Əliyev Ərdoğanla telefon söhbətində Azərbaycanın Suriyada Türkiyə ilə birlikdə hərəkət edəcəyini və humanitar dəstək verəcəyini bildirib.
Bakı və Ankaranın Suriyada birlik nümayiş etdirməsi strateji müttəfiqlik sazişinə uyğun olaraq, iki ölkənin xarici siyasətdə addımlarını eyniləşdirmək hədəflərinə əsaslanır. Və Azərbaycan post-Əsəd Suriyasında iştiraka bir neçə kontekstdə maraqlıdır:
– Suriya xalqının humanitar problemlərin həllində iştirakı ərəb dünyası ilə münasibətlər fonunda sərfəli gedişdir;
– Bakı İraq türkmanları ilə əlaqələrin qurulmasından sonra Suriyadakı türkmanlarla da daha sıx əlaqələr qura, Yaxın Şərq siyasətinə təsir edə biləcək faktor əldə edə bilər;
– Suriyada yer almaq Bakıya bu ölkədə mübarizə aparan müxtəlif güc mərkəzləri (ABŞ, İsrail, İran, Rusiya) ilə münasibətlərdə diplomatik manevr imkanları qazandırır;
Azərbaycanın dəstəyi Suriyada Türkiyənin əlini gücləndirə biləcək faktordur:
– Mövcud vəziyyətdə Suriyada maraqlı ölkələrin heç biri Ankaranın müttəfiqi deyil: Türkiyə Azərbaycanın timsalında öz müttəfiqini prosesə daxil etməklə daha güclü cəbhə qurmaq istəyir;
– Bakı Suriyadakı proseslərin inkişafında maraqlarının toqquşacağı gözlənilən Ankara-Təl-Əviv arasında ortaq mövqelərin tapılmasında körpü ola bilər.
Asif Nərimanlı
Əliyevlə Ərdoğanın SÖHBƏTİ: Yaxın Şərqdə KRİTİK HƏMLƏ
11
dekabr
12:10
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
Türkiyə Yaxın Şərqi yenidən DİZAYN EDİR: ABŞ, Rusiya və İran Suriyadan ÇIXARILIR
Türkiyənin PKK çözümü İran-İraq-Suriya üçbucağında - ŞOK DETALLAR
“Türk dünyasındakı 100 illik hədəf addım-addım HƏYATA KEÇİR” - OLAY kimi sözlər
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI