İki gün əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nəzdində fəaliyyət göstərən və “Kurort” QSC-nin idarəçiliyində olan “Bilgəh” Kardioloji Sanatoriyasındakı bədbəxt hadisə barədə məlumat vermişdik. Qeyd etmişdik ki, “Bilgəh” sanatoriyasının Təsərrüfat şöbəsinin müdiri İlkin Fərəcov sanatoriyanın əsas korpuslarından birində aparılan təmir işlərinə nəzarət edərkən 5-ci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıb.
32 yaşlı İlkin Fərəcov liftin şaxtasına düşüb. Çünki həmin yerdə texniki təhlükəsizlik işləri qaydasında olmayıb.
Sanatoriyada baş vermiş hadisə “Kurort” QSC-nin Daxili Nəzarət Şöbəsinin fəaliyyətində ciddi boşluqların olduğunu göstərir. Təmir-tikinti işlərinin təhlükəsizlik standartlarına uyğun aparılmasına nəzarət edilməməsi, bu şöbənin öz funksional vəzifələrini icra etmədiyini ortaya qoyur. Belə laqeydlik isə insan həyatını təhlükə ilə üzləşdirir.
Məlumata görə, ağır xəsarətlər almış İ. Fərəcov hazırda Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsində həyatı uğrunda mübarizə aparır, vəziyyəti kritikdir.
İ. Fərəcovun 5-ci mərtəbədən yıxılaraq ağır xəsarətlər alması təsadüf yox, ciddi idarəetmə və təhlükəsizlik səhlənkarlığının nəticəsidir. QSC rəhbərliyi bu faktı onun guya ehtiyatsızlığı ilə izah etməyə çalışsa da, əslində o, təsərrüfat işlərinin gedişindəki nəzarətsizliyi aradan qaldırmaq məqsədilə "Abşeron" sanatoriyasından "Buzovna"ya, ordan isə "Bilgəh" sanatoriyasına təcili qaydada göndərilib. Bu isə onun əməyindən sui-istifadə və iş şəraitinə uyğun texniki təhlükəsizlik qaydalarının kobud pozulması deməkdir. Hüquq-mühafizə orqanları bu faktı ciddi araşdırmalı, texniki təhlükəsizlik üzrə məsul şəxslərin və qərarverici rəhbərliyin məsuliyyəti qiymətləndirilməlidir.
Xatırladaq ki, İ. Fərəcov əvvəllər “Abşeron” sanatoriyasında direktor müavini, “Buzovna” sanatoriyasında şöbə müdiri vəzifələrində çalışıb, təxminən iki ay öncə aparılan təmir- tikinti işlərinə nəzarət etmək üçün “Bilgəh” sanatoriyasına göndərilib.
Təmir-tikinti sağlamlıq bahasına başa gəlir
“Bilgəh” sanatoriyasında təmir-tikinti işləri pasiyentlərin daha çox müalicə üçün müraciət etdiyi bir vaxtda aparılır. Hazırda adıçəkilən ünvanda müalicə olunan şəxslər bildirirlər ki, sanatoriyada paralel olaraq həm pasiyentlər qəbul edilir, həm də təmir işləri görülür. Pasiyentlərdən bir neçəsi toz-torpaq, davamlı səs-küy və narahatlıq səbəbindən müalicəni yarımçıq qoyaraq sanatoriyanı tərk ediblər. Hətta Xalq artisti Tariyel Qasımovun da sanatoriyanı bu yaxınlarda vaxtından əvvəl tərk etdiyi bildirilir.
Oxşar vəziyyət hazırda “Kurort” QSC-nin tabeliyindəki “Abşeron” və “Günəşli” sanatoriyalarında da müşahidə olunur - müalicə dövründə aktiv təmir-tikinti işləri aparırlar.
Yemək, su və xidmətdən də narazılıq var
Pasiyentlərin iddiasına görə, sanatoriyada qida rasionu aşağıdır: yeməklərin əsas tərkibini Braziliyadan gətirilmiş donmuş ət, dadlandırıcı kimi isə “Knorr” və “Qalina Blanka” kimi zərərli əlavələr təşkil edir.
“Yeməklərin hazırlanmasında ucuz bitki yağlarından istifadə olunur. Üstəlik, içməli su problemi var. Sovet dövründən qalma paslı çənlərdə saxlanılan su və ya quyu sularının istifadəsi sanatoriya şəraitinə yaraşmır”,- bunu şikayətçilər sosial şəbəkələrdə yazır və ayrı-ayrı KİV-lərə müraciətlərində qeyd edirlər.
İddialara görə, “Şıx” sanatoriyasında da vəziyyət qənaətbəxş deyil: “Neft quyusundan çıxan plast sulardan termal su kimi vannalarda istifadə edirlər”.
Bildirilir ki, oynaq xəstəliklərindən əziyyət çəkən insanlar üçün yeni tikilən “Şəki” sanatoriyası, indiki “Buzovna” sanatoriyası demək olar, ginekoloji klinikaya çevrilibdir. Çünki sanatoriyanın rəhbərliyi həkim-ginekoloqlardan ibarətdir.
Kadr çatışmazlığı və maaş problemi
Sanatoriyalarda tibbi kadr çatışmazlığı müşahidə olunur. Aşağı əməkhaqqı səbəbindən təcrübəli tibbi personal kütləvi şəkildə işdən ayrılır. Bu da pasiyentlərin həyat və sağlamlığına təhlükə yaradır.
İşçilər əməkhaqqının, bonus və mükafatların düzgün hesablanmamasından da narazıdırlar. Hətta “Şıx” sanatoriyasında ilin əvvəlində məsələyə etirazlar olsa da, heç bir tədbir görülməyib. Üstəlik, tibbi personalın sanatoriyalarda pullu xidmətlərdən qazandığı vəsaitin “Kurort” QSC-nin aparatının saxlanılmasına yönəldiyi iddia olunur.
Sanatoriyalarda tibbi personalın və qida sahəsində çalışan işçilərin əməkhaqlarının artırılması birbaşa xidmət keyfiyyətinə təsir göstərər. Bu addım peşəkar kadrların saxlanılmasını, müalicə prosesinin effektivliyini və pasiyent məmnunluğunu təmin edər. Eyni zamanda, bu dəyişiklik sanatoriyaların nüfuzunu yüksəldər, şikayətləri azaldar və ictimai sağlamlığa müsbət təsir göstərər.
Məsuliyyət QSC rəhbərliyinin üzərindədir
Əvvəllər “Kurort” QSC-nin nəzdindəki sanatoriyalar MMC statusunda müstəqil fəaliyyət göstərsə də, ötən ildən etibarən onlar ləğv edilib. Hazırda onlar birbaşa QSC-nin tabeliyindədir və filial kimi fəaliyyət göstərirlər. Bu isə bütün məsuliyyəti QSC-nin hazırkı baş direktoru Çingiz Hacıyevin üzərinə qoyur. Filial direktorlarının demək olar, heç bir səlahiyyəti yoxdur.
Narazılar bildirirlər ki, ən yüksək vəzifəsi Naftalandakı SPA otellərdən birinin rəhbəri olmuş Çingiz Hacıyev «Kurort» QSC-ni normal idarə edə bilmir. O, vəzifəyə təsdiq olunan kimi, əvvəlcə öz yaxınlarını QSC-də işlə təmin edib. Naftalanda işlədiyi oteldən Fariz Hüseynovu QSC-də İnsan resursları şöbəsinə müdir, əvvəllər oteldə qeydiyyatçı işləmiş tibbi təhsili olmayan Gülgəz xanımı isə Müalicə işinin və əməliyyatların idarəolunması üzrə müdir təyin edib. Üstəlik, onlara xidməti avtomobillər də verilib. QSC-nin bir çox təcrübəli işçiləri isə yarıtmaz idarəçilik səbəbindən işdən ayrılıblar.
“Kurort” QSC əvvəllər cəmi 20 nəfərlik ştatla çalışsa da, bu qədər narazılıq olmayıb. İndi isə 100 nəfərdən çox ştatı olsa da, xidmət çox aşağıdır.
Bu qədər işçi arasında texniki təhlükəsizliyə nəzarət edən mütəxəssis isə demək olar ki, yoxdur. Bu sahədə lazımi iş aparılmadığı üçün “Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib. İlin əvvəlindən bu günədək sanatoriyanın ərazisində aparılan söküntülər zamanı iki halda yanğın hadisəsi qeydə alınıb. Xoşbəxtlikdən yanğın zamanı xəsarət alanlar olmayıb. Amma səriştəsiz kadrların təyinatı, texniki təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə olmaması müəyyən fəsadlara yol açır.
Sanatoriya ərazisində aparılan təmir-tikinti işləri vaxtı texniki təhlukəsizlik qaydalarına tam riayət olunması qanunvericiliyin tələbidir. Hazırda faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Məsul şəxslərin əmək mühafizəsini tam təmin edib-etmədiyi müəyyənləşəcək.
Təcrübəli mütəxəssislərlə vidalaşırlar
“Kurort” QSC-də bir sıra təcrübəli mütəxəssislərlə əməkdaşlığa son qoyulub. Uzun illərdir QSC-də çalışmış Tikinti və istismar şöbəsinin müdiri "Tərəqqi" medalı olan Afaq xanım da son dövrlərdə aparılan idarəçilik siyasəti nəticəsində işindən ayrılıb. Ötən ay QSC-nin baş direktorunun müavinlərindən biri və müşaviri də ərizələrini yazaraq işləri ilə vidalaşıblar.
İddialara görə, təcrübəsiz şəxslərin QSC-nin rəhbərliyinə gətirilməsi və daxili təkliflərin nəzərə alınmaması, peşəkar kadrların işdən ayrılmaq qərarı vermələrində əsas rol oynayır.
Prokurorluq araşdırma aparır
Bu il artıq ikinci dəfədir ki, hüquq-mühafizə orqanları “Bilgəh” sanatoriyasına müdaxilə edib. Hazırda sanatoriyanın sabiq baş həkimi Fuad Quliyev barəsində Sabunçu Rayon Prokurorluğunda rüşvət alma faktı ilə bağlı araşdırma aparılır. Çox güman ki, onun barəsində təqdim edilmiş çoxsaylı izahatlar və hüquqi sənədlər bu sanatoriyada illərlə davam edən korrupsiya və sui-istifadə hallarını ortaya çıxaracaqdır.
Göndərişlərlə bağlı problemlər yaranır
Vətəndaşlara göndərişlərin (putyovkaların) verilməsində bir çox problemlər var. Son zamanlar KİV-lərdə yayımlanmış məlumatlardan da göründüyü kimi, vətəndaşlar göndərişlərin əldə olunması üçün AHİK-nin «Kurort» Turizm İnformasiya Mərkəzi ilə əlaqə saxlaya bilmirlər.
Ölkə mətbuatı eyni göndərişin bir neçə nəfərə satılması barədə də məlumatlar yayır.
Qeyd olunan faktlar “Kurort” QSC-nin struktur və idarəetmə böhranı yaşadığına işarədir. Belə anlaşılır ki, sistemdə təcili islahatlara ehtiyac var. Mövcud vəziyyət sanatoriyalarda pasiyentlərin sağlamlığının və insan hüquqlarının təhlükə altında olmasını göstərir. AHİK rəhbərliyi və Çingiz Hacıyev bu məsuliyyətdən yayınmamalıdır.
Sanatoriya spa-otel deyil!
Sonda onu da qeyd edək ki, “Kurort” QSC-nin hazırkı rəhbəri Çingiz Hacıyev və onun aparatı klassik kurort və müalicəvi sanatoriya sistemini sanki qəsdən spa-otel formatına çevirməyə çalışırlar. Halbuki sanatoriyalar profilaktik və terapevtik müalicə müəssisəsidir, burada sağlamlıq turizminin əsas məqsədi tibbi-reabilitasiya olmalıdır. Təəssüf ki, yanlış yanaşma sanatoriyaların əsas funksiyasını kölgəyə salır, oradakı pasiyentlərin ehtiyaclarını və hüquqlarını pozur.
V. QULİYEV
P.S. Yuxarıda qeyd edilən problemlərlə bağlı AHİK rəhbərinə sorğu vermişik. Təkrar əlaqə saxlasaq da, sorğumuzun cavabı ləngiyir. Amma cavab veriləcəyinə inanırıq. Buna paralel olaraq “Kurort” QSC-nin də mövqeyinə hörmətlə yanaşır və Çingiz Hacıyevin fikirlərinə yer ayırmağa hazırıq.
təhsil media
Kainat.tv
“Kurort” QSC-nin fəaliyyətindən narazılıqlar artır
23
iyun
14:23

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Təkcə müəllimlərdən yığılan 32 MİLYON MANAT: Həmkarlar İttifaqı bu pulu HARA XƏRCLƏYİR?
Sahib Məmmədovun özünəməxsus kadr oyunları… – AHİK-də nələr baş verir?
Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə bağlı ŞOK MƏLUMATLAR
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” - Dövlət büdcəsinin ANASI belə AĞLAR QOYULUR...
- Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
- GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR - Külli miqdarda mənimsəmə həyata keçirib
- “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb – İDDİA
- Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDILAR
- Bakıda ağır qəza - Ölən və yaralananlar var (VİDEO)
- Paşinyan Baqratı Karapetyanın yanına GÖNDƏRDİ
- Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… - İLGİNC FAKTLAR
- Oliqarx oğlu son anda alimenti ödədi, ADINI da, SOYADINI da QIZINA VERDİ - FOTO
- Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur
- Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
- İlham Əliyev Məsud Pezeşkianı iyulun əvvəlində Azərbaycana dəvət edib
- Paşinyan Levon Ter-Petrosyanı məhv etdi: "KQB agenti, qorxaq, tənbəl" - İrəvanda sözlü qırğın
- Azərbaycanlı tələbə beynəlxalq hüquq turnirində dünya çempionu oldu
- “Hell”in insan sağlamlığına zərəri -Video
- Azərbaycanın səhiyyə naziri məhkəməyə verildi
- Sevinc Orucovanın “Son zəng” üçün pul yılğılması təsdiqləndi-Fotofakt
- İlham Əliyev Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak edib
- Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?
- 240 saylı məktəb direktoru və müavini lüks avtomobilləri üçün məktəbin həyətindən moyka açıblar-Fotofakt
- Ədliyyə naziri Fərid Əhmədova AÇIQ MƏKTUB
- Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT
- Korrupsiyaya görə həbs edilən icra başçıları – ARAŞDIRMA
- Bakıda qanunsuz tikililər baş alıb gedir: Bu dəfə Yasamalda daha bir qanunsuz tikili FOTO
- MTN generallarının əmlakı satıldı – Zərərçəkənlərə yüz minlərlə manat ödəndi
- Bir neçə gün sonra İrana HÜCUM EDƏCƏKLƏR: ABŞ razılıq verdi?
- Gəncədə “ixtisaslaşmış kosmetoloq” Aysel Süleymanova tibbi sertifikatı və lisensiyası olmadan necə fəaliyyət göstərir?
- Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq İDDİALARI
- Daha bir məktəb direktoru üçün “əcəl zəngi”: Aygün Hüseynovanın səsyazısı yayıldı: Pul gətirin! - VİDEOFAKT
- 20 ildir icra başçısı olan Mərdan Camalov…… - HƏLƏ DƏ GÖRƏVDƏDİR...
- Zəngəzur məsələsinə son qoyuldu? - Moskva və Tehrandan XAİN HƏMLƏ
- Səhiyyə Nazirliyinin 10 milyonluq tenderi ləğv edildi: Rəqəm şişirdilib?
- Qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar - İTTİHAM VAR...
- Şəhid fotolarının qarşısında rəqs edən Nəfəs tənqid olundu - VİDEO
- 112 saylı məktəbdə növbəti qalmaqal - Araşdırma BAŞLADI