“Nikol Paşinyanın Ermənistanın yeni təhlükəsizlik strategiyasının əsasını təşkil edəcək ideologiyası İrəvanı Bakı və Ankaranın qarmağına keçirəcək”.
Kainat.tv xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants deyib.
Ekspert iddia edir ki, Paşinyan “real Ermənistan” ideologiyasını həm yeni milli təhlükəsizlik strategiyasına, həm də konstitusiya dəyişikliklərinə uyğunlaşdırmağa çalışacaq.
“Baş nazir fevralın 18-də yeni təhlükəsizlik strategiyasının hazırlanması üçün idarələrarası işçi qrupunun yaradılması haqqında qərar imzalayıb. Əvvəlki sənəd 2020-ci ildə 44 günlük müharibədən əvvəl qəbul edilib. Paşinyan bunu dəyişdirmək niyyətindədir. Hakimiyyət Müstəqillik bəyannaməsini tədricən “real Ermənistan” ideologiyası ilə əvəzləyəcək. Hakimiyyət üçün Qarabağ məsələsi bağlanıb, Türkiyə və Azərbaycan nə rəqibdir, nə də düşmən”, - o bildirib.
Surenyants hesab edir ki, Paşinyan Ermənistanı Türkiyə və Azərbaycanın qarmağına salacaq: “Gəlin hər şeyi öz adı ilə çağıraq: Paşinyanın səsləndirdiyi ideologiya Azərbaycanın tələblərindən ibarətdir. Həm gələcək təhlükəsizlik strategiyası, həm də konstitusiya dəyişiklikləri bu məntiqə uyğundur”.
Erməni politoloqun fikrincə, yeni milli təhlükəsizlik strategiyasında mövcud strategiyadan fərqli olaraq, Rusiya ilə müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi bəndi yer almayacaq.
Asif
Paşinyanın müəmmalı STRATEGİYASI: İrəvan Bakı və Ankaranın QARMAĞINA DÜŞÜR?
25
fevral
09:02
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Ermənistanın "DƏMİR YUMRUQ" üçün darıxan başı! : Azərbaycan Qərb havadarları İFŞA ETDİ
Paşinyanın SÖZ OYUNU - Kazanda Əliyevə verdiyi o TƏKLİF...
ATƏT böhran içində, MQ isə “YAŞAYIR” - Ermənistanın sonuncu “SAMAN ÇÖPÜ”
Paşinyan həbs qorxusu ilə ölkədaxili SAVAŞ AÇDI: Köçəryan və Sarkisyan Azərbaycana TƏHVİL VERİLƏCƏK
Paşinyan tələbimizi QƏBUL ETDİ: İrəvan Bakı ilə RAZILAŞDI
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI