Baku TV-də ötən il Gürcüstanda keçirilən parlament seçkisindən əvvəlki, seçki günü və seçkidən sonrakı prosesdən bəhs edən "Şimal-qərb küləyi" adlı sənədli film yayımlanıb.
Seçkiyə qədərki prosesdə böyük güclərin uzun illər Gürcüstan və Cənubi Qafqaz uğrunda gedən mübarizəsindən, müxalifətin Gürcüstanın Avropa İttifaqına və NATO-ya daxil olması istəyindən, həmçinin 2024-cü ilin may ayında "Xarici agentlər haqqında" qanunun, eləcə də LGBT təbliğatını qadağan edən qanunun qəbul edilməsindən sonra Qərbdəki bəzi dairələrdən bu ölkəyə edilən təzyiqlər diqqətə çatdırılıb.
Seçki günündən danışılarkən vurğulanıb ki, seçki məntəqələrində seçicilərin elektron qeydiyyatı və səsvermə sistemi ilk dəfə tətbiq edildi. Məqsəd kənar müdaxilələrin və saxtakarlığın qarşısını almaq idi.
"Mübarizə ədalətli şərtlərlə aparıldı, nəticə isə əvvəlcədən proqnozlaşdırılan kimi oldu. Yəni hakim "Gürcü Arzusu" Partiyası parlament seçkisində qalib gəldi. İki milyondan artıq seçicinin iştirakı ilə baş tutan səsvermədə bir milyondan çox seçici məhz hakim partiyanı seçdi", - deyə qeyd olunub.
Seçkidən sonrakı prosesdən bəhs edilərkən bildirilib ki, budəfəki seçki Qərbin Gürcüstan hakimiyyətinə total basqıları ilə seçildi. Prezident Salome Zurabişvili insanları etiraz etmək üçün meydana çağırdı:
"Günlərlə, həftələrlə davam edən aksiyalar səngimir, əksinə daha şiddətli hal alır. Parlament seçkisindən prezident seçkisinə qədər olan müddət ərzində etirazçı qüvvələr güc yığmağa başlayır. Güc puldur. Qərbin maliyyəsi ilə təşkil olunan etiraz aksiyaları həm də hesabat xarakteri daşıyır. Konkret təyinatlı qrupları küçəyə çıxarıb kütləvilik görüntüsü yaratmaq Qərbin kiçik bir şousu və ya gözdən pərdə asmaq üslubudur".
Qərbin planı ALT-ÜST OLDU: Gürcüstan Ukraynaya ÇEVRİLMƏDİ
03
yanvar
11:42
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
Fransa görünməmiş ƏXLAQSIZLIQ ETDİ: Bakıdan ƏZİCİ CAVAB!
“Ukrayna ssenarisi” Gürcüstanda TƏKRARLANIR – Azərbaycan üçün də TƏHLÜKƏLİ PLANLAR hazırlanmışdı
Qərb Gürcüstanda fiaskoya UĞRADI: Azərbaycanın regionu xilas edən iradəsi - TƏHLİL
COP29-a hazırlıq: Bakı Stadionuna media-tur təşkil olundu – FOTOLENT
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI