Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kahl Rusiyanın Baltikyanı ölkələrə və ya Norveçə məxsus Şpisbergen adalarına hərbi müdaxilə hazırlığında olduğunu bəyan edib.
Kahlın sözlərinə görə, Kreml Krımın işğalı zamanı istifadə etdiyi “yaşıl adamcıqlar” ssenarisi ilə oxşar hücumlar təşkil edə bilər.
Kahl: Rusiya Qərbə qarşı hərbi gücünü artırır
Almaniyanın nüfuzlu “Welt” qəzetinin verdiyi məlumata görə, Bruno Kahl Berlində “Alman Xarici Siyasət Cəmiyyəti”nin təşkil etdiyi tədbirdə çıxış edərək Rusiya ilə Qərb arasında hərbi qarşıdurma riskinin artdığını qeyd edib. Onun sözlərinə görə, Kreml hazırda 2020-ci illərin sonlarına qədər hərbi potensialını artırmaq üçün fəal hazırlıqlar görür və bu, Qərbə qarşı daha genişmiqyaslı təcavüz planlarının bir hissəsi ola bilər.
Kahl mümkün ssenariləri də diqqətə çatdırıb. Onun fikrincə, Moskva Baltikyanı ölkələrdəki rus azlığının guya “təhlükə altında” olduğunu bəhanə edərək “yaşıl adamcıqlar” vasitəsilə orada mövqelərini gücləndirə və ya Şpisbergen adalarında “qısa müddətli ərazi təmizlənməsi” əməliyyatı keçirə bilər.
NATO-nun 5-ci maddəsi sınağa çəkilə bilər
BND rəhbəri vurğulayıb ki, bu cür əməliyyatlar NATO-nun 5-ci maddəsinin - üzv dövlətlərə hücum zamanı kollektiv müdafiə öhdəliyinin səmərəliliyini sınaqdan keçirmək məqsədi daşıya bilər. Kreml, NATO-nun bu məsələdə zəif mövqe sərgiləməsini Qərbin kollektiv gücünün zəifləməsi üçün fürsət kimi görür. Əgər Qərb adekvat reaksiya göstərməsə, Moskva bu zəifliyi öz təsir dairəsini genişləndirmək üçün istifadə edə bilər.
Litvalı politoloq: “Hibrid müharibə artıq başlayıb”
Alman kəşfiyyat rəhbərinin xəbərdarlığına Litvalı politoloq Bernaras İvanovas da reaksiya verib. Haqqin.az-a danışan İvanovas Rusiyanın Baltikyanı ölkələrə hibrid müharibə ilə təzyiq göstərdiyini bildirib: “Rusiya NATO üzvü olan hər hansı bir ölkəyə hücum planlaşdırır və ilk növbədə Baltikyanı ölkələr risk altındadır. Moskva bu ölkələrə yalnız keçmiş SSRİ ərazisi kimi baxır. Vladimir Putinə müharibəyə başlamaq üçün bəhanə lazım deyil. Onun niyyətləri yalnız öz məqsədlərinə xidmət edir.”
İvanovas əlavə edib ki, hazırda Rusiya Ukraynadakı müharibədə resurslarının böyük hissəsini xərclədiyi üçün Baltikyanı ölkələrdə böyükmiqyaslı hərbi əməliyyat gözlənilmir. Lakin Moskva hibrid müharibə vasitəsilə Avropanın birliyini və qətiyyətini sınaqdan keçirməkdə davam edəcək. Politoloq qeyd edib ki, Rusiya Polşa və ya NATO üzvü olan digər ölkələrin ərazisinə “təsadüfi” raket zərbələri endirə və ya sərhəd regionlarda gərginlik yarada bilər.
Rusiyanın hədəfi: Qərbin zəifləməsi
Alman kəşfiyyat rəhbəri və Litvalı politoloqun bəyanatları göstərir ki, Rusiya Qərbə qarşı hibrid müharibə vasitəsilə hərbi və siyasi təzyiq göstərməkdə davam edir. Kreml NATO-nun birliyini zəiflətmək və Qərbin təsir dairəsini məhdudlaşdırmaq üçün müxtəlif strategiyalar həyata keçirir. Baltikyanı ölkələr və Şpisbergen adaları isə bu strategiyanın mümkün hədəfləri kimi qeyd edilir.
Bu proseslər Rusiyanın beynəlxalq arenada təsir dairəsini genişləndirmək niyyətində olduğunu və Qərb ölkələrinin bu təhlükəyə necə reaksiya verəcəyinin yaxın illərdə böyük əhəmiyyət daşıyacağını göstərir. NATO və Avropa ölkələrinin birliyi bu vəziyyətdə həlledici rol oynaya bilər.
Alman KƏŞFİYYATI: Rusiya Baltikyanı ölkələrə və Şpisbergen adalarına hücuma HAZIRLAŞIR
06
dekabr
08:20
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ