiyyatının nümayəndələri ilə tanış etməyim barədə dedikləri həqiqət deyil. Mən iş görmək üçün, biznes fəaliyyətimi inkişaf etdirmək üçün iş görə biləcək şəxslərin axtarışlarını aparmışam. Bununla bağlı bir sıra şəxslərlə tanış olmuşam. Onlardan biri də Z.M-dir. O, da Fransa səfirliyində işləyib. Mən həmin şəxslərin ad və soyadlarını istintaq zamanı demişəm. Onların hər biri sorğu-sual edilib".
Martin Ryan qeyd edib ki, işdə adı keçən Ü.Ə. var: "Mən bu şəxslə Fransada təhsil alan tələbələrlə görüş zamanı tanış olmuşam. Mən onu Frederik Devos ilə tanış etmişəm. Etiraf edirəm ki, Ü.Ə-ni Frederik Devos ilə mən görüşdürmüşəm. Sonradan öyrəndim ki, Frederik Devos Fransa kəşfiyyatının adamıdır, onlarla əlaqəsi var, təhlükəli adamdır. Bunu biləndən sonra Ü.Ə-yə dedim ki, Frederik Devos Fransa kəşfiyyatına xidmət edir. Sonralar Ü.Ə. mənə dedi ki, Frederik Devosdan sonra gələn digər fransız kəşfiyyatçısı Loran Qrard ona əməkdaşlıq təklif edib. O isə bundan imtina edib".
Digər təqsirləndirilən Azad Məmmədli qeyd edib ki, Martin Ryan yalan danışır və bu cinayət işi üzrə əsas məqsədləri gizlədir:
"Martin öz elədiyi əməlləri ört-basdır edir. O əsasən neft-qaz işləri bağlı müqavilələrin və işbirliklərinin kəşfiyyatını aparıb. Əsasən Britaniya şirkətlərinin fəaliyyətini öyrənmək istəyib və o şirkətlərdə çalışan aparıcı və rəhbər şəxslərlə tanış olaraq məxfi məlumatları öyrənmək istəyib. O, bəzi Azərbaycan vətəndaşları və bir xarici vətəndaşı Fransa kəşfiyyatının nümayəndələri ilə tanış edib. Həmin xarici vətəndaş xanım idi və neft-qaz şirkətinin aparıcı işçisi olub. Martin Ryan fransız dilinin tədrisi və şahmat dərsləri adı altında bir sıra vətəndaşlarımızın məlumatlarını onlardan toplayıb Fransa xüsusi xidmət orqanlarına verib. R.M. adlı şəxs də fransız dilli olub. O da çox nüfuzlu yerli şirkətin aparıcı işçisi olub. Onu da Fransa kəşfiyyat nümayəndələri ilə tanış edib".
Daha sonra məhkəmədə Martin Ryanın istintaqa verdiyi ifadə elan edilib.
Fransız istintaqda deyib ki, tələbə olan vaxtı bir neçə azərbaycanlı ilə birlikdə oxuyub və əlaqələri yaranıb:
"E.S. adlı şəxslə internetdə tanış olmuşam, münasibət yaratmışam. Onun dəvəti ilə ilk dəfə 2015-ci ildə Azərbaycana gəlmişəm. Doqquz-on gün qaldıqdan sonra Fransaya qayıtdım. Daha sonra 2016-cı ildə tələbə yoldaşım olmuş R.M-in dəvəti ilə iki dəfə Azərbaycana gəlmişəm. Daha sonra qayıdıb getdim. 2020-ci ildə Azərbaycana gəldim, burada xırda biznes yaratdım. Həmin vaxtı tanışım Serj adlı fransız evində olan qonaqlığa məni dəvət etdi. Ziyafət zamanı Frederik Devosla tanış oldum. O, Fransa səfirliyində çalışdığını dedi. Üç ay sonra Devos mənimlə görüşdü. Devos özünü fransızların təhlükəsizliyinə cavabdeh olan şəxs kimi təqdim etdi. O, mənə rusların və iranlıların fransızlar üçün təhlükə olduğunu dedi. Devos İran şirkətləri ilə əlaqələrimin olub-olmaması ilə bağlı suallar verdi. O, mənə dedi ki, iranlı və Rusiya iş adamları haqda məlumatı toplayıb ona ötürüm. Fransa səfirliyində ikinci katib vəzifəsi adı altında çalışsa da, Fransa kəşfiyyatının işçisi olduğunu bildim".
Martin Ryan istintaqda qeyd edib ki, 2020-ci ildə müharibə vaxtı dəfələrlə Frederik Devosla görüşüb:
"Görüşlərdə Azərbaycanın silahlarının bu müharibəyə çatıb-çatmayacağını, Türkiyə-Azərbaycan əlaqələrini soruşub. Mən bildiyim məlumatları onunla bölüşmüşəm. Müharibədən sonra əlaqələr olmuşdu. Ondan sonrakı görüşlərdə Devos mənə tapşırıqlar verirdi. O, iranlı iş adamları ilə bağlı, sonra Azərbaycanda fransız dilini bilən, Fransada oxuyan şəxslərin siyahısını istəyib. Devos hətta mənə İrana getməyi təklif etdi. Dedi ki, get zəfəran ticarəti elə. Z.M-ni, Azad Məmmədlini, Ü.Ə-ni və digər azərbaycanlıları Devosla tanış etmişəm. Devos Azad Məmmədlinin Rusiyada təhsil aldığını bildikdən sonra onunla çox maraqlandı. Bir müddət sonra Devosu Loran Löd adlı şəxs əvəz etdi. Loran da Devos kimi tapşırıqlar verirdi. Loran da, sonra gələn Jerom Qassarino da Fransa kəşfiyyatının əməkdaşları idi. Onlar Fransa səfirliyində müxtəlif adlar altında Azərbaycanda kəşfiyyat işləri aparırdılar. Gərək onlarla bağlı vaxtında Azərbaycanın dövlət orqanlarına məlumat verərdim. Sadəcə o vaxt Fransa hökumətindən qorxdum".
Hakim bildirib ki, Martin Ryanın istintaqa verdiyi ifadə 40 səhifədən çoxdur və məhkəmənin icraatında başqa cinayət işləri var. Bu səbəbdən Martin Ryanın ifadəsinin qalanı növbəti prosesdə elan ediləcək.
Proses iyulun 21-də davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.
İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-qrata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.
Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin "dövlətə xəyanət" ittihamı ilə mühakimə olunacağı bəlli olub.
Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib.
Dövlətə xəyanətdə təqsirləndirilən şəxs: "Martin öz etdiyi əməlləri ört-basdır edir"
24
iyun
20:50

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
DTX-nin həbs etdiyi Martin Ryan KİMDİR? - FOTO
Elman Rüstəmovun 5 milyonluq kredit dosyesini buna görə gizlədirlər - SENSASİON TƏFƏRRÜAT
DTX-dən daha bir UĞURLU ƏMƏLİYYAT - 200 min dollara Bakıda kimi ÖLDÜRMƏK İSTƏYİBLƏR?
Ordudakı yeyinti ilə bağlı yeni FAKTLAR: Bu şəxslərlə bağlı araşdırma aparılacaq - ADLAR
- Nəsimi RİH-nin xeyir-duası yoxsa... - “Əcəmi Mall”da qanunsuz tikinti işlərinə kimlər nədən göz yumur?!/Fotofakt
- Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir? ARAŞDIRMA
- İlham Əliyev Xankəndidə keçirilən ECO-nun 17-ci Zirvə görüşündə çıxış edir
- İlham Əliyev Donald Trampı təbrik etdi
- Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir
- Nazirimiz bahalı maşınının benzinpulunu BELƏ ÇIXARIR - SİZ DƏ ELƏ BİLİRSİNİZ Kİ...
- İham Rəhimov elə Putinin dostu ola bilər, amma...
- Əməkdar artist dövlətin pulsuz təyin etdiyi dərmanı niyə 80 manata alır? - TƏFƏRRÜAT
- İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib
- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma
- Məktəblilərin öldüyü yol qəzasında xuliqanlıq edən 19 nəfərlə bağlı qərar
- Bu gün Oleq Bakinskiyə hökm oxunacaq – Rusiya FTX zabitinin mülki iddiası təmin olunacaqmı?
- Nəsimi RİH-də Zahid Xəlilov və Ələsgər Rüstəmovn Kazımovski küçəsində “...sən də bizi gör” MARAĞI / VİDEO+FOTO
- İcra başçısı ilə qadın sahibkar arasında böyk QALMAQAL: mülk dağıdanların MİLYONLUQ MÜLKLƏRİ - VİDEO
- Şəhid qardaşı cəzaçəkmə müəssisəsinin baş həkimi Ruslan Məmmədovu İFŞA ETDİ: Ədliyyə kapitanı prezidentlə bağlı GÖRÜN NƏ DEYİB / VİDEO
- DİN Bakıda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarını saxladı - Son Dəqiqə/VİDEO
- Qobu qəsəbəsində qanunsuz tikintiyə kimlər icazə verib? - Məktəb direktoru nazirə nədən obyekt tikir?/VİDEO
- Pentensiar xidmətdə rəisin qəbulunda məhbus anasının ürəyi getdi,yerə yıxıldı-VƏZİFƏLİ ŞƏXSLƏR ƏLƏ SALIB GÜLDÜLƏR,ARTİSTLİK EDİR DEDİLƏR....
- General Vüsal Novruzovun bahalı maşın kolleksiyası – Koenigsegg Agera, Bugatti, Ferrari və digər milyon dollarlıq maşınlar - FOTO
- Nəsimi RİH-nin xeyir-duası yoxsa... - “Əcəmi Mall”da qanunsuz tikinti işlərinə kimlər nədən göz yumur?!/Fotofakt
- Abşeron RİH-də defakto tikinti ANLAŞMASI: Xırdalan şəhər 28-ci məhəllədə yaş ağaclar kəsilərək qanunsuz tikinti aparılır - VİDEO
- Azərbaycandan Rusiya ilə bağlı daha bir qərar: Mühüm mədəniyyət tədbirləri ləğv edildi!
- Vətənə, xalqa xidmətin təntənəsi - Azərbaycan polisi 107
- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
- Bir neçə gün sonra İrana HÜCUM EDƏCƏKLƏR: ABŞ razılıq verdi?
- Nəsimi RİH-də Zahid Xəlilov və Ələsgər Rüstəmovn Kazımovski küçəsində “...sən də bizi gör” MARAĞI / VİDEO+FOTO
- İcra başçısı ilə qadın sahibkar arasında böyk QALMAQAL: mülk dağıdanların MİLYONLUQ MÜLKLƏRİ - VİDEO
- Şəhid qardaşı cəzaçəkmə müəssisəsinin baş həkimi Ruslan Məmmədovu İFŞA ETDİ: Ədliyyə kapitanı prezidentlə bağlı GÖRÜN NƏ DEYİB / VİDEO
- DİN Bakıda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarını saxladı - Son Dəqiqə/VİDEO
- Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq İDDİALARI
- Qobu qəsəbəsində qanunsuz tikintiyə kimlər icazə verib? - Məktəb direktoru nazirə nədən obyekt tikir?/VİDEO
- Qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar - İTTİHAM VAR...
- Nəsimi RİH-nin xeyir-duası yoxsa... - “Əcəmi Mall”da qanunsuz tikinti işlərinə kimlər nədən göz yumur?!/Fotofakt
- Pentensiar xidmətdə rəisin qəbulunda məhbus anasının ürəyi getdi,yerə yıxıldı-VƏZİFƏLİ ŞƏXSLƏR ƏLƏ SALIB GÜLDÜLƏR,ARTİSTLİK EDİR DEDİLƏR....