Martın 5-də hörmətli Prezidentimiz cənab İlham Əliyevin Ankaraya səfəri, İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirakı və Türkiyənin hörmətli Prezidenti cənab Ərdoğanla keçirdiyi ikitərəfli görüşlər hər iki ölkənin milli maraqları və strateji hədəfləri baxımından, xüsusilə dünyada tarixi proseslərin baş verdiyi məqamda mühüm əhəmiyyət daşıyır.
İğdır-Naxçıvan qaz kəmərinin fəaliyyətə başlaması Naxçıvanın başqa ölkələrdən enerji aslılığını tam aradan qaldıracaq və enerji təhlükəsizliyini təmin edəcəkdir. Ermənistan isə yenə də bu kimi önəmli regional layihədən kənarda qaldı.
Musavat.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azay Quliyev bildirib:
"Cənab Prezident mətbuata açıqlamasında bildirdi ki, 1920-ci ildə bolşeviklər Qərbi Zəngəzuru Ermənistana qanunsuz olaraq verməklə Azərbaycanla Naxçıvan və Türk dünyası arasındakı quru əlaqəni kəsdilər. Yəni, biz bu tarixi faktı unutmamışıq. Bu fikirləri söyləməkdə məqsəd Zəngəzur dəhlizinin Naxçıvanla maneəsiz kommunikasiya xətti kimi açılmasının tarixi bir zərurət olduğunu və bundan yayınmağın Ermənistana müəssər olmayacağını bir daha xatırlatmaq idi.
Ankarada hər iki Lider Türk dünyasının real qlobal güc mərkəzlərindən birinə çevrilməsi üçün Azərbaycan ilə Türkiyə arasındakı birlik və müttəfiqliyin daha da möhkəmləndirilməsinin vacib olduğunu bir daha vurğuladılar.
Yəni, istənilən məsələdə Türkiyə Azərbaycanın, Azərbaycan isə Türkiyənin yanındadır və biri-birinə hər cür dəstək vermək əzmindədir, dedilər.
Bu həm də o deməkdir ki, Türkiyə Azərbaycanın Zəngəzur dəhlizinin açılması və Cənubi Qafqazda sülh yaratma missiyasını, Azərbaycan da Türkiyənin Suriyada sabitliyin bərqərar olması və dövlətçiliyinin bərpası, PKK və ona bənzər terror təşkilatlarının Suriya və İraqda tərkisilah olunması və ləğv edilməsi istiqamətindəki səylərini tam olaraq dəstəkləyir".
A.Quliyev vurğulayıb ki, Türkiyənin rolunu həm də Türk Dövlətləri Təşkilatı kontekstində dəyərləndirib:
"O da həqiqətdir ki, bu gün yaxın şərqin və Avropanın təhlükəsizliyinin təmin olunması, Ukraynada ədalətli və qalıcı sülhə nail olunması Türkiyənin iştirakı və sanballı töhfəsi olmadan mümkün deyil. Bu isə təkcə Türkiyə üçün deyil, həm də Azərbayan və bütövlükdə Türk Dövlətləri Təşkilatı üçün də yeni imkanlar deməkdir.
Hazırda biz dünyada yaşanan çox ciddi tarixi dəyişikliyə və geosiyasi proseslərə şahidlik edirik".
Azərbaycanla Türkiyə Türk dünyasının real qlobal güc mərkəzlərindən çevrilir - ŞƏRH
07
mart
11:26
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Əliyev və Ərdoğandan MÖHTƏŞƏM HƏMLƏ – Naxçıvanda ilk mühasirə KEÇİLDİ
“Türk dünyasındakı 100 illik hədəf addım-addım HƏYATA KEÇİR” - OLAY kimi sözlər
SEVİNDİRİCİ XƏBƏR: Naxçıvana quru yolu bu istiqamətdə AÇILIR
COP29-da türkdilli dövlətlərinimzaladığı sənədlər - MÜHÜM MƏQAMLAR
Azərbaycana qarşı KƏMƏR TƏLƏSİ? - Zəngəzur dəhlizinə dair İLGİNC İDDİA
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI