Avstraliyada laboratoriyadan yüzlərlə təhlükəli virus nümunəsi yoxa çıxıb.
Kainat.tv “Fox News”a istinadən xəbər verir ki, bu barədə Kvinslend ştatının hakimiyyəti məlumat yayıb.
“Hendra virusu və hantavirus daxil olmaqla 323 təhlükəli virus flakonunun yoxa çıxması barədə məlumat verilib. İnfeksion nümunələrin oğurlandığı və ya məhv edildiyi məlum deyil”, – jurnalistlər bildiriblər.
Hökumət Avstraliyanın ictimai səhiyyə departamenti olan “Queensland Health”ə “böyük tarixi biotəhlükəsizlik protokollarının pozulması” kimi təsvir edilən hadisənin araşdırılmasını tapşırıb.
“Vəziyyət təcili tədbirlər tələb edir”, – Kvinslend hakimiyyət nümayəndələri vurğulayıblar. Eyni zamanda, onlar infeksiyaların yayılma riskinin aşağı olduğunu əlavə ediblər.
Jurnalistlərin təhlükə barədə izahat üçün müraciət etdiyi Boston Şimal-Şərq Universitetinin süni intellekt və həyat elmləri şöbəsinin direktoru, fəlsəfə doktoru Sem Skarpino təsdiq edib ki, yoxa çıxmış nümunələr arasında olan bir neçə virus ölümcüldür. Lakin o vurğulayıb ki, onların əksəriyyəti insandan insana ötürülmür və buna görə də epidemiya riski aşağıdır.
“Fox News”un bildirdiyinə görə, nümunələrin yoxa çıxdığı laboratoriya “tibbi əhəmiyyət kəsb edən ağcaqanad və gənələr tərəfindən daşınan virus və patogenlərin diaqnostik xidmətlərini, müşahidəsini və tədqiqatını” təmin edir.
Dünyaya TƏHLÜKƏ - Laboratoriyadan yüzlərlə TƏHLÜKƏLİ VİRUS nümunəsi yoxa çıxıb
11
dekabr
13:40
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
COP29-a hazırlıq: Bakı Stadionuna media-tur təşkil olundu – FOTOLENT
Ülviyyə İlyasovanın ÖLÜM İŞİ, həkimlərin "GÖZƏLLİK ƏMƏLİYYATI"... - Səhiyyə Nazirliyi CAVAB VERİR
Prezidentin YÜKSƏK VƏZİFƏYƏ təyin etdiyi Elbrus İsayev KİMDİR... - DOSYE
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI