Bakı şəhəri, Binəqədi rayonu, Ramazanov küçəsi, döngə 1, ev 20 A ünvanında yaşayan Nəsirova Röya Əlican qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, övladı Səttərov Ruhin Məmmədnağı oğlunun həbsxanada hüquqları tapdalanır:
“Mən, Nəsirova Röya Əlican qızı, yazaraq bildirirəm ki, oğlum Qaradağ rayonu, Umbakı Penitensiar Komleksində saxlanılır. Oğlum orada işgəncələrə məruz qalır. Türmə rəisi Rauf Nəbiyev orada bütün dustaqları alçaldaraq, təhqir edir. Oğlum səhhətində yaranmış ciddi problemlə əlaqədar xəstəxanada yatmaq üçün müraciət etsə də, onun gözünün qabağında ərizəsini açıb oxuyur, daha sonra çırıb atırlar. Əslində isə dustağın məktubunu oxumağa ordakıların haqqı yoxdur.
Həkim isə ağrıkəsicidən başqa, heç bir müalicə edə bilmir. Tək mənim oğlumun yox, oradakı bütün düstaqların haqqı tapdalanır. Rəis dustaqların hər birini qorxudur ki, qırağa xəbər çıxarsanız, sizi “Tubzon”a göndərəcəm. Ora da heç bir dustaq getmək istəmir. Çünki orada işgəncələr daha çox və növbənövdür. Bunu hətta Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov da bilir. Ona məlumdur ki, orada olan alver, özbaşınalıq bəlkə də heç bir kalonda yoxdur.
Oğlum Ruhinə 7-ci kolonda rəis və müavin Yaşar işgəncə vermişdilər. Uşağın halını özüm gözlərimlə görmüşəm. Halbuki, ordakılar “heç nəyinin olmadığını” deyərək, öz “paqon” yoldaşlarının tərəfini saxlayırlar. Bir sözlə, “paqon” “paqon”u ələ vermir.
Dəfələrlə Mirsaleh Seyidovun qəbuluna yazılsam da, heç vaxt məni qəbul etməyib. Onun yerinə məni 11-ci kolonun rəhbər şəxslərindən olan Vəli müəllim qəbul etdi. Şikayətim əsnasında Penitensiar Xidmətin Barak müəllim adlı əməkdaşı uşağın yanına göndərildi. O da öz gözləri ilə uşağın xəsarətlərini görsə də, oğluma boş kağıza imza çəkdirib. Qalanına da yazıblar ki, “dustaqda heç bir döyülmə xəsarəti yoxdur”. Halbuki, bizi tamamilə oyuna saldılar. Uşağın zədələrini özüm görmüşəm. Bütün dustaqlara deyilir ki, ağzını açıb kiməsə nəsə desəniz başınıza oyun açılacaq.
Oğlumun vəziyyəti ağırdır, xəstəlikləri artıb. 2 aydan çoxdur ki, daxili qanaxmadan əziyyət çəkir. 5 manatlıq dərmanı həbsxananın həkimi 20 manata satır. Pul verməsən, ölməlisən. İynə vurmaq lazımdı, o da onu kimi. Yəni orada olan bahaçılıq heç yerdə yoxdur.
Oğlumun səslərini yazmışam, maraqlanan, kömək etmək istəyən bütün qurumlara təqdim edə bilərəm. O, hazırda xəstəxanada yatmalıdır, amma qərəzli şəkildə qoymurlar. Dustaqların haqları, hüquqları tapdalanır. Hara şikayət edirəmsə, ört-basdır edirlər. Alverin, rüşvətin ən pik nöqtəsi oradadır. Şampun, dərman - hər bir şey baha qiymətə satılır. Artıq bir valideyn kimi bezmişəm, nə maddi, nə də mənəvi gücüm qalmayıb. Qaradağ Rayonu Umbakı Pentensiar Xidmətində 7-ci kalonda oğlumu ölümcül döysələr də, Barak müəllimin əli ilə təmizə çıxdılar.
Onuda qeyd edim ki, uşağın elə döyüldüyünü görəndən sonra türmənin rəisi Mehman müəllimin qəbuluna girərək, şikayətimi bildirmişəm. Oda mənə dediki heç yerə şikayət etmə oğlunu bu yaxınlarda karsdan çıxartdırıb zona göndərəcəm.
Ölən dustaqların biridə mənim oğlumun olmağını istəmirəm. Xahiş edirəm mənə kömək edin.
Həbsxananın rəisi istəmir ki, oradakı bu çirkinlər ortaya çıxsın.
Redaksiyadan: Məsələ ilə bağlı aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq.
Jalə FAMİLQIZI
SİAMAZ.com
“Rəis və müavini oğluma həbsxanada işgəncə veriblər” – BİNƏQƏDİ SAKİNİ RƏSMİ QURUMLARDAN ŞİKAYƏTÇİDİR
07
fevral
19:45

Qarabağ
OXŞAR XƏBƏRLƏR
50-dən çox heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
“Sahil Babayev, İNSAFIN OLSUN...” - Tovuz sakini ünvanlı sosial yardım verilməməsinə ETİRAZ EDİR
Respublika "KRİTİK" Xəstəxanası: Əlvizə "ƏLVİDA" deyiləcəkmi? - İTTİHAM VAR...
"Stimul Hospital"ında oğluma iynə vurublar öldürdülər...." - oğlunu həkimin öldürdüyünü deyən ananın ŞİKAYƏTİ
Azərbaycanda plastik cərrah olmaq üçün 11 il lazımdır – Bəs, saxta sənədləri kim verir? - ARAŞDIRMA
- İcra başçısı ilə qadın sahibkar arasında böyk QALMAQAL: mülk dağıdanların MİLYONLUQ MÜLKLƏRİ - VİDEO
- General Vüsal Novruzovun bahalı maşın kolleksiyası – Koenigsegg Agera, Bugatti, Ferrari və digər milyon dollarlıq maşınlar - FOTO
- DİN Bakıda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarını saxladı - Son Dəqiqə/VİDEO
- Pentensiar xidmətdə rəisin qəbulunda məhbus anasının ürəyi getdi,yerə yıxıldı-VƏZİFƏLİ ŞƏXSLƏR ƏLƏ SALIB GÜLDÜLƏR,ARTİSTLİK EDİR DEDİLƏR....
- Azərbaycandan Rusiya ilə bağlı daha bir qərar: Mühüm mədəniyyət tədbirləri ləğv edildi!
- Ağdamda polis əməkdaşı minaya düşdü
- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq
- Gözü kor olan qadın Cahid Şahbazovla birlikdə bu şəxsləri ittham etdi - VİDEO
- Rüfət Səfərovun məhkəməsi başlayıb
- Sədərək gömrüyünün ƏRƏBZƏNGİLƏRİ - NARAZILIQ VAR...
- Deputatın qudasının şirkəti "Carçıoğlu Group"un vergi borcu 220 min manatı keçdi – cəmi 17 günə / FOTO
- Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -TƏFƏRRÜAT
- İcra başçısı ilə qadın sahibkar arasında böyk QALMAQAL: mülk dağıdanların MİLYONLUQ MÜLKLƏRİ - VİDEO
- General Vüsal Novruzovun bahalı maşın kolleksiyası – Koenigsegg Agera, Bugatti, Ferrari və digər milyon dollarlıq maşınlar - FOTO
- DİN Bakıda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarını saxladı - Son Dəqiqə/VİDEO
- Pentensiar xidmətdə rəisin qəbulunda məhbus anasının ürəyi getdi,yerə yıxıldı-VƏZİFƏLİ ŞƏXSLƏR ƏLƏ SALIB GÜLDÜLƏR,ARTİSTLİK EDİR DEDİLƏR....
- Azərbaycandan Rusiya ilə bağlı daha bir qərar: Mühüm mədəniyyət tədbirləri ləğv edildi!
- “Hell”in insan sağlamlığına zərəri -Video
- 240 saylı məktəb direktoru və müavini lüks avtomobilləri üçün məktəbin həyətindən moyka açıblar-Fotofakt
- Azərbaycanın səhiyyə naziri məhkəməyə verildi
- AHİK-də saxtakarlıq: İdmançının uğurunu öz adlarına yazmağa çalışırlar
- Bakıda qanunsuz tikililər baş alıb gedir: Bu dəfə Yasamalda daha bir qanunsuz tikili FOTO
- Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
- Daha nə baş verməlidir ki, Hicran Əyyubova Tovuz Sosial-İqtisad Kollecindəki vəzifəsindən uzaqlaşdırılsın
- Bir neçə gün sonra İrana HÜCUM EDƏCƏKLƏR: ABŞ razılıq verdi?
- Gəncədə “ixtisaslaşmış kosmetoloq” Aysel Süleymanova tibbi sertifikatı və lisensiyası olmadan necə fəaliyyət göstərir?
- İcra başçısı ilə qadın sahibkar arasında böyk QALMAQAL: mülk dağıdanların MİLYONLUQ MÜLKLƏRİ - VİDEO
- Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq İDDİALARI
- Qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar - İTTİHAM VAR...
- "Gül kimi də qızam" — İlhamə məhkəmədə nə deyib
- Bakıdakı məşhur “Cofffe Moka”nın vergi borcu ÜZƏ ÇIXIB
- DİN Bakıda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarını saxladı - Son Dəqiqə/VİDEO
- General Vüsal Novruzovun bahalı maşın kolleksiyası – Koenigsegg Agera, Bugatti, Ferrari və digər milyon dollarlıq maşınlar - FOTO
- Ceyran göbəyi, qara yumurta, kəfən dönməsi - Bakıda 74 min alan falçının İLGİNC RİTUALLARI