Bu gün, iyulun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun adı keçən cinayət işi üzrə proses davam etdiriləcək.
Hakim qarşısına Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev çıxarılıb. Nofəl Hacıyev 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manatlıq dələduzluqda ittiham olunur. O, pulları qayınatası Tahir Qədəşova məxsus “Atlant” Ailəvi İstirahət Mərkəzinin təmir-tikinti işlərinə yatırdığını deyir. İbtidai istintaq zamanı “Atlant” istirahət mərkəzinin üzərinə həbs qoyulub. Bu iş üzrə Tahir Qədəşov şahid, kürəkəni Nofəl Hacıyev isə təqsirləndirilən şəxsdir. Nofəl Hacıyevlə müttəhimlər kürsüsünü şirkətin icraçı direktoru Talış Məhəmmədov bölüşüb. Hakim bildirib ki, təqsirləndirilən Nofəl Hacıyevə məxsus əmlakların üzərinə həbs qoyulub, qərar icraya yönəldilib. Bundan başqa, telefon danışıqları ilə bağlı sorğu göndərilməsi məsələsi də araşdırılacaq.
Bu arada təqsirləndirilən Nofəl Hacıyevin müdafiəsinə daha bir vəkil qoşulub. Ceyhun Yusifov ötən prosesdə çıxış edərək iş materialları ilə tanış olmaq üçün vaxt istəmişdi. Hakim vəkilin xahişini nəzərə alıb. Qeyd edək ki, ötən məhkəmə iclasında “Atlant” istirahət mərkəzinin sahibinin vəkili Nofəl Hacıyevə məxsus 7 milyon manatlıq əmlakının üzərinə həbs qoyulmasını istəmişdi. Məhkəmə prosesində Nofəl Hacıyev vəziyyətinin yaxşı olmadığını deyib və bunu 10 gün əvvəl qardaşı Rövşənin vəfat etməsi ilə əlaqələndirib. O, məhkəmədə iştirak edən maraqlı şəxs, qayınatası olan “Atlant”ın sahibi Tahir Qədəşovu ittiham edib: “Mən 30 il sənin qulun olmuşam. Allah sənə lənət eləsin!” Tahir Qədəşov isə onun fikirlərinə əhəmiyyət verməyib. Mübahisə zamanı Nofəl Hacıyevin səhhəti pisləşib. O özünü yaxşı hiss etmədiyi üçün məhkəmə zalına tibb bacısı dəvət olunub. Nofəl Hacıyevə tibbi yardım göstərilib. Müayinədən sonra məlum olub ki, təqsirləndirilən şəxsin təzyiqi yüksəkdir.
Bu səbəbdən iclasın təxirə salınması qərara alınıb. Buna isə zərərçəkmişlər etiraz ediblər. Bildiriblər ki, onların da səhhəti yaxşı deyil. Hakim isə zərərçəkmişlərin diqqətinə çatdırıb ki, cinayət işi hərtərəfli araşdırılır: “Bu günə kimi 26 iclasımız olub. Biz işi tam araşdırırıq”. Zərərçəkmişlər prosesin davam etdirilməsini tələb ediblər. Prosesdə təqsirləndirilən şəxsin səhhəti ilə bağlı qısa fasilə elan olunub. Fasilədən sonra məlum olub ki, Nofəl Hacıyevin səhhəti yaxşı deyil. Ona tibbi yardım göstərilsə də, vəziyyəti yaxşılaşmayıb. Bu səbəbdən iclasın davam etdirilməsinin mümkün olmadığı qeyd edilib. Bundan əvvəlki iclasda çıxış edən Nofəl Hacıyev bildirib ki, “Atlant” istirahət mərkəzinin ərazisində tikinti aparmaq üçün Tahir Qədəşov yaşıllıqları məhv edib, 800-dən çox ağacı kəsib.
Hakim Tahir Qədəşovun əməllərinin araşdırılması üçün Baş Prokurorluğa müraciət olunacağını deyib.
Qeyd edək ki, Nofəl Hacıyev həbsdədir. O, 171 Azərbaycan vətəndaşına qarşı dələduzluqda ittiham olunur. İlkin məlumatlarda bildirilirdi ki, Nofəl Hacıyev “Təbriz” MTK-nın inşa etdiyi binalardan mənzilləri satsa da, sonradan mənzillər sahiblərinə verilməyib. İndi məlum olub ki, Nofəl Hacıyev həm “Təbriz” MTK-da, həm də “Atlant” Ailəvi İstirahət Mərkəzində qayınatası Tahir Qədəşovla şərikdir. Vətəndaşlardan “Təbriz” MTK üzərindən alınan pullar “Atlant” Ailəvi İstirahət Mərkəzinin tikinti və abadlaşdırılmasına yönəldilib. Belə bir halda şəriklərdən birinin həbsdə, digərinin azadlıqda qalması sual doğurur. Mənzillərinə sahib çıxa bilməyən vətəndaşlar bu baxımdan məhkəməyə müraciət ediblər.
Xatırladaq ki, aparılan istintaqla “Təbriz” MTK üzərindən 171 vətəndaşdan 14 milyon manatdan artıq pul alındığı, lakin mənzillərin onlara təqdim edilmədiyi məlum olub. İstintaq zamanı MTK təsisçilərindən Nofəl Hacıyev vətəndaşlardan toplanılan 14 milyon manatın harada olması ilə bağlı suala cavab verməyib. Zərərçəkənlər isə “Atlant” istirahət mərkəzinin 40 faizinə şərik olan Nofəl Hacıyevin pulu qayınatası Tahir Qədəşovla birgə ələ keçirdiyini iddia edirlər. Zərərçəkənlər Tahir Qədəşovun həbsini tələb edirlər. Nofəl Hacıyev məhkəmədə verdiyi ifadəsində vətəndaşlardan aldığı 14 milyon manatdan artıq vəsaiti “Atlant” istirahət Mərkəzində təmir-tikinti işlərinə yönəltdiyini deyib.
Bildirib ki, “Atlant”ın genişləndirilməsi ilə bağlı şəriki olan qayınatasının təkidi ilə “Təbriz” MTK-da vətəndaşlardan toplanan vəsaitləri istirahət mərkəzinə yönəldib. “Atlant” Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən istirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın koteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, camaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və s. var. “Atlant” maksimum xidmət göstərən böyük bir kompleksdir.
"Azərbaycan Reallığı"
Kainat.tv
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
10
iyul
18:44
Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Atlant” sahibinə həbsdəki kürəkənindən ŞOK İTTİHAM - Məni cinayətə bu adam SÜRÜKLƏYİB
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə bağlı ŞOK MƏLUMATLAR
Fazil Məmmədov dedi ki, Nəcməddin Sadıkovun adamına əvvəl 10 milyon, sonra 13 milyon, daha sonra isə…
Elman Rüstəmovun 5 milyonluq kredit dosyesini buna görə gizlədirlər - SENSASİON TƏFƏRRÜAT
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ