Bakı Metropoliteni QSC-nin külli miqdarda vergi borcu var.
Kainat.tv Qaynarinfo-ya istinadən xəbər verir ki, qurumun sədri Vüsal Aslanovun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1 721 212.03 manat vergi borcu yaranıb.
Dövlət Vergi Xidməti tərəfindən sözügedən qurumda aparılan səyyar vergi yoxlamaları zamanı “Bakı Metropoliteni” QSC barəsində 3 985 391.5 manat maliyyə sanksiyası tətbiq edilib.
Qeyd edək ki, ötən ilin dekabrında Zaur Hüseynov Bakı Metropoliteni QSC-nin sədri vəzifəsindən azad edilib, yerinə Vüsal Aslanov təyin olunub. Yoxlamalar Z.Hüseynovun vəzifədə olduğu dövrü əhatə edib.
Daha əvvəl Bakı Metropoliteni QSC-də Hesablama Palatası tərəfindən həyata keçirilən kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkarlanmışdı.
Hesablama Palatası Bakı Metropoliteni QSC-də apardığı audit nəticəsində sərnişindaşımanın maya dəyərinin süni şəkildə artırıldığı üzə çıxmışdı. Məlumatda deyilirdi ki, audit nəticəsində müəyyən edilib ki, sərnişindaşıma fəaliyyəti üzrə subsidiyalar düzgün tənzimlənməyib. Belə ki, yaranan sərbəst vəsaitlər əsaslandırılmadan muzdlu işçilərə fərdi mükafat adı ilə ödənilib. Bu ödənişlər gəlirdən çıxılan xərclərə aid edilərək sərnişindaşıma xidmətlərinin maya dəyərinin artmasına səbəb olub.
Buna görə sabiq rəisin haqqında cinayət işinin açıla biləcəyi haqda ekspertlər arayış vermişdilər.
4 milyonluq POZUNTU: həbs oluna BİLƏR - Zaur Hüseynovla bağlı ŞOK FAKTLAR
15
fevral
16:18
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Zaur Hüseynov istintaqa cəlb edilir? – “Metropoliten”dəki yeyinti ilə bağlı araşdırma başladı
Bakıda milyonlarla manat vergidən yayınan MTK-lar: SİYAHI - SAHİBLƏRİ
“MTK kralı“ ÇƏTİN DURUMDA - Asiman Hüseynov qardaşını XİLAS EDƏ BİLƏCƏKMİ?
DTX-dən daha bir UĞURLU ƏMƏLİYYAT - 200 min dollara Bakıda kimi ÖLDÜRMƏK İSTƏYİBLƏR?
AMEA-da korrupsiya - Mehdiyevlə bağlı QƏRAR VERİLƏ BİLƏR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI