İllərdir Egeydəki adaları qeyri-qanuni şəkildə silahlandıran, Türkiyəni sözdə təhlükə olaraq görən Yunanıstan indi də uzaq mənzilli raketlər üçün hərəkətə keçib.
Kainat.tv Publika.az-a istinadla xəbər verir ki, 2037-ci il hədəfini "lazım gəldikdə hücuma hazır olmaq" olaraq təyin edən Yunanıstan donanması gəmilərdə uzaqmənzilli raket sistemləri yerləşdirməyi planlaşdırır.
Yunanıstanın “Kathimerini” qəzetinin məlumatına görə, böyük döyüş gəmilərinə 1000-1400 kilometrə qədər mənzilli raket sistemlərinin, xüsusilə Fransadan sifariş edilən 3 ədəd “Belharra” tipli freqat və önümüzdəki dövrdə alınması gözlənilən 2-4 ədəd yeni sualtı qayıqların quraşdırılması planlaşdırılır.
Məqaləsdə bildirilir ki, Türkiyənin "Mavi Vətən" doktrinası hansısa qarşıdurma halında Egey dənizinin qərbindəki yunan qüvvələrini sıxışdırmağı hədəfləyir. Buna qarşı alına biləcək tədbir təkcə əməliyyat sahəsini genişləndirmək deyil. Türkiyə Antalya və ya Hatay körfəzləri kimi nöqtələri də qorumaq məcburiyyətində qalacaq.
“Ta Nea” qəzeti də bu yaxınlarda İsraildən sifariş edilən 32 kilometr mənzilli “Spike Nlos” və 300 kilometr mənzilli “Puls” raket sistemlərinin əksəriyyətinin Egey adalarında yerləşdiriləcəyini yazıb.
Qəzet Yunanıstan donanmasında freqatlar, zenit silahları, vertolyotlar və təyyarədaşıyan gəmilər, korvetlər və sualtı qayıqlar da daxil olmaqla ümumilikdə 22 gəminin olduğunu bildirib. Həmçinin 2030-2035-ci illər arasında Yunanıstan donanmasına 21-30 gəminin əlavə ediləcəyi proqnozlaşdırılır.
Antalya və Hatay TƏHLÜKƏDƏDİR: Türkiyənin bu həmləsi Yunanıstanı HƏRƏKƏTƏ KEÇİRDİ
21
yanvar
15:02
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Yunanıstan NARAHATDIR: Türkiyə 87 gəmi və 20 minlik ordu ilə HƏRƏKƏTƏ KEÇİR
Ukraynaya DƏHŞƏTLİ HÜCUM - Rusiya BU RAKETLƏRDƏN istifadə edir
“Ermənistan üçün ”NATO ÇƏTİRİ" qurulur" iddiası - RƏYLƏR
Yunanıstan Türkiyə ilə müharibəyə HAZIRLAŞIR: İsraillə danışıqlar BAŞLADI
Prezidentin Kiselyova müsahibəsi DÜNYA MEDİASININ diqqət mərkəzində - FOTO
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI