Yaxın Şərqdə gərginlik getdikcə genişlənir və yeni cəbhələrin açılması ehtimalı artır.
Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, Yəməndə fəaliyyət göstərən Ənsərullah (husilər) hərəkatı ABŞ və İsrailə qarşı müharibəyə qoşula biləcəyini rəsmi şəkildə açıqlayıb.
Hərəkatın yaydığı bəyanatda bildirilir ki, İran, Fələstin, Livan və digər “müqavimət oxu” ölkələrinə qarşı hücumlar davam edərsə, Yəmən Silahlı Qüvvələri birbaşa hərbi müdaxilə edə bilər. Bu qərarın “dini və mənəvi məsuliyyət” əsasında verildiyi vurğulanır.
Ənsərullah xüsusilə Qırmızı dənizin strateji əhəmiyyətinə diqqət çəkərək bəyan edib ki, ABŞ və İsrailin bu marşrutdan İrana qarşı hərbi əməliyyatlar üçün istifadə etməsinə imkan verilməyəcək. Hərəkat eyni zamanda xəbərdarlıq edib ki, regionda eskalasiya davam edərsə, əməliyyatlar genişlənə bilər.
Açıqlamada qeyd olunur ki, Yəmənin mümkün hərbi addımları yalnız ABŞ və İsrailə qarşı yönələcək və digər müsəlman xalqları hədəf almayacaq. Bununla yanaşı, hərəkat region ölkələrini birgə hərəkət etməyə çağıraraq, “sionist planlarına” qarşı kollektiv müqavimətin vacibliyini vurğulayıb.
ABŞ və İsrailə qarşı YENİ GÜC – Bu ölkə də SAVAŞA GİRİR
28
mart
10:37
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgilərlə tanış olub
Təhsil eksperti Kamran Əsədov niyə səhvə yol verib?
İstanbuldan verilən MESAJLAR - Azərbaycana dəstəklə bağlı İLGİNC AÇIQLAMALAR
Netanyahu Türkiyə və İrana qarşı planı ELAN ETDİi: Müsəlman ölkələri də RAZIDIR – Bakının cavabı…
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI