Rusiya Bakı və İrəvan arasında 2025-ci ildə çoxdan gözlənilən sülhün bərqərar olması üçün mümkün olan hər şeyi etməyə hazırdır.
Kainat.tv xəbər verir ki, bu, Rusiyanın Ermənistandakı səfiri səfiri Sergey Kopırkinin Yeni il təbrikində deyilir.
“Rusiya Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində səylərinin bir hissəsi olaraq Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək etməkdə davam edir. Bu prosesin irəliləməsinə mühüm töhfə oktyabrın sonunda Kazanda keçirilən BRİKS sammiti çərçivəsində Ermənistan-Azərbaycan yüksək səviyyəli danışıqları oldu. Yeni ildə də mümkün olan hər şeyi etməyə hazırıq”, - Rusiya səfiri bildirib.
Bu sənəd, onun fikrincə, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair razılaşmaların həyata keçirilməsinə imkan verəcək.
Rusiya-Ermənistan münasibətlərinə gəlincə, o bildirib ki, ötən il çağırışlara və çətinliklərə baxmayaraq, Moskva və İrəvan müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin güc sınağından çıxması üçün ardıcıl çalışıblar.
Kopırkin xüsusilə, ölkələrin siyasi dialoqa yüksək səviyyədə dəstək verdiyinə diqqət çəkib. Parlamentlər, icra və məhkəmə hakimiyyətləri arasında ikitərəfli əlaqələr davam etdirilib. Rusiya-Ermənistan hökumətlərarası komissiyasının dekabrın ortalarında Moskvada keçirilən iclasında bir sıra mühüm sazişlər imzalanıb.
“Biz bu il iki dəfədən çox artmış ticarət-iqtisadi göstəricilərdən razı qaldıq, Rusiya Ermənistan üçün əsas xarici ticarət tərəfdaşı və investor olaraq qalır - bu, sıx çoxşaxəli qarşılıqlı fəaliyyətin məntiqi davamı, eləcə də Avrasiya iqtisadi inteqrasiyasının nəticəsidir. ”, - səfir qeyd edib. //Publika.az
Moskva bir daha BƏYAN ETDİ: 2025-ci ildə Bakı ilə İrəvan ARASINDA...
31
dekabr
14:26
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
Ermənistanın "DƏMİR YUMRUQ" üçün darıxan başı! : Azərbaycan Qərb havadarları İFŞA ETDİ
Bakıda keçirilən möhtəşəm COP29-dan iqtisadi GÖZLƏNTİLƏR
Bakıda 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsi HƏDƏFİ SEÇİLDİ
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI