Son günlər erməni mediasında Ermənistan-İran müharibəsinin başlayacağına işarə edən xəbərlər dərc olunmaqdadır. Ermənistan Baş naziri Nikol Paşinyanın İrana qarşı müharibəyə başlamaq üçün bütün resurslardan istifadə edəcəyi diqqətə çatdırılır. Bu kimi xəbərlərin isə ABŞ-Ermənistan strateji tərəfdaşlıq sazişinin imzalanmasından həmən sonra yayılması təəccüblü deyil.
Ermənistan-İran müharibəsi gözlənilirmi? Ümumiyyətlə, yaxın perspektivdə bu istiqamətdə hər hansı addım atıla bilərmi?Globalinfo.az-a danışan politoloq Kazım Kazımov deyib ki, Ermənistanın İranla müharibə etmək üçün heç bir resursu yoxdur: “Ermənistan ordusu İkinci Qarabağ müharibəsində darmadağın edilib. Bu gün Hindistan, Fransa və digər müttəfiqlərindən yeni silahlar alıb, silahlanma yarışına girsə də bu, kifayət etməyəcək. Hazırda Ermənistan ordusunun döyüş qabiliyyətinin zəifliyi, hərbi texnikalarının keyfiyyətsizliyi onun vəziyyətini çətinləşdirir.
Ümumiyyətlə, bu məsələdə İran-Ermənistan münasibətlərinə də nəzər salmaq lazımdır.
Zəngəzur dəhlizinin açılması, maneəsiz gediş-gəlişin təmin olunması məsələsində Azərbaycanın qaldırdığı haqlı tələblərə İran kəskin münasibət bildirib, bunu qırmızı xətt olduğunu diqqətə çatdırırlar. Guya Azərbaycanın İrana ərazi iddiası irəli sürdüyünü göstərmək istəyirdilər. Ermənistan da Zəngəzur dəhlizinin açılmasına qarşıdır.
Digər tərəfdən rəsmi Tehran ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi ilə bağlı hələ də mövqeyini bildirməyib. Məlum olduğu kimi ABŞ-İran münasibətləri düşmənçilik həddindədir və İranın bir nömrəli düşmənini Ermənistan Cənubi Qafqaza dəvət edib”.
Politoloqun sözlərinə görə, Ermənistanın sərhəd ərazilərə Qərb nümayəndələrini yerləşdirməsi İrana müsbət heç nə vəd etmir:
“Bu açıq şəkildə göstərir ki, Ermənistan hökuməti Qərbin Cənubi Qafqaza gətirməsində maraqlıdır. Bütün bunların fonunda İranın Ermənistana hücum etməsi gözlənilən deyil. Əgər münasibətlər gərginləşərsə, iqtisadi sanksiyalar, Mehri yolunun bağlanması, sərt bəyanatların verilməsi və s. mümkündür”.
İrandan Ermənistana QƏFİL CƏZA – Əvvəlcə Mehri yolu, sonra isə…
17
yanvar
20:05
Qarabağ
OXŞAR XƏBƏRLƏR
ABŞ Qafqazı QAN ÇANAĞINA ÇEVİRİR - SÜLHƏ TƏHDİD
Ermənistanın "DƏMİR YUMRUQ" üçün darıxan başı! : Azərbaycan Qərb havadarları İFŞA ETDİ
Prezidentin Kiselyova müsahibəsi DÜNYA MEDİASININ diqqət mərkəzində - FOTO
Paşinyanın SÖZ OYUNU - Kazanda Əliyevə verdiyi o TƏKLİF...
Bakı və Ankaranın “Zəngəzur-2025"ANONSU - ermənilər PANİKADA
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI