Belə bir halda regionda hansı risklər, fəsadlar gözlənilir?
Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza deyib ki, Metsamor və Zaporojye AES-ləri həm köhnədir, həm də seysmik zonada yerləşir:
Rəşad Rza“Metsamor 1976-cı ildən fəaliyyət göstərir və artıq istismar müddətini başa vurub. Ona görə də bu stansiya ətraf mühit və region üçün böyük təhlükə yaradır. Qarşısının alınması üçün dəfələrlə beynəlxalq təşkilatlara müraciət olunub, amma heç bir ciddi tədbir görülməyib. Metsamorda bir qəza baş verərsə, yalnız Ermənistan deyil, bütün Cənubi Qafqaz, hətta Yaxın Şərq ölkələri ciddi ziyan görəcək.
Ermənistan Türkiyə ilə 16 km, İranla 60 km, Azərbaycanla isə təxminən 120 km məsafədə yerləşir. Bu rəqəmlər təhlükənin böyük radiusunu təsdiqləyir və bütün regionu əhatə edir. Həmin AES-lərlə bağlı real təhlükə dərhal aradan qaldırılmalı və vacib tədbirlər görülməlidir”.