Son aylarda müxtəlif sahibkarlar arasında eyni ad daha tez-tez eşidilir — Emil Hacıyev. Özünü “peşəkar İT mütəxəssis” kimi təqdim edən bu şəxs uzun müddətdir ki, vətəndaşlardan və şirkətlərdən şişirdilmiş qiymətlərlə sifarişlər qəbul edir, lakin ya işi ümumiyyətlə görmür, ya da tam yararsız formada təhvil verir. Onun məsuliyyətsiz və vicdansız davranışları nəticəsində çoxsaylı sahibkarlar zərərə uğrayıb, işlərini itiriblər.
Yenixeber.org: Zərərçəkənlərdən biri də Həsənli Fərid Xudaverdi oğludur. O, bir il əvvəl öz biznesi üçün veb-sayt sifariş edib, bütün ödənişi tam şəkildə həyata keçirib. Lakin artıq bir ildən çox vaxt keçməsinə baxmayaraq, o, nə işlək saytını görə bilir, nə də biznesinin əsas aləti olan bu platformadan gəlir əldə edə bilir. Fərid Həsənli hər gün maddi zərərə, müştəri itkisinə və ən acısı — nüfuz itkisinə məruz qalır. Onun kimi onlarla sahibkar eyni vəziyyətdədir. Emil Hacıyev isə ona qarşı səslənən hər bir tənqidi “vəzifəli tanışlarının” adını çəkərək susdurmağa çalışır. O, öz babasının Arif Paşayevlə yaxın münasibətdə olduğunu, hətta elmi məqalələri onun üçün məhz babasının yazdığını və guya Arif Paşayevi alim edən də məhz onun babası olduğunu iddia edir. Üstəlik, guya “dayısı Elçin Əmirbəyov Prezidentin köməkçisidir” deyərək insanları qorxutmağa cəhd göstərir. Əldə etdiyimiz məlumatlara görə, Emil Hacıyev bir müddət Rusiyada gizlənərək ondan sifariş verən və pul ödəyən şəxslərin qarşısına çıxmayıb. Daha sonra isə Azərbaycana dönərək özünə kiçik “komanda” toplayaraq kibermənşəli fırıldaqçılıqla məşğul olmağa başlayıb. Onun hazırda Rusiya ilə əlaqədə olan şəxslərə dövlətə və banklara aid gizli məlumatları ötürdüyü iddia olunur. Mənbələrin sözlərinə görə, Emil Hacıyev bir vaxtlar “Sinam” şirkətində işləyib, lakin oradan da məhz casusluq iddihamına görə uzaqlaşdırılıb. Azərbaycan xalqına və dövlətinə nifrət bəsləyən bu şəxs bu torpağın suyunu içir, çörəyini yeyir, amma eyni zamanda öz xalqını satmaqdan çəkinmir. O, müxtəlif bəhanələrlə artıq bir neçə ildir orduya çağırışdan da yayınır. Halbuki bu torpaq, bu dövlət onu və onun ailəsini yetişdirib. Bu qalib xalqın hər bir oğlu üçün vətənə xidmət müqəddəs borcdur.
Bu torpaq uğrunda canlarını fəda edən igidlər —
Polad Həşimov, İlqar Mirzəyev, Rövşən Cəfərov, Şükür Həmzəyev, Zaur Nudirəliyev, Əliyar Əliyevvə daha neçə qəhrəman şəhidimiz — öz qanları ilə Azərbaycanın azadlığını qorudular. Onların müqəddəs ruhu qarşısında,
Emil Hacıyev kimi fırıldaqçıların bu xalqın etimadını tapdalaması bağışlanmazdır. Azərbaycan xalqı belə adamlara susaraq deyil, qanunla cavablandıraraq danışacaq. (Adekvat.az)
Kainat.tv
Nüfuzlu şəxslərin adından sui-istifadə edən Emil Hacıyevə "dur" deyən tapılacaqmı?!
30
oktyabr
12:20
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Təhsil eksperti Kamran Əsədov niyə səhvə yol verib?
Xaricdə təhsil vədi verən “Pilgrim Education” ailələri aldatmağa davam edir — ŞİKAYƏT
“Atlant” sahibinə həbsdəki kürəkənindən ŞOK İTTİHAM - Məni cinayətə bu adam SÜRÜKLƏYİB
2025-ci ildə bürcləri hansı YENİLİKLƏR GÖZLƏYİR?
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI