Gürcüstanda hakimiyyətin noyabrın 28-də ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların 2028-ci ilə qədər açılmasını gündəmdən çıxarmaq qərarına qarşı etirazlar dördüncü gündür davam edir.
Hazırda onlarla etirazçı Tbilisi Dövlət Universitetinin birinci korpusu yaxınlığında yolu bağlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları səs siqnalından istifadə edərək aksiya iştirakçılarını dağılışmağa çağırırlar, əks halda asayişin bərpası üçün onlara qarşı qanuni tədbirlər görüləcək.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, parlamentin ərazisində aksiya bütün gecə dağıdıcı şəkildə davam edib - iştirakçılar pirotexniki vasitələrdən istifadə edib, müxtəlif obyektləri yandırıblar. İştirakçılar parlament binasına daş atıb, müşahidə kameralarını zədələyiblər.
Aksiya zamanı hüquq-mühafizə orqanlarının 6 əməkdaşı və bir neçə televiziya şirkətinin əməkdaşı yaralanıb. Polisin fəaliyyəti zamanı aksiya iştirakçıları müxtəlif yüngül xəsarətlər alıblar.
Gecə xüsusi təyinatlılar etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib və nümayişçilərin həbsləri başlayıb.
Gürcüstan prezidenti Salome Zurabişvili etirazçıları dəstəkləyir və "legitim parlament" seçilənə qədər mandatının davam edəcəyini bildirir.
Onun sözlərinə görə, Gürcüstan "Gürcü Arzusu" partiyasının antidemokratik, antiqərb, antievropeyalı və antigürcü siyasətinin girovuna çevrilib."İndiki vaxtda hər zamankından daha aydındır ki, onların apardığı siyasət yalnız bir istiqamətə - Rusiyaya doğru aparır," - deyə Zurabişvili vurğulayıb.
Prezident hazırda etiraz aksiyalarına rəhbərlik edir.
Gürcüstanda parlament seçkilərindən sonra siyasi proseslərin gedişi, xüsusilə Qərbdən idarə olunan müxalifətin seçkilərin nəticələrinin ləğv olunması və yeni seçkilərin keçirilməsinə yönəlmiş fəaliyyəti onu deməyə əsas verir ki, Qərb Gürcüstanda rəngli inqilab ssenarisi planlaşdırıb və onu həyata keçirməyə çalışır. Burada əsas məqsəd mövcud hakimiyyəti devirmək və Gürcüstanda qərbmeylli, Qərbdən idarə olunan iqtidar komandası formalaşdırmaqdır. Gürcüstanda növbəti rəngli inqilab sevdasında olan Qərb bu istəyini həyata keçirmək üçün istənilən təxribata əl atır. Hazırda Gürcüstan Ukraynanın 10 il əvvəlki vəziyyətini xatırladır. Tiflisdə "Maydan hərəkatı"nın izləri açıq-aydın görünür. Qərb müxalifətə və indiki hakimiyyətə müxalif olan vətəndaş cəmiyyətinin nümayəndələrinə kifayət qədər dəstək verir.
"Yanğına körüklə gedən" Qərb ondan dəstək alan müxalif qüvvələrin bu aksiyalarının səngiməməsi üçün əlindən gələni ardına qoymur. Xüsusilə də QHT-lərdən bu işdə aktiv istifadə olunur. Belə ki, Qərbin QHT maliyyələşdirmə mexanizmi vasitəsilə dövlət içərisində öz dayaqlarını qurması və öz gündəliyini qəbul etdirmək planı hadisələrin vətəndaş qarşıdurması həddinə qədər gəlib çıxmasına səbəb olub. 10 il əvvəl Ukraynada da Qərbdən maliyyələşən QHT-lərin aktiv iştirakı ilə qızışdırılan aksiyalar sonda hakimiyyət dəyişikliyinə gətirib çıxarmışdı.
Seçkilərdə "Gürcü Arzusu"nun qələbəsini həzm edə bilməyən Qərb Ukrayna ssenarisini Gürcüstanda da reallaşdırmaq üçün gücünü səfərbər edib.
Onu da qeyd edək ki, Qərb vaxtı ilə Azərbaycanda xaricdən maliyyələşən müəyyən QHT-lərin köməkliyi ilə bu ssenarini həyata keçirməyə cəhd etmişdi. Lakin Azərbaycan hökuməti Qərbin əlinin ölkəyə uzanmasına qoymadı və qarşısını vaxtında aldı. Bütün bunlara baxmayaraq, Qərbin Azərbaycanla bağlı xüsusi planları daima var və hər fürsətdə bunu reallaşdırmağa çalışır. Bu məsələdə maşa olaraq Ermənistandan istifadə edir və bu yolla Azərbaycana təzyiq etməyə cəhd göstərir.
Mövzu ilə bağlı Musavat.com-a danışan politoloq Tofiq Abbasov deyib ki, Qərb institutları, Qərbin qulluğunda duran siyasi texnologiya mərkəzləri çalışırlar ki, postsovet məkanında yerləşən dövlətlərin daxili işlərinə qarışsınlar, ictimai qüvvələrin fikrini müəyyən istiqamətə yönəltsinlər. Bununla da öz məkrli planlarını həyata keçirməyi düşünürlər:
"Gürcüstanda keçirilən parlament seçkilərində sıravi seçici öz sözünü deyib. Gürcüstan xalqı öz milli dəyərlərini üstün tutaraq sırf suveren inkişaf yoluna "hə" deyib.
Faktiki olaraq uzun illər, xüsusən Mixeil Saakaşvilinin prezidentliyi dönəmində ölkənin daxili işlərinə müdaxilə edən QHT-lər insanların şüurunu "yumaq" üçün xeyli vəsait xərclədilər. Bu, Avropa İttifaqının ixtiyarında olan məsələ idi. Hamısının bir amalı var idi ki, Gürcüstanda Qərbə meyilli insanların sayı artsın.
Biz Azərbaycanda da belə cəhdlərin şahidi olduq. Onlar Azərbaycanda yeni ictimai-siyasi ab-hava yaratmaq istəyirdilər. Lakin o işlər alınmadı, Azərbaycan xalqı kənardan müdaxilələri qəbul etmədi. Bəzi qüvvələr onları dəstəkləsə də, çoxluq "yox" dedi.
Gürcüstanda da bu proseslər öz həllini tapıb, lakin Qərb institutları, onların qulluğunda duran Gürcüstan vətəndaşları, LGBT təşkilatları məcazi mənada desək, yola çıxmış qatara bilet almaq istəyirlər. Bu qatar isə gedib, onu dayandırmaq mümkün deyil.
Qərb təbliğat maşını iddia edir ki, Gürcüstanda Rusiyanın təsiri var və s. Doğrudur, Gürcüstanda rusiyapərəst qüvvələr var. Məsələn, İvanişvili deyir ki, Rusiya ilə münasibətləri bərpa etək lazımdır və s.
Gürcüstan Rusiyanın qonşusudur. Rusiyada 1 milyondan artıq gürcü yaşayır, fəaliyyət göstərir. Hətta öz ölkələrinə, qohum-əqrəbalarına 2 milyard civarında vəsait göndərirlər. Xatırlayırsınızsa, Gürcüstanla Rusiya arasında hava xətlərinin bərpa olunması Qərbdə böyük təşviş doğurmuşdu. Az qalırdılar deyələr ki, niyə bunu edirsiniz? Yəni sağlam ideyalara sadiq olan insanlar həmişə yolların, kommunikasiyaların açılmasına can atırlar. Gürcüstan belə imkanlardan imtina etmək istəmir. Lakin buna baxmayaraq, radikal və mühafizəkar qüvvələr çalışırlar ki, hər şeyi şübhə ilə qarşılasınlar və bildirsinlər ki, guya Gürcüstanda Rusiyanın xüsusi rolub və s.
Xaricdən yad ənənələri, gürcü xalqının mənəviyyatına yaraşmayan tendensiyaları gətirmək istəyənlər anlamırlar ki, onların planları baş tutmayacaq. Gürcü cəmiyyəti yetkin cəmiyyətdir, buna imkan verməyəcək".
Politoloq Xəyal Bəşirov isə qeyd edib ki, Qərbin Gürcüstanla bağlı siyasəti hər kəsə bəllidir:
"Gürcüstan Saakaşvilinin hakimiyyətdə olduğu dönəmdən 2024-cü ilə qədər 20 il ərzində qərbyönlü siyasətini davam etdirdi. Bunun əvəzində isə Gürcüstana viza məsələsində müəyyən güzəştlər edildi.
Eyni zamanda Gürcüstan Avropa İttifaqına üzvlüyə namizədlik statusu qazandı. "Xarici agentlər" və LGBT haqqında qanunun qəbul edilməsindən sonra Qərbin sərt dirənişi ilə qarşılaşdı və 20 illik yolun üstündən xətt çəkilməsi cavabını aldı. "Xarici agentlər" haqqında qanunun qəbul edilməsinə reaksiya göstərdi ki, Qərb heç də xalqların azadlığını və ya dövlətlərin müstəqilliyini düşünmür, öz maraqlarını güdür. Onlar bu qanunların qəbuluna belə sərt reaksiya verməsəydilər, Gürcüstan hakimiyyəti ölkənin Aİ-yə qəbul olunması ilə bağlı danışıqları 2028-ci ilə qədər uzatmazdı.
Qərb QHT və mediadan istifadə edərək Gürcüstana təsir imkanlarını qoruyub saxlamaq istəyir. Bu münasibət tək Gürcüstana qarşı deyil, eləcə də Azərbaycana qarşı sərgilənib. Onlar dövlətlərin müstəqil siyasət yürütməsini heç cür qəbul edə bilmirlər. Ölkəmizin İkinci Qarabağ müharibəsində qalib gəlməsi Qərbin ssenarisinə uyğun gəlmirdi. Fransanın, Avropa Parlamentinin sərt reaksiyası bundan qaynaqlanır.Gürcüstan qərbyönümlü QHT və media məsələsində xeyli gecikmişdi. Azərbaycan isə vaxtında və zamanında bu addımı atdı, ölkənin daxilində qarşıdurma yaratmağa imkan vermədi. Təəssüflər olsun ki, bu cür təşkilat və qüvvələrdən bəziləri hələ də ölkə daxilində və xaricində var. Onların Azərbaycanın qələbəsinə necə qərəzli yanaşdığını görürük. Çünki xaricdən idarə olunurlar. Gürcüstan ssenarisi Azərbaycan üçün daha geniş şəkildə nəzərdə tutulmuşdu. Dövlətimiz Gürcüstandan çevik davrandığına görə prosesin qarşısını ala bildi. Lakin bu cür təhdidlər həmişə var. Qərbin planları çoxvariantlıdır".
Şahanə Rəhimli
“Ukrayna ssenarisi” Gürcüstanda TƏKRARLANIR – Azərbaycan üçün də TƏHLÜKƏLİ PLANLAR hazırlanmışdı
02
dekabr
08:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
Gürcüstan prezidenti etirazlara QOŞULDU – Polislə nümayişçilər arasında TOQQUŞMA
Qərb Gürcüstanda fiaskoya UĞRADI: Azərbaycanın regionu xilas edən iradəsi - TƏHLİL
İcra başçısının qanunsuz işləyən daş karxanalarını Ekologiya nazirliyi "VURDU" - "Günay" MMC-yə yazılan 1 milyonluq cərimənin DETALLARI
Ölkəmizdə diplomları tanınmayan universitetlərin SİYAHISI
- Tramp Ukraynanı yox etmək QƏRARI VERİB, qorxunc "PLAN"ın gizli detalları MƏLUM OLDU: Rusiyaya qarşı sanksiyalar ləğv ediləcək və...
- Ermənistanın “QAFAN ƏMƏLİYYATI” – Moskva cavab GÖZLƏYİR
- Putinin Qafqazda toqquşma PLANI – “Kərimov oyunu”nda KARTLAR AÇILDI
- DİN məlumat YAYDI: Masazırda DƏHŞƏTLİ QƏTL - arvad ərini ÖLDÜRDÜ
- Azərbaycan Səhiyyə Nazirliyində mühüm görüş keçirilib - FOTO
- Ərdoğan Əsədə tələblərini ÇATDIRDI - Əsəd vasitəçilərdən YARDIM İSTƏDİ
- Hüquq müdafiəçisi Rüfət Səfərova iki maddə üzrə ittiham irəli sürülüb - RƏSMİ
- Ukraynanın NATO-ya üzvlüyü müzakirə EDİLİR: Avropa BÖLÜNDÜ
- Köhnə avtomobili olanlara ŞAD XƏBƏR - İlk ödənişlər EDİLDİ
- NASA-dan XƏBƏRDARLIQ: "Potensial təhlükə" YAXINLAŞIR - Yerə çırpılsa, FƏLAKƏT OLACAQ
- AQTA-dan qoyun və quzu əti ilə bağlı AÇIQLAMA
- Sumqayıt və Novxanıda partlayışların ŞOK SƏBƏBİ - DİQQƏTLİ OLUN
- Yaşa görə pensiyanın MƏBLƏĞİ
- Ermənistan sərhədə QOŞUN YIĞIR: yeni savaş hazırlığı – İlk HƏDƏF BUDUR
- "Respublikanski"nin təmirə bağlanması xəstələri ÇƏTİNƏ SALDI - Baş həkim nələri AÇIQLADI?
- Füzulidə həkim SƏHLƏNKARLIĞI: 9 yaşlı uşaq əməliyyatın QURBANI OLDU
- Sumqayıtda PARTLAYIŞ: 1 nəfər dağıntılar altından sağ çıxarıldı - FOTO / VİDEO / YENİLƏNDİ
- Qərbin Fransa agenti ilə Tiflisə HECUM PLANI: Ermənistan kəşfiyyatı da FƏAL DƏSTƏK VERİR
- Beyləqanın təbii sərvəti olan sahibsiz "Göbələk" adlanan suyun ərazi və bataqlığa çevrilən ətraf mühüti - VİDEO/FOTO
- Türkiyə sərhədində MÜHARİBƏ: 32 kənd ələ keçirildi, 10 min sakin evlərini TƏRK ETDİ
- Sumqayıtın icra başçısı Zakir Fərəcov YOLA SALINIR
- SON DƏQİQƏ! Çin və Rusiya dünyaya MEYDAN OXUDU: Döyüş təyyarələri HAVALANDI
- Rusiya bu ölkələrə müharibə ELAN EDƏCƏK – ATACMS zərərsizləşdirildi
- SON DƏQİQƏ! Rusiya səmasını pilotsuz təyyarələr BÜRÜDÜ: 25-i VURULDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- YENİ QƏRAR! Palto ilə maşın sürənlərə YÜKSƏK MƏBLƏĞDƏ CƏRİMƏ YAZILACAQ: Polis görəndə çıxarsa, cərimə 10 QAT ARTIRILACAQ
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- Yaşa görə pensiyanın MƏBLƏĞİ
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANIB
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO