Türkiyə Yunanıstanı Kerpe adasında “Patriot” zenit sistemləri yerləşdirdikdən sonra adanın silahsızlaşdırılmış statusunu pozmaqda ittiham edib.
Kainat.tv xarici mediaya istinadla xəbər verir ki, Türkiyə hakimiyyət orqanlarının fikrincə, Kerpe beynəlxalq müqavilələrə əsasən hərbi qüvvələrdən və silahlardan azad qalmalı olan bir adadır. Ankara bu cür məhdudiyyətlərin 1923-cü il Lozanna müqaviləsində və 1947-ci ildə Parisdə sülh sazişində təsbit edildiyini vurğulayıb.
Türkiyənin mövqeyinə görə, “Patriot” batareyası adaya Kiprdəki Britaniya hava bazasına hücumdan sonra yerləşdirilib. Türkiyə Müdafiə Nazirliyi silahsızlaşdırılmış adalara silahların yerləşdirilməsinin onların hüquqi statusunu dəyişdirmədiyini bildirib.
“Adaların silahsızlaşdırılmış statusunun pozulması ciddidir, lakin orada hərbi qüvvələrin yerləşdirilməsi bu statusu hüquqi cəhətdən etibarsız etmir. Yunanıstanın heç bir real məqsədə xidmət etməyən və bölgəmizdəki böhranlardan sui-istifadə etməyə yönəlmiş cəhdlərini qəbul etmirik və bu istiqamətdə bütün lazımi tədbirləri görürük” - Türkiyə tərəfi bəyan edib.
Bu arada, Ankara bu yaxınlarda Şimali Kipr Türk Cümhuriyyətinin ərazisinə qırıcı təyyarələr yerləşdirib. //Musavat.com
Egey adaları – NİFAQ ALMASI: Yunanıstan və Türkiyə arasında YENİ GƏRGİNLİK
12
mart
22:08
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI