“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) tez-tez baş verən kadr dəyişiklikləri artıq adi hala çevrilib. Qurum daxilində sistemsizlik və idarəetmədəki problemlər rəhbərliyi davamlı olaraq yeni təyinatlara getməyə məcbur edir.
Kainat.tv xəbər verir ki, Bizimesr.az-a daxil olan məlumata görə, ADY sədri Rövşən Rüstəmov mövcud vəziyyətdən çıxmaq üçün mütəmadi kadr dəyişiklikləri edir. Lakin bu addımlar hələlik problemi kökündən həll etmir. Bildirilir ki, vəzifəyə gətirilən şəxslər ya işin öhdəsindən gələ bilmir, ya da qısa müddətdən sonra öz istəkləri ilə vəzifədən uzaqlaşırlar.
Mənbənin sözlərinə görə, qurum daxilində olduqca qarışıq və parçalanmış idarəetmə sistemi formalaşıb. Belə ki, ADY-nin bir sıra səlahiyyətləri müxtəlif özəl şirkətlər arasında bölüşdürülüb. Bu isə vahid idarəetməni zəiflədir, qərarların icrasını çətinləşdirir və ümumilikdə sistemin dayanıqlığına ciddi zərbə vurur.
Bu fonda ADY-də növbəti təyinat həyata keçirilib. Qurumun rəhbəri Rövşən Rüstəmov tərəfindən imzalanan əmrlə Yusif Qəmərli Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin müdiri təyin olunub.
Qeyd edək ki, Yusif Qəmərli bu təyinata qədər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin Daxili nəzarət və audit departamentinin direktoru vəzifəsində çalışıb.
ADY-də ard-arda edilən bu təyinatlar cavabsız qalan bir sualı yenidən gündəmə gətirir - Problem şəxslərdədir, yoxsa sistemin özündə?
ADY-də kadr xaosu DAVAM EDİR - Yeni təyinatlar belə EFFEKT VERMİR
05
aprel
14:28
Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Azərbaycan Dəmir Yolları“ QSC-də qalmaqal: tender anlaşması niyə pozulub?
“Kurort” QSC-nin fəaliyyətindən narazılıqlar artır
“Azərbaycan Dəmir Yolları” ilə tenderdə qalib olan şirkət arasında PUL QALMAQALI - “Vaqonlar üçün keyfiyyətsiz materiallar verilirdi, ona görə...”
Zəngəzur dəhlizi - iqtisadi dividendlərdən siyasi sabitliyə - TƏHLİL
Şıx sanatoriyasının qara suyu: sağlamlığın əvəzinə xəyanət
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI