Rusiya 2025-ci ildə Azərbaycan və Ermənistan arasında uzun müddətdir gözlənilən sülhün təmin edilməsi üçün əlindən gələni etməyə hazırdır.
Kainat.tv Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
“Rusiya Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dəstək verməyə davam edir. Bu prosesin irəliləməsinə mühüm töhfə oktyabrda Kazanda keçirilən BRİKS sammiti çərçivəsində Azərbaycan-Ermənistan yüksək səviyyəli danışıqları olub. Yeni ildə də Bakı və İrəvan arasında möhkəm və ədalətli razılaşma əsasında uzun zamandır gözlənilən sülhün təmin edilməsi üçün mümkün olan hər şeyi etməyə hazırıq. Bu sənəd Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında regionda nəqliyyat kommunikasiyalarının (dəhlizlərin) blokunun açılması ilə bağlı razılaşmaları praktikada tətbiq etməyə imkan verəcək. Çox işlər görülüb, amma görüləsi işlər hələ çoxdur”, - səfir bildirib.
Kopırkin Rusiya-Ermənistan münasibətlərinə də toxunub. Onun sözlərinə görə, ötən il çətinliklərə baxmayaraq, Moskva və İrəvan müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirmək üçün ardıcıl və məqsədyönlü şəkildə çalışıb.
Bu sənəd Azərbaycan və Ermənistan arasında YOLU AÇACAQ - Rus DİPLOMAT
31
dekabr
15:45
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Moskva bir daha BƏYAN ETDİ: 2025-ci ildə Bakı ilə İrəvan ARASINDA...
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
Bakıda keçirilən möhtəşəm COP29-dan iqtisadi GÖZLƏNTİLƏR
Ermənistanın "DƏMİR YUMRUQ" üçün darıxan başı! : Azərbaycan Qərb havadarları İFŞA ETDİ
Sülh sazişi bu vaxta qədər UZANACAQ - AÇIQLANDI
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI