ABŞ, Böyük Britaniya və Fransanın Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək icazəsi verməsi, Kiyevin ATACMS və “Storm Shadow” raketlərini işə salması, Putinin nüvə doktrinasını yeniləməsi bir sualı aktuallaşdırdı: müharibənin arealı genişlənəcəkmi?
Ukrayna müharibəsi başlayandan etibarən Qərbin Kiyevə ilk dəfə belə bir icazə verməsinin təxminən iki ay sonra başlayacaq post-Bayden dövrünə - “Rusiya ilə masaya əyləşmək” çağırışı edən Trampın gəlişinə hazırlıq olduğu aydındır. Hər üç ölkənin – Qərbin bu gedişlə iki taktiki hədəfi var.
1. Trampın – respublikaçıların çağırışları Ukrayna müharibəsinin masada Rusiyanın xeyrinə - işğal edilmiş ərazilər üzərində rusların nəzarətinin ən azı de-fakto qəbul edilməsi - həll ediləcəyi gözləntisini yaradıb: Kiyevə verilən raketlərlə Rusiyaya hücum icazəsində ilk hədəf mümkün danışıqların pozulmasıdır;
2. Ukraynanın “əlinin gücləndirilməsi”: Bayden administrasiyası, London və Paris də anlayır ki, iki ay sonra Ağ Evə qayıdacaq Tramp Kiyevə yardımı dayandıracağı, yaxud azaldacağı təqdirdə, Moskva hərbi və diplomatik müstəvidə önə çıxacaq; onu da anlayırlar ki, hadisələrin bu istiqamətdə inkişafının önünü kəsmək o qədər də asan deyil; Rusiyaya maksimum zərbələr endirmək, xüsusilə Kurskda Ukrayna ordusunun “dözməsinə” nail olmaqla danışıqlar masasında Kiyevin mövqeyini gücləndirməyə, Moskva qarşısında zəbt edilən ərazilərin ən azı müəyyən qisminin mübadiləsi imkanını yaratmağa çalışırlar;
Lakin eyni hədəf ətrafında birləşən hər üç ölkənin öz maraqları da var.
ABŞ: Bayden Administrasiyası Tramp üçün “problemli miras” qoyur, xüsusilə Ukraynanın güzəştə məcbur edilməsi perspektivinin mümkünsə qarşısını almaq, yaxud ən azı çətinləşdirmək istəyir;
Böyük Britaniya: Ukraynada Rusiyanın qələbəsi Londonun Avrasiyada Moskvanın “qlobal güc” olmadığı planlarına ziddir; qələbə Rusiyanı “çoxqütblü dünya”da güclərdən birinə, ən azı hərbi baxımdan nəzarət edilməsi mümkün olmayan mərkəzinə çevirə bilər; İngiltərə müharibənin ilk mərhələsində Qərb ölkələrini Kiyevə dəstəyə sövq etməklə, eləcə də İstanbulda razılaşmanı son anda aradan qaldırmaqla bu perspektivin qarşısını aldı, indi Trampın gəlişi riskləri yenidən aktuallaşdırıb;
Fransa: Trampla Putinin Ukrayna üzərində anlaşması Paris üçün “öz evində məğlub olmaq” kimi bir şeydir; Makron Rusiyanın da iştirakı ilə Avropanın yeni təhlükəsizlik sistemini qurmaq istəyirdi və müharibənin başlanmaması üçün Moskvanın ABŞ/NATO-dan istədiklərini verməyə hazır idi, müharibənin başlanmasından sonra da buna çalışdı; Trampın gəlişindən sonra ruslarla amerikalılar razılaşarsa, bu, Parisin Vaşinqtonun təsirindən xilas olmaq, Avropanı yeni dünyada müstəqil güc mərkəzinə çevirmək planlarını ciddi şəkildə riskə atacaq;
Hadisələrin inkişafı Rusiyanın atacağı addımlardan asılı olacaq. Putin yenilənən nüvə doktrinasını təsdiqləməsi nəzəri olaraq, müharibənin Ukrayna sərhədlərini aşacağı – NATO-Rusiya toqquşmasına çevriləcəyini riskini aktuallaşdırdı. Doktrinaya edilən dəyişikliyə görə, “nüvə dövlətinin dəstəyi ilə qeyri-nüvə dövlətlərinin hücumlarına nüvə silahı ilə cavab veriləcək”, yəni Rusiyaya atılan raketlərin istehsalçısı olan ölkələr də hədəfdədir. Putin də bəyan etdi ki, “bu andan etibarən Ukrayna münaqişəsi qlobal xarakter alır”.
Trampın gəlişindən öncə Ukraynaya hücum icazəsi verən Qərb ölkələrinin müharibə arealının genişlənməsi və Avropaya yayılması ssenarisi də seçimlərdən biri kimi gördüyü istisna edilməməlidir. Bu, təkcə Ukrayna müharibəsinin Rusiyanın arzuladığı istiqamətdə inklişaf etməsinin qarşısını almayacaq, həm də NATO-nun “təhlükəsizlik çətiri”ni gücləndirməklə, Trampın hərbi ittifaqa qarşı hansısa addım atması imkanlarını da azaldacaq. Ukrayna müharibəsi ilə “dirildilən” NATO-nun “ayaqda dayanması” təhlükənin miqyasından asılıdır.
Hərçənd, Rusiyanın nəzəri baxımdan, nüvə təhdidini reallaşdırsa da, praktiki olaraq, buna gedəcəyi ehtimalı azdır. Çünki:
- belə bir ssenari iki ay sonra hərbi və diplomatik müstəvidə gözlənilən üstünlüyü arxa plana keçirə;
- müharibəni danışıqlar masasına köçürmək istəyən Trampın önünü kəsə;
- Rusiyaya qarşı qlobal hücuma zəmin yaratmaqla, indiyə qədər əldə edilən hərbi üstünlükləri də təhlükəyə ata bilər;
Moskva nüvə təhdidini nəzəri olaraq irəli sürsə də, Trampın Ağ Evdə fəaliyyətə başlamasına qədər müharibə arealının genişlənməməsinə çalışacaq. Əvəzində Rusiya və Ukraynanın qarşılıqlı şəkildə raket hücumlarını intensivləşdirəcəyi, müharibənin daha dəhşətli olan növbəti, həm də həlledici ola biləcək mərhələsinin başlayacağı ehtimalı önə çıxır.
Bütün bunların fonunda Rusiyanın nüvə doktrinasını indi yeniləməsi Trampın “Ukrayna müharibəsi masada həll edilməlidir” iddiasını gücləndirə və prosesin Moskvanın maraqlarına uyğun məcraya yönəlməsini şərtləndirə bilər. Lakin qarşıdakı iki ayın həlledici müddət olacağı görünür, bu, təkcə Rusiya və Ukrayna üçün yox, həm də qlobal müstəvidə belədir.
Asif Nərimanlı
Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal MÜHARİBƏ - Dünya üçün HƏLLEDİCİ AN
22
noyabr
11:20
Qarabağ
OXŞAR XƏBƏRLƏR
COP29-a hazırlıq: Bakı Stadionuna media-tur təşkil olundu – FOTOLENT
Bayden Trampa “QLOBAL FƏLAKƏT” ssenarisi buraxıb, GEDİR: Qoca Co dünyanı NÜVƏ SAVAŞINA sürükləyir
Tramp nə edəcək, BAYDENİN DAVAMI, YOXSA...? - Onun VƏDİ öz aktuallığını İTİRİR
Zelenskinin raket zərbələri NATO-nu “VURUR”: ABŞ və Qərb Ukraynada “ERMƏNİ TAKTİKASI”na keçdi
Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!
- Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
- Pentaqon TƏSDİQLƏDİ - Moskava Vaşinqtona XƏBƏRDARLIQ EDİB
- Türkiyə ABŞ-ın Suriyadan çıxarılmasına ÇALIŞIR: Ağ Ev isə hələ də israrla terrorçuları DƏSTƏKLƏYİR
- Putin ABŞ və Qərb dövlətlərinə XƏBƏRDARLIQ ETDİ
- Xəzərdə suyun azalması balıq ehtiyatına ciddi TƏSİR EDİR
- Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR
- Parisdən Bakıya qarşı daha bir TƏXRİBAT - Sensasion DETALLAR
- Nüvə riskinin sərhədimizə sıçrayan DALĞASI: İrəvan hücuma KEÇƏCƏK
- Qanlı müharibə Almaniyanın "QAPISINI DÖYÜR" - 1000 səhifəlik ƏMƏLİYYAT PLANI hazırlandı
- Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal MÜHARİBƏ - Dünya üçün HƏLLEDİCİ AN
- Fransanın insan hüquqlarına dair hesabatına tənqidi baxış - TƏHLİL
- İrəvandan Bakıya göndərilən "STRATEJİ SAZİŞ"in detalları: Nikolun PLANI NƏDİR?
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Yardımlı RİH-də “UŞAQLAR və EKOLOGİYA” adlı VI Ümumrespublika Forumunda iştirak edəcək uşaqlarla GÖRÜŞ KEÇİRİLİB
- ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
- Gərginlik PİK HƏDDƏ: Rusiya nüvə zərbəsi barədə XƏBƏRDARLIQ ETDİ
- Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik
- Tariflər ARTIRILIR: İctimai nəqliyyatda qiymət Cənubi Qafqazda ƏN BAHA OLACAQ
- ABŞ-ın mesajı İrəvanı TƏŞVİŞƏ SALDI - Dərhal TƏPKİ VERDİLƏR
- Dünya müharibəsi MESAJI: “Tramp gəlməmiş başlamaq istəyirlər”
- COP29 gündəliyi - 21.11.2024
- COP29 gündəliyi - 17.11.2024
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- SON DƏQİQƏ! Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: havadan zərbələr endirildi - ÖLƏNLƏR VAR
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- İsrail Tehranda daha bir hərbi zavoda HÜCUM ETDİ
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi?