Neftçala İcra Hakimiyyəti yeni tendder elan edib.
Tribunainfo.az xəbər verir ki, dövlət qurumu dünən müsabiqənin məqsədini açıqlayıb.
Rəsmi məlumatda deyilir ki, tenderin keçirilməsinin məqsədi Neftçala rayonunda daxili yolların,büdcədənkənar vəsait hesabına daxili yolların və mənzil fondunun əsaslı təmir işlərinin satınalınması reallaşdırmaqdır.
Nefçala İcra Hakimiyyəti bütün bu işlər üçün 898 min 899 manat vəsait ayırlmağa hazır olduğunu bildirib. Daha doğrusu, İcra Hakimiyyəti bu işlərin qeyd olunan məbləğə başa gələcəyini müəyyənləşdirib.
Tribunainfo.az məsələ ilə bağlı qısa bir araşdırma aparıb. Belə ki, açıq mənbələr üzərindən aparılan araşdırma zamanı məlum olub ki, son 8 ayda Neftçala İcra Hakimiyyəti iki tender keçirib. Onlardan biri bu ilin 21-də reallaşıb və Neftçala rayonunda abadlıq və mənzil fondunun əsaslı təmir işlərini əhatə edib. Tenderin dəyəri isə 1 milyon 254 min 237 manat təşkil edib.
Digər tender isə ötən ilin 12 dekabrında elan edilib. Həmin tenderin məqsədi isə Neftçala rayonunda daxili yolların və büdcədənkənar vəsait hesabına daxili yolların əsaslı təmiri işlərinin satınalınmasından ibarət olub. Bu işlər üçün isə 963 min 234 manat vəsait ayrılıb.
Maraqlıdır ki, keçirilən hər iki tenderi “AVTOYOLTIKINTISERVIS” MMC udub.
Bildirək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AVTOYOLTIKINTISERVIS” (VÖEN: 1904350701) Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.03.2020-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ƏLİYAR ƏLİYEV, ev 195, m. 6, qanuni təmsilçisi kimi isə Məmmədov Ramin Adil oğlu qeyd olunub.
Dövlət Vergi Xidmətinin reystr məlumatlarına edilən dəyişiklikdə isə göstərilir ki, MMC -nin təsisçisi və ilk qanuni təmsilçisi İsgəndərov Etibar Eyvaz oğlu olub. MMC ilk dəfə BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, Q YAŞAYIŞ SAHƏSİ ( YENİ GÜNƏŞLİ QƏS.), ev 13, mənzil 39 ünvanında dövlət qeydiyyatına alınıb. MMC-nin hazırki günə 154839.17 manat vergi borcu var.
Xatırladaq ki, Neftçala rayon İcra Hakimiyyətinin başçısı 36 yaşlı Mirhəsən Seyidovdu. O, 5 mart 2020-ci ildə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Kainat.tv
Neftçala İcra Hakimiyyətinin "sevimli" tender udan şirkəti - “AVTOYOLTIKINTISERVIS” MMC hər iki tenderi uddu
08
avqust
18:25
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” - Dövlət büdcəsinin ANASI belə AĞLAR QOYULUR...
Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə bağlı ŞOK MƏLUMATLAR
İsmayıllı İcra Hakimiyyəti sahibi həbs olunmuş şirkətlə 685 minlik müqavilə bağlayıb
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…
Müharibə meydanını xatırladan Xırdalanın mərkəzinə gedən yol - BAXIMSIZLIQ
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI