Türkiyə millisinin keçmiş futbolçusu, ölkədə bir neçə klubda məşqçi olaraq çalışmış İsmail Kartalın İranın “Persepolis” klubuna baş məşqçi təyin edilməsi ətrafında qalmaqal davam edir.
Kainat.tv xəbər verir ki, təyinat gerçəkləşdikdən sonra “Persepolis” Təbrizin “Traktor” klubu ilə qarşılaşıb. Qarşılaşma 2:0 güney təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. Lakin “Persepolis”in İranda ən irqçi klub olaraq tanındığı, illərdir türkləri təhqir etdiyi ortaya çıxıb. Son oyunda da klub tərəfdarları güneylilərin, ümumilikdə türklərin ünvanına yüksək səslə təhqirlər səsləndiriblər. Hətta matçdan sonra da futbolçuların eyni addımı atdığı bildirilir. Oyundan sonra azarkeşlər arasında şiddətli qarşıdurmanın yaşandığı, bir neçə nəfərin yaralandığı deyilir. Xəsarət alanların əksəriyyəti isə güneylilərdir.
Bunun fonunda Türkiyə mediası qalibiyyəti (2:0) İsmail Kartalın böyük uğuru kimi təqdim edib. “Traktor”la oyundan sonra “Kartalın klubu İranın məğlubedilməzini yendi” başlıqlı məqalələr yazılıb, televiziya proqramlarında sujetlər hazırlanıb. Kartalın ünvanına təbriklər səsləndirilib. Bu məsələ Güney Azərbaycan və “Traktor” fanatları arasında ciddi narazılıqla qarşılanıb. Bir türkün digər türkləri illərdir təhqir edən irqçi kluba baş məşqçilik təklifini təbul etməsinin doğru olmadığı bildirilir.
“Persepoli” futbolçuları və azarkeşləri Kartalın təyinatını da fürsət bilərək güneyliləri aşağılamağa cəhd ediblər. Onlar türk baş məşqçinin qatqısı ilə elə türk təmsilçisini məğlub etdiklərini bildiriblər. İ.Kartalın baş verənlərə susması onun baş verənləri dəstəkləməsi kimi dəyərləndirilib.
“Traktor” klubu rəsmi bəyanat yayaraq “Persepolis”in irqçiliyi və güneyliləri aşağılama cəhdləri səbəbilə ölkənin Futbol Federasiyasına şikayət ünvanlayacağını qeyd edib. Əgər İranda aidiyyəti orqanlar tədbir görməsə, güney təmsilçisi bu dəfə FİFA-ya şikayət ünvanlayacağını açıqlayıb.
Azərbaycan şəhəri SİLKƏLƏNİR: türklər təhqir edildi, Kartal dəstəklədi – VİDEO
29
yanvar
11:35
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Erməni vandalizminin QURBANI: Dərin qatlarında hələ də Azərbaycan izlərini saxlayan İRƏVAN
“Türk dünyasındakı 100 illik hədəf addım-addım HƏYATA KEÇİR” - OLAY kimi sözlər
ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
İran Ankara və Bakını HƏDƏF ALIB: Xameneinin adamları niyə TƏHQİR YAĞDIRIR?
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI