İran Prezidenti Məsud Pezeşkianın hakimiyyətə gəlməsindən 4 ay ötür. Azərbaycanda onun prezident seçildikdən sonra ciddi proseslərin başlayacağına ümid edənlər var idi. Amma ötən müddətdə İran-Azərbaycan münasibətlərində elə ciddi irəliləyiş müşahidə edilmədi.
Bəzi iddialara görə buna İranın İsrailin təhdidlərinə, müharibə hədələrinə başının qarışması səbəb olub. Digər tərəfdən Pezeşkianın Bakıda keçirilən COP29 sammitinə gəlməməsi də diqqət çəkib.
Bütün bunların səbəbi nə ola bilər? Ona bəslənən ümid sadəlöhvlük idi? Yoxsa İrandaxili qüvvələr Pezeşkianı Azərbaycanla yaxınlaşmağa qoymur?
Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib ki, Pezeşkianın seçkilər öncəsi verdiyi bayağı vədlər bir çoxlarının ümidini artırmışdı:
“Pezeşkianın İrandakı mövcud hakimiyyətin bir elementi olduğu görünməyə başlayıb. O, Tehran hakimiyyətinin cızdığı xətdən kənara çıxa bilməz. Ölkə daxilində müxtəlif məsələlərlə bağlı etirazlarını bildirmişdi deyə onu müxalif sayırdılar. Amma əsas fundamental məsələlərdə Pezeşkian bu rejimin yazdığı nəğmələri oxumağa məhkumdur. Ölkənin ali dini rəhbəri Ayətullah Seyid Əli Xameneinin istədiyi ideyalardan, düşüncələrdən əlavə heç bir addım ata bilməz”.
Sədrəddin Soltan
Politoloqun sözlərinə görə, Pezeşkianın COP29-da iştirak etməməsi onun seçkilər zamanı verdiyi milli şüarların saxta olduğunu təsdiqlədi:
“İran hakimiyyəti iddia edirdi ki, İsrailin prezidenti İsaak Hersoq COP29-da iştirak edəcəyi üçün Məsud Pezeşkian sammitdə iştirak etməyəcək. Lakin sonradan məlum oldu ki, İsrail prezidenti müəyyən texniki problemlər yarandığı üçün Bakıya gələ bilmədi. İran hakimiyyətinin iddiası, hikkəsi fiaskoya uğradı. Yəni Tehran ölkəmizdə keçirilən bu tədbirə Fransasayağı münasibət sərgilədi.
Bir tərəfdən belə bir fikir də var ki, Pezeşkian Azərbaycan və Türkiyəni çox istəyir, lakin ona imkan vermirlər. Bunlar cəfəng fikirlərdir. BRİCS-in Kazanda keçirilən sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəkil çəkilən zaman Məsud Pezeşkianla əllə görüşmədi. Niyə? Çünki Məsud Pezeşkian və İran hakimiyyəti Türkiyəyə münasibətdə yanlış addımlar atmışdı. O, başqa ölkələrə səfər etdi. Lakin Azərbaycana, Türkiyəyə getmədi”.
Pezeşkian Azərbaycan və Türkiyə ilə OYUN OYNADI – Yanlış addımın CƏZASI…
30
noyabr
05:40
Qarabağ
OXŞAR XƏBƏRLƏR
İranın Azərbaycana ŞANTAJI dayanmır: SEPAH yenə özünə ƏL QATDI...
İran işğalına qarşı əməliyyat BAŞLADI: 18 illik sənəd icra edilə BİLƏR
Şuşaya qovuşduğumuz O GÜN... - Xalqın inamı ilə qazanılan ZƏFƏR
Bakı və Ankara Zəngəzur dəhlizi üçün ANLAŞDI - Ərdoğan AÇIQLADI
Ermənipərəstlər Trampın komandasına doluşur, Konqresdə isə... - Azərbaycana TƏHLÜKƏ VARMI...
- Ermənistan sərhədə QOŞUN YIĞIR: yeni savaş hazırlığı – İlk HƏDƏF BUDUR
- Qərbin Fransa agenti ilə Tiflisə HECUM PLANI: Ermənistan kəşfiyyatı da FƏAL DƏSTƏK VERİR
- Xocəsən sakinləri ÇARƏSİZ DURUMDA: Su yolları yuyub, kanalizasiya... - VİDEO
- Beyləqanın təbii sərvəti olan sahibsiz "Göbələk" adlanan suyun ərazi və bataqlığa çevrilən ətraf mühüti - VİDEO/FOTO
- Ukraynada İki Koreyanın SAVAŞI: "Biri Rusiyaya, digəri Ukraynaya DƏSTƏK VERİR"
- Əli Əsədov yeni qərar İMZALADI
- Restoranda hesab ödəmək üstündə bir - birini DOĞDULAR, dünyada GÜNDƏM OLDULAR
- Bakı ilə Varşava arasında Arazdəyən GƏRGİNLİYİ - Detallar MƏLUM OLDU
- Rusiyaya yeni cəbhə AÇILDI: Kreml NƏ EDƏCƏK?
- Milli Məclisin iclası BAŞLADI - Gündəliyə 15 məsələ DAXİLDİR
- Zəngəzura nəzarət BELƏ OLACAQ - Əsas mexanizm AÇIQLANDI
- Türkiyə müxalifətindən sürpriz HƏMLƏ: Yeni planla hərəkətə KEÇDİLƏR
- YENİ QƏRAR! Palto ilə maşın sürənlərə YÜKSƏK MƏBLƏĞDƏ CƏRİMƏ YAZILACAQ: Polis görəndə çıxarsa, cərimə 10 QAT ARTIRILACAQ
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANIB
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO
- Üç region QARIŞDI: “Müharibə elan ediləcək” – Qafqaz DETALI
- İDDİA: Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
- Türkiyədə TƏYYARƏ YANĞINI: Rus diplomatlar hadisə yerinə GƏLDİ
- Tramp NATO-nu demontaj EDƏCƏK: Alyans PKK-ya SAVAŞ AÇMAZSA, Türkiyə də ona DƏSTƏK VERƏCƏK
- "Kök pişiyə oxşayırsan"... - Aptek müdiri işçini döydü? + TƏFƏRRÜAT
- "Putinin müraciəti Qərbə SİQNAL OLDU" - Sergey RYABKOV
- Üç ölkənin nazirləri DANIŞDI: Tarixi ərazimiz hədəfdə – GİZLİ RAZILIQ
- "Fransanın ANTİ-AZƏRBAYCAN MÖVQEYİ Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsində çətinlik yaradır" - DEPUTAT
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- YENİ QƏRAR! Palto ilə maşın sürənlərə YÜKSƏK MƏBLƏĞDƏ CƏRİMƏ YAZILACAQ: Polis görəndə çıxarsa, cərimə 10 QAT ARTIRILACAQ
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANIB
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO