Xəzər rayonu, Mərdəkan qəsəbəsinin Kərim Kərimov küçəsində yerləşən evlərdə kanalizasiya problemi səbəbindən sakinlər ciddi çətinliklərlə üzləşirlər.
Kainat.tv Xəzər TV-yə istinadla xəbər verir ki, əraziyə dolan qrunt və yağış suları evlərin zirzəmilərinə, həyətlərinə və hətta otaqlara qədər daxil olur.
Sakinlərin bildirdiyinə görə, suyun təsirindən bir çox evin bünövrəsində və divarlarında çatlar əmələ gəlib. Hətta qrunt suları evlərdən birinin mətbəxinə qədər dolaraq məişət avadanlıqlarını yararsız hala salıb.
"Evlərimiz getdikcə daha da pis vəziyyətə düşür. Sular bünövrəyə təsir edir və bu, təhlükəli çatların yaranmasına səbəb olub" , - deyə sakinlər bildirirlər.
Onlar qeyd edirlər ki, qəsəbənin digər hissələrində kanalizasiya şəbəkəsi mövcud olsa da, 100-dən çox evin yerləşdiyi bu küçəyə illərdir xətt çəkilməyib. Problemi öz vəsaitləri hesabına həll etməyə çalışan sakinlər küçəyə asfalt örtük çəkdiriblər. Lakin həyətləri və yolları basan su asfaltı da zədələyib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, həmin ərazidə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi yoxdur. Qeyd olunub ki, ərazidəki evlərin çökəklikdə yerləşməsi səbəbindən qrunt və yağış suları buraya toplanır. Bu isə suyun tamamilə qurudulmasını çətinləşdirir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Mərdəkan sakinləri təhlükə ilə ÜZ-ÜZƏ: Aidiyyəti qurumlara ÇAĞIRIŞ
04
yanvar
16:50
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Ramana qəsəbəsinin sakinləri AÇINACAQLI DURUMDA: bir aydır suyun içində QALIBLAR
Can üstə qalıb, yan üstə qoyulan HACIQABUL: Sosial və ekoloji problemlərə biganə məmurlardan ŞİKAYƏT - FOTO / YENİLƏNİB
Xocəsən sakinləri ÇARƏSİZ DURUMDA: Su yolları yuyub, kanalizasiya... - VİDEO
50-dən çox heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Kanalizasiya suları KÜÇƏYƏ AXIR: Məhəmmədi sakinləri ÇIXILMAZ DURUMDA - PROBLEM
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI