Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Məlum səbəblərdən adının açıqlanmasını istəməyən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli redaksiya!
Bildirmək istəyirəm ki, Dövlət Sərhəd Xidmətinin tabeliyindəki N saylı hərbi hissənin maliyyə rəisi, kapitan Hüseynzadə Sübhan öz öhdəsinə düşən işi layiqincə yerinə yetirmir.
Belə ki, adını çəkdiyim şəxs hərbi qulluqçulardan və mülki sürücülərdən hər ay pul yığır. Yəni onların maddi yardımlarını, məzuniyyət və ezamiyyət pullarını rüşvət qarşılığında ödəyir.
Hüseynzadə Sübhan ona rüşvət verən şəxsləri incitmir, vaxtında pullarını köçürür. Rüşvət verməyənlərə isə, "büdcədə pul yoxdur", - deyərək ödənişləri bir neçə ay gecikdirir.
Dövlət Sərhəd Xidmətinin tabeliyindəki N saylı hərbi hissədə illərdir bu cür qanunsuzluqlar baş alıb gedir. Məsələni araşdıran şəxs və yaxud da qurum yoxdur. Rəhbərliyin bu məsələdən xəbəri olub-olmadığını da dəqiq bilmirəm.
Qeyd edim ki, bu yeyintinin içində əsgərlərin əmək haqları da var. Heç kim qorxusundan səsini çıxara bilmir. Hər kəs deyir ki, başımızı ağrıtmaq istəmirik, hörmət edirik, pulumuzu vaxtında vurur.
Hüseynzadə Sübhanın bu əməli Dövlər Sərhəd Xidmətinin nüfuzuna xələl gətirir. Bəlkə də bundan rəhbərlik xəbər tutsa, o adamın cəzasını verər.
Məlumat üçün bildirim ki, o, hərbi qulluqçulardan 100 manat, mülki sürücülərdən 50 manat alır. Yalnız yuxarıda "adamı" olanlardan pul ala bilmir, ehtiyat edir.
Müvafiq qurumlar tərəfindən araşdırma aparılsa, onun etdiyi bütün haqsızlıqlar, rüşvətxorluqlar üzə çıxacaq. Telefonunu yoxlasalar, bu dediklərimin yalan olmadığını görəcəklər.
Səlahiyyətli qurumlar xahiş edirəm, məsələ ilə bağlı tədbir görülsün".
Jalə FAMİLQIZI
P.S. Bir daha qeyd edək ki, DSX əməkdaşı adının açıqlanmasını istəmədiyi üçün şikayəti anonim yazmışıq. Amma məsələ ilə bağlı hüquq müstəvisində çəkişmə olarsa, bu zaman səlahiyyətli qurumlara həmin şəxs haqqında məlumat verməyə hazırıq.
Yazıda da qeyd olunduğu kimi, idarə rəisinin telefonunun yoxlanılması xahiş olunur. Çünki köçürülən rüşvət pulları onun şəxsin telefonunda var.
Düşünürük ki, bu məlumatdan sonra Dövlət Sərhət Xidmətinin rəhbərliyi məsələni araşdıracaqdır. Bu halda məsələ ilə bağlı redaksiyamıza məlumat verilməsini də onlardan xahiş edirik.
Kainat.tv
DÖVLƏT SƏRHƏD XİDMƏTİNDƏ RÜŞVƏTXORLUQ BAŞ ALIB GEDİR - Qurumun əməkdaşı şok faktları açıqladı
28
may
13:14
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Əlyazmalar İnstitutunda Gülbəniz Babaxanlının direktor Teymur Kərimlinin üzərində olan ƏLİ - YOXSA.../ŞOK FAKTLAR
ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Quba ŞAHİN OYLAĞINA çevrilib... - Başçı baş verənlərlə BAŞ EDƏ BİLMİR?
Ordudakı yeyinti ilə bağlı yeni FAKTLAR: Bu şəxslərlə bağlı araşdırma aparılacaq - ADLAR
“Rəis və müavini oğluma həbsxanada işgəncə veriblər” – BİNƏQƏDİ SAKİNİ RƏSMİ QURUMLARDAN ŞİKAYƏTÇİDİR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI