Türkiyənin müdafiə sənayesi sahəsində aparıcı şirkətlərindən biri olan ASELSAN insansız hava aparatlarına (PUA) qarşı effektiv müdafiə qabiliyyətini artırmaq üçün hazırladığı GÖKBERK Lazer Silah Sisteminin sınaqlarını uğurla tamamlayıb.
Kainat.tv Türkiyə mediasına istinadən xəbər verir ki, ASELSAN tərəfindən inkişaf etdirilən bu sistem Polad Qübbə layihəsi çərçivəsində hava hücumlarına qarşı daha güclü müdafiə təmin etmək üçün hazırlanıb.
GÖKBERK lazer texnologiyasından istifadə edərək düşmən PUA-larını havada məhv edə bilir və pilotsuz hava hücumlarına qarşı kritik qoruma təmin edir.
Türkiyə Müdafiə Sənayesi Nazirliyi tərəfindən idarə olunan layihənin uğurlu sınaqları sistemin döyüş şəraitində yüksək effektivliyə malik olduğunu sübut edib. Ekspertlərə görə, bu texnologiya gələcəkdə Türkiyənin hava müdafiə sistemində mühüm rol oynayacaq və müxtəlif təhlükələrə qarşı müdafiəni daha güclü edəcək.
ASELSAN səlahiyyətliləri GÖKBERK Lazer Sisteminin yaxın zamanda silahlı qüvvələrin inventarına daxil ediləcəyini və texnologiyanın daha da təkmilləşdirilməsi üçün yeni sınaqların davam etdiriləcəyini bildiriblər. //Musavat.com
SON DƏQİQƏ! Türkiyə yenə MEYDAN OXUDU: "Polad Qübbə" belə GÜCLƏNİR
10
mart
17:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ! Türkiyə yenə MEYDAN OXUDU: "Polad Qübbə" belə GÜCLƏNİR
2025-ci ildə bürcləri hansı YENİLİKLƏR GÖZLƏYİR?
Bakıda keçirilən möhtəşəm COP29-dan iqtisadi GÖZLƏNTİLƏR
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
“Pantsir” AZAL-ın təyyarəsini NECƏ VURUB? – Naməlum siqnal, tapılmayan PUA –YENİ DETALLAR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI