Danışıqlardan sonra prezidentlər Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayıblar.
Hazırkı gərgin geosiyasi reallıqda Moskva və Tehran arasında imzalanan müqavilə nəyə hesablanıb?
Kainat.tv bildirir ki, Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, 47 maddədən ibarət olan bu strateji tərəfdaşlıq haqda saziş məlumun elanıdır:
Bununla tərəflər bir-birinə dəstək verə biləcəyini düşünür. Lakin iki ölkə arasında imzalanan sənəd müttəfiqlik mahiyyəti daşımır.
Moskva ilə Tehranın maraqları bir çox hallarda üst üstə düşmür. Hazırda bu iki ölkə müttəfiq kimi görünsə də, əslində rəqibdirlər. İran ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampdan ehtiyat edir. Buna görə də Rusiya ilə yaxınlaşır”.

Elxan Şahinoğlu
Politoloq bildirib ki, Rusiya üçün də vəziyyət fərqli deyil, Kreml Tehranın Vaşinqton ilə uzlaşmasından ehtiyat edir:
“Moskva bunu özü üçün təhdid olaraq görür. İran ilə Rusiya arasında imzalanan sənədin müttəfiqlik sazişi olmadığını görmək üçün Şimali Koreya ilə imzalanan oxşar müqaviləyə baxmaq kifayətdir. Pxenyanla razılaşdırılan sazişdə hərbi yardım bəndi var, amma İranla olan müqavilədə bu yoxdur.
Rusiya çox istəyərdi ki, İran da Şimali Koreya kimi Ukrayna ilə müharibədə hərbiçilərini döyüşmək üçün göndərsin. Amma Tehran bunu etmədi, çünki belə bir addım İrana qarşı ciddi sanksiyaların tətbiqi deməkdir. Rusiya da eyni şəkildə İran üçün müharibəyə qoşulmaz.
Prezident Məsud Pezeşkianın Moskvaya səfəri Tehran üçün uğurlu olsa da, ümumi mənada narahatlığa heç bir əsas yoxdur”.