Yeni seçilmiş Prezident Donald Trampın Panama kanalını ələ keçirməklə hədələməsi ABŞ-ın müttəfiqlərini Rusiya və Çinə yaxınlaşdıra bilər.
Kainat.tv xəbər verir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin səlahiyyət müddəti başa çatan sədri Ben Kardin deyib.
Senator bildirib ki, Trampın Panama kanalı, Qrenlandiya (Danimarka) və Kanada ilə bağlı iddiaları Amerikanın qlobal nüfuzuna təsir edir.
“Artıq müttəfiqlərimiz bilmirlər ki, biz etibarlı tərəfdaşıq, ya yox. Seçilmiş prezidentin nə söylədiyini, nə dərəcədə səmimi olduğunu bilmirəm, amma sizə deyə bilərəm ki, bu, bizim etibarlı tərəfdaş olub-olmamağımızla bağlı bütün dünyada suallar doğurur və bu, digər ölkələrin Rusiya və Çinə maraqlarını artırır”.
Kardin Trampın Qrenlandiyanı Danimarka hökumətindən istəməsi və Kanadanın ABŞ-ın 51-ci ştatına çevrilməsi ilə bağlı zarafatlarını, bu ölkənin Baş naziri Castin Trüdonu ələ salmasını mənasız söhbət adlandırıb.
Siyasətçi Trampın əvvəlki dönəmində ABŞ-ı NATO-dan çıxarmaqla bağlı hədələlərini də xatırladıb.
Trampın ikinci administrasiyası dövründə Ukraynanın gələcəyi ilə bağlı sualı cavablandıran Kardin, ABŞ Konqresində hələ də ikitərəfli dəstəyin olmasına baxmayaraq, onun Ukrayna ilə bağlı mesajlarının çox narahatedici olduğunu vurğulayıb.
Müqayisə üçün qeyd edək ki, Kanadanın ərazisi 10, ABŞ-ın ərazisi isə 9.8 milyon kvdrat kilometrdir. Dünyanın ən böyük adası olan Qrenlandiya isə 2.1 milyon kvadrat kilometr ərazini əhatə edir.
Panama kanalına gəlincə, bura Şimali və Cənubi Amerikanı ayıran, Atlantik və Sakit okeanlar arasında strateji dəniz yoludur. Kanal Panama dövlətinə məxsusdur. //Teleqraf.com
Trampdan üç dövlətə ƏRAZİ İDDİASI: ABŞ-dan da böyük ölkəni İŞĞAL ETMƏK İSTƏYİR
31
dekabr
15:20
Qarabağ
OXŞAR XƏBƏRLƏR
COP29-a hazırlıq: Bakı Stadionuna media-tur təşkil olundu – FOTOLENT
Qərbin COP29 riyakarlığı və Bakıya HİBRİD HÜCUMUN pərdəarxası - TƏHLİL
Bakıda 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsi HƏDƏFİ SEÇİLDİ
Trampın Kremllə GİZLİ ANLAŞMASI: Ukrayna əraziləri Rusiyanın, sərvətləri isə ABŞ-ın OLACAQ
Baydendən Bakıya VƏD: Sülh sazişi imzalansa...
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI