İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Yaqub Rezazadə ölkəsinin ABŞ ilə hər hansı müzakirələrə girməyəcəyini bəyan edib.

Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, deputat hazırkı mərhəldə danışıqlar masasına oturmağı qətiyyətlə pisləyib.

Rezazadə mövzu ilə bağlı verdiyi açıqlamada kəskin ifadələr işlədib:

"Düşmən bizim əziz liderimizi və komandirlərimizi qətlə yetirib. Ona görə də, hazırkı mərhələdə danışıqlar məsələsinin müzakirəsi bir növ xəyanət hesab olunur. Biz ABŞ-nin atəşkəslə bağlı xahişini qəbul etməmişik".