İsrail Hərbi Hava Qüvvələrinə məxsus 50-dən çox döyüş təyyarəsi hərbi kəşfiyyatla yüksək səviyyəli koordinasiya şəraitində İranın üç müxtəlif bölgəsində yerləşən nüvə proqramı və silah istehsalı mərkəzlərinə qarşı tarixin ən böyük hava hücumlarından birini həyata keçirib.
Kainat.tv xəbər verir ki, SAXAL-ın mətbuat xidmətinin yaydığı rəsmi məlumata görə, bir neçə saat davam edən və üç ardıcıl dalğadan ibarət olan bu kütləvi əməliyyat nəticəsində İranın nüvə və hərbi sənayesinin "onurğa sütunu" hesab olunan strateji obyektlər darmadağın edilib. Vurulan hədəflər arasında nüvə silahı üçün plütonium istehsalında əvəzedilməz rol oynayan Arakdakı ağır su zavodu və uranın zənginləşdirilməsi prosesi üçün zəruri olan xüsusi partlayıcı maddələrin istehsal edildiyi Yezddəki unikal müəssisə tamamilə sıradan çıxarılıb. Hücum zamanı həmçinin İran Müdafiə Nazirliyinə məxsus, "Həmas" və "Hizbullah" kimi proksi qüvvələri müasir partlayıcı qurğularla təmin edən mərkəzi laboratoriya, ballistik raket komponentləri və zenit raketlərinin istehsal edildiyi nəhəng hərbi komplekslər bir neçə saat ərzində alovlar içində qalıb.
Qeyd olunur ki, 50-dən çox qırıcının İranın hava hücumundan müdafiə sistemlərini yararaq ölkənin dərinliklərinə sızması və strateji nüvə infrastrukturunu məhv etməsi Tehranın hərbi potensialına onilliklərlə bərpası qeyri-mümkün olan sarsıdıcı zərbə vurub. SAXAL rəsmiləri əməliyyatın bütün hədəflərinə çatdığını və bütün təyyarələrin itkisiz geri döndüyünü bəyan ediblər, rəsmi Tehran isə baş verənlərdən sonra ölkədə hərbi vəziyyəti daha da sərtləşdirib. //Musavat.com
"İranın nüvə ürəyi" VURULDU: 50 İsrail qırıcısı eyni anda üç bölgəni DARMADAĞIN ETDİ
28
mart
15:16
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Şükürov ona işgəncə verən ermənilərin adlarını çəkdi - MƏHKƏMƏ (FOTOLAR)
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
İran işğalına qarşı əməliyyat BAŞLADI: 18 illik sənəd icra edilə BİLƏR
Turist və pul axını: kazino sənayesi ölkələrə nə qazandırır? – ARAŞDIRMA
Türkiyə "DƏRİN DÖVLƏTİ"nin SİRRİ: Nüvə silahı...
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI